Gündəlik Bürclər - 16.03.2018

Son güncelleme: 16.03.2018 15:43
  • 16 Mart 2018-ci il. Günün qoroskopu. nədənsə imtina etmək, nə iləsə vidalaşmaq zamanıdır

    Qoç - çalışdığınız kollektivdə səbrli və təmkinli davranın. Yaşananlara real baxın. Maraqlarınız yaxın ətrafınızdakı insanların mənafeləri ilə kəskin ziddiyyət təşkil etməməlidir. İllüziyalardan qurtulun.

    Günün ikinci yarısında intuisiyanız sizə yaxın gələcəkdəki olayların axarı ilə bağlı dürüst mövqe seçməyə imkan verəcək. Görüşlər, xəbərlər, müzakirələr məzmunlu olmalıdır. Ümumi planları nəzərdən keçirin. Dəyişikliklər və yenilikliklərə praqmat yanaşın.

    Mövcud problemləri dəyərləndirəndə hisslərə qapılmayın. Saxtakarlıq təmaslardakı uçurumu aradan qaldıra bilməz. Elə indi işə başlayın.

    Buğa - diqqət mərkəzində olsanız da, özünüzü normal hiss etmək üçün nəyinsə çatışmadığını hiss edəcəksiniz. Nisgilə qapılaraq ötənlərdəki hadisələrin önəmini olduğundan artıq dəyərləndirməyin.

    Yazışmalarda, hesabatlarda diqqətli olun. Sizi narahat edə biləcək məlumat ala bilərsiniz. Əhvalınız pisləşməməlidir. Məqsədə doğru irəliləmək üçün bu gün geriyə bir addım atmaq olar.

    Axşam saatları yazışmalar, zənglər, səfər üçün əlverişlidir. Sevdiyiniz insanı unutmayın. Vaxtınızı şən və mənalı keçirin.

    Əkizlər - perspektivlərinizi yaxşılaşdırmaq, fəaliyyət müstəvisini genişləndirmək üçün gərəkli addımları atın. Ambisioz, uzunmüddətli planlar qurmaq olar. Özünü sınayın, risk edin. Yaradıcılıqla məşğul olun.

    Günün ikinci yarısında yeni məlumatlar alacaqsınız. Həmkarlar və tərəfdaşlarla əlaqələr, şəriklə təmaslara yenidən nəzər salın.

    Məşğul olacağınız yeni işlərlə mümkün qədər çox məlumat əldə edin. Təhsil, bilik və peşəkar məziyyətlərin səviyyəsini artırın. Nə istədiyinizi dəqiqləşdirin.

    Xərçəng - baş verən hadisələri təhlil edin. Formalaşmaqda olan təmayüllərin məzmununu anlayın, mahiyyətini dərk edin. Başladığınız işin perspektivlərini görün.

    Hisslərlə emosiyaların zahiri izharı daxili tələbatınıza cavab verməyəcək. Həmsöhbətinizə maraqlı olmayan məsələ ilə bağlı iradlarınızı təkrarlamayın.

    Günün ikinci yarısında yaşam tonusunuzun səviyyəsini minimuma endirməyin. Aktual problemlərin həllinə başlayın, ikinci dərəcəli məsələlərə sonra da baxmaq olar. Səhhətinizə fikir verin. Diqqətli olun.

    Şir - ən çətin problemləri çözmək mümkündür. Yaradıcı ideyalarınız az olmasa da, onların əksəriyyəti praktik deyil. Xəyallara aldanmayın, illüziyalara qapılmayın. Reallıq hissini itirməyin.

    Günün ikinci yarısında məqsədləri konkretləşdirin, irəliyə hərəkətə can atın. Potensial tərəfdaşlarınıza yeni təklifinizi anladın.

    Axşam saatlarını ailənizlə birlikdə keçirin.

    Qız - fəaliyyət sahəsində yeniliklər ola bilər. Situasiyalara kəskin və ən başlıcası süni müdaxilə etməyin. Yaşam sizi nədənsə imtinaya vadar edir. Maraqlanmadığınız, rutin işlərlə məşğul olmaq zərurəti yaranır.

    Karyeranızın stabilliyi həmkarlarla münasibətlərdən asılıdır. Çox danışıb az iş görən insanlara qoşulmayın.

    Günün ikinci yarısında yaxın gələcəklə bağlı perspektivləri, problemin həll yollarını müzakirə etmək olar. Cari işlərin mümkün qədər tez başa çatdırılmasının asılı olduğu insansınız. Aktiv davranın.

    Tərəzi - niyyətlərinizin yanlış anlaşılmasına səbəb ola biləcək addımlar atmayın. Bəzi planları həyata keçirmək çətindir. Hiyləgərlik etməyin, saxtakarlığa əl atmayın. Yaşam enerjinizin səviyyəsi yüksəkdir. Daşınmaz əmlak və ya maliyyə məsələləri ilə məşğul ola bilərsiniz.

    alıntı..
#16.03.2018 15:43 0 0 0