Türkiyənin “Eurovision 2012” təmsilçisi Con Bonomo artıq Öykü Karayellə sevgili olduğunu gizlətmir. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, cütlük ötən gün məkanlarının birindən çıxarkən əl-ələ görüntülənib. Paparazziləri görüncə özünü itirməyən C.Bonoma sevgilisinin əlini buraxmayıb və jurnalistlərin suallarını cavabsız qoyub.