Murad Bozun Azərbaycana gəlmə tarixi açıqlandı

Son güncelleme: 12.12.2016 18:24
  • noimage

    Türkiyəli müğənni Murad Bozun rol aldığı "Dönerse senindir" filminin Bakıda qala gecəsi baş tutacaq.

    Nizami Kino Mərkəzinin mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, gecədə Murad Bozun da iştirakı gözlənilir:

    "Təqdimat yanvarın 5-ə nəzərdə tutulub. Qala gecəsində Murad Boz da olacaq. Digər aktyorların iştirakı hələki dəqiqləşməyib. Biletləri Nizami Kino Mərkəzinin kassalarından əldə edə bilərsiniz. Qala gecəsi 19:00 da başlayacaq".

    Qeyd edək ki, “Dönerse senindir” filmi dekabrın 23-də Türkiyədə tamaşaçılara təqdim olunacaq.

    Filmdə Muradın tərəf müqabilləri Yasemin Allen və İrem Sakdır. Ekran işinin rejissoru Erol Özlevi, ssenari müəllifləri isə Gizem Elçi və Oğulcan Türedir.

    alıntı..
#12.12.2016 18:24 0 0 0