Almaniyanın Berlin və Nürünberq şəhərində “Hoqqa” filminin qala gecəsi keçirilib. Bu barədə Lent.az-a əməkdar artist Dilarə Əliyeva deyib. O bildirib ki, gecədə Almaniyada yaşayan azərbaycanlı və türk ziyalıları, iş adamları iştirak ediblər. Filmə baxışdan sonra ekran işinin baş rol ifaçıları Dilarə Əliyeva, aktyor Vüsal Murtuzəliyev, ssenarist və baş prodüser Fariz Əliyev, layihə rəhbəri Oqtay Əliyevlə tamaşaçıların görüşü keçirilib.
Onu da əlavə edək ki, may ayının 24 dən etibarən Almaniyada azərbaycanlıların və türklərin kompakt yaşadığı bölgələrdə filmin nümayişi olacaq.
Almaniyada “Hoqqa” filminin nümayişinin təşkilatçısı Ali Fidandır. Bundan başqa, Almaniyada fəaliyyət göstərən Alman Azərbaycan ziyalılar birliyinin rəhbəri Naibə Şirinova Berlində "Azərbaycan evi"ndə “Hoqqa” filminin yaradıcı heyəti ilə görüş keçirib.
Qeyd edək ki, gələn ay İsveçin Stokholm şəhərində “Hoqqa” filminin nümayişi gözlənilir.