Meyxanaçı Ağakərim yenidən xəstəxanaya yerləşdirilir?

Son güncelleme: 17.04.2017 15:58
  • noimage

    Meyxana ustası Ağakərim (Kərim) Novruzov aprelin 19-da növbəti dəfə Mərkəzi Klinik Xəstəxanasına müraciət etməli olacaq. Bu barədə Lent.az-a meyxanaçının ailəsindən xəbər verilib.

    Yaxınlarının sözlərinə görə, müalicəsini ev şəraitində davam etdirən Ağakərim müayinə olunması üçün həkimə gedəcək: “Vəziyyəti normaldır. İnşallah 3-cü gün həkimlər yenə baxacaqlar”.

    Qeyd edək ki, meyxanaçı Ağakərimin martın 30-da beyninə qan sızıb.

    Yalçın UĞUR

    alıntı..
#17.04.2017 15:58 0 0 0