Pendirli xamralı resepti

Son güncelleme: 26.11.2016 13:38
  • noimage

    Tərkibi:

    2 st. un
    1 st. qatıq
    0,5 ç.q. duz
    0,5 ç.q. şəkər tozu
    0,5 ç.q. soda
    1 st. sürtgəcdən keçirilmiş pendir
    250 q yağsız kolbasa

    Hazırlanması:

    Qatığa duz, şəkər tozu, soda əlavə edib yaxşıca qarışdırın. Pendir və un əlavə edin. Yoğurun. Alınan xəmiri bərabər kündələyin, təxminən nəlbəki boyda yayın. İki lavaşın arasına doğranmış kolbasa qoyub qıraqlarını yapışdırın (kolbasa əvəzinə başqa iç də, məsələn, qovrulmuş tərəvəzlər - yerkökü, göbələk, kartof, göyərti və s. istifadə edə bilərsiniz). Üstündən oxlovla ehtiyatla yayın.
    Qızdırılmış tavada bitki yağında ağzına qapaq qoymaqla iki üzünü də qızardın.
    Hətta bu xamralıları içsiz də bişirə bilərsiniz. O da dadlıdır.

    Nuş olsun!

    alıntı..

#26.11.2016 13:38 0 0 0