Novruzun ləziz təamı Lənkəran partlaması resepti

Son güncelleme: 16.03.2018 15:23
  • noimage

    Tərkibi:
    1 kq un
    200 qr yağ
    1 ədəd yumurta
    1 armudu stəkan xama
    5 qr maya
    duz
    su

    İçlik üçün:
    500 qr yağ

    500 qr şəkər kirşanı
    bir qədər un
    1 ədəd yumurta
    Üzəri üçün yumurta sarısı

    Hazırlanması:
    Xəmiri hazırlamaq üçün bir qaba un,yağ, yumurta, xama ,maya duz və su töküb xəmir yoğurun. Xəmiri 1 saatlıq kənara acımağa qoyun.

    İçliyi hazırlamaq üçün yağ, şəkər kirşanı, un və yumurtanı dayanmadan təxminən 1 saat qarışdırın. Xəmiri qoz böyüklüyündə kündələyin və oxlovla yüngülcə dairəvi yayın. Yayılmış xəmirin orta hissəsinə içlikdən bolca qoyun və xəmiri bağlayıb yuvarlayın. Daha sonra ikinci yayılmış xəmiri də üstünə bükün və yuvarlayın. Üzərinə təzə daraqla və ya diş çöpüylə bəzək vurun və yumurta sarısı çəkin. Zövqə görə xəmirə xırda qoz batırın. Siniyə düzün və əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin. Bişdikdə xəmir partlayıb içlik çölə çıxır.

    Nuş olsun!

    alıntı..
#16.03.2018 15:23 0 0 0