Tarixi xronologiya - 5

Son güncelleme:
  • 1827, 5 iyun - Cavanbulaq döyüşü
    1827, 7 iyul - Abbasabadın tutulması
    1827, 20 sentyabr - Sərdarabadın süqutu
    1827, 26 sentyabr - İrəvanın mühasirəsinin başlanması
    1827,1 oktyabr - İrəvan qalasının süqutu
    1827, 2 oktyabr - Mərəndin tutulması
    1827, oktyabr - Xoyun tutulması
    1827, 13 oktyabr - Təbrizin tutulması
    1827 - Xanabad (Nuxa yaxınlığında) ipək emalı fabrikinin işə salınması
    1828, 28 yanvar - Urmiyanın tutulması
    1828, 8 fevral - Ərdəbilin tutulması
    1828, 10 fevral - Türkmənçay müqaviləsi
    1828, aprel - Rus-türk müharibəsinin başlanması
    1829, 2 sentyabr - Ədirnə sülhü
    1830 - Car vilayətinin təşkili
    1830 - Car-Balakən üsyanı
    1830, dekabr - Şuşada ilk qəza məktəbinin açılması
    1831, 3 iyun - Yeni ticarət tarifi (yasaqlı tarif)
    1831 - Talış üsyanı
    1832, 17 yanvar - Bakıda qəza məktəbinin açılması
    1833, 8 fevral - Gəncədə qəza məktəbinin açılması
    1837 – Quba üsyanı
    1838 - Car-Balakəndə kəndli çıxışı
    1838 - Şəkidə kəndli üsyanı
    1840 - İnzibati məhkəmə islahatı
    1841, 5 yanvar - Zaqafqaziyada dövlət əmlakının idarə olunması haqqında qanun
    1844 - Qafqaz canişinliyinin təsisi
    1844-1845 - Şuşa, Nuxa və Qubada kəndli çıxışları
    1846, 14 dekabr - Şamaxı, Dərbənd quberniyalırının təşkili
    1848 - Bibiheybətdə dünyada buruq üsulu ilə ilk neft quyusunu qazmaq cəhdi
    1848 - Şuşada ilk teatr tamaşası
    1849, iyun - İrəvan quberniyasının təşkili
    1849 - Gəncədə, Şuşada, Şamaxıda, Bakıda müsəlman məktəblərinin açılması
    1850 - Lənkəranda ilk teatr tamaşası
    1852 - Car-Balakəndə hərbi idarə üsulunun tətbiqi
    1855 - Gədəbəy misəritmə zavodunun işə düşməsi
    1857 - Şamaxıda ilk teatr tamaşası
    1859 - Şamaxı və Şuşada ilk kütləvi kitabxanaların təşkili
    1861, 29 iyun - "Cənubi Qafqaz diyarının mərkəzləşdirilməsi haqqında Əsasnamə"nin təsdiqi
    1863, iyun - Zaqatalada üsyan
    1864, 21 yanvar - Naxçıvanı İran sərhəddindəki Culfa ilə birləşdirən və Tiflis-İrəvan-Naxçıvan-Culfa teleqraf xəttinin bir hissəsi olan ilk teleqraf xətti istifadəyə verilməsi
    1865 - Bakıda 4 sinifli ali ibtidai məktəb Azərbaycanda ilk gimnaziya üçün əsas oldu
    1865, 25 avqust - "Simens qardaşları və Ko şirkəti" tərəfindən Gədəbəydə iri misəritmə zavodunun tikilməsinin başa çatdırılması
    1868 - Mərkəzi Gəncə (Yelizavetpol) olmaqla Yelizavetpol quberniyasının yaranması
    1870, 14 may - aqrar islahat keçirilmişdir.
    1872, 17 fevral - Qafqaz və Cənubi Qafqazın iltizamda olan xəzinə neft mənbələrinin müzayiqə yolu ilə xüsusi şəxslərə verilməsi haqqında qaydaların təsdiq olunması
    1872, 16 iyun - şəhər əsasnaməsinin təsdiq olunması
    1872, avqust - Bakı xəzinə palatasının təsiri
    1873, 23 mart - Bakıda M. F. Axundovun "Lənkəran xanının vəziri" pyesinin tamaşasının göstərilməsi
    1873 - İlk neft fontanı
    1874 - Ərəş qəzasının təşkili
    1874 - Bakıda ilk qadın gimnaziyasının fəaliyyətə başlaması
    1875, 22 iyul - "Əkinçi" qəzetinin nəşrə başlaması
    1878 - İlk neft kəmərinin çəkilişi
    1879 - "Nobel qardaşları" firması tərəfindən ilk dəmir yolunun çəkilməsi
    1880, yanvar - Bakı rayonunda dəmir yolunun fəaliyyətə başlaması
    1882 - Zaqatalada birinci peşə məktəbi təşkil olundu
    1883, may - Tiflis və Bakı arasında dəmir yolu fəaliyyətə başladı
    1883, iyul - Cəbrayıl və Cavanşir qəzalarının təşkili
    1889-1893 - İngilis təbəəsi A. Ukqardtın və onun həmvətənlisi İ. Blissin Ucarda, Yelizavetpolda və Kürdəmirdə biyan kökü emal edən zavodları tikdirmələri
    1890, 3 dekabr - Cənubi Qafqaz torpaqlarının sudan istifadə üçün "Sudan istifadə haqqında Əsasnamə"nin qəbul edilməsi
    1894 - Rusiyada ilk neft ixracedici sindikat "Bakının neft-zavod sahibləri ittifaqı"nın yaranması
    1896 - Bakı-Batum neft kəməri tikintisinin başlanması
    1896 - Mərdəkanda Azərbaycanın ilk xüsusi bağçılıq məktəbi açıldı. Məktəb H.Z. Tağıyev tərəfindən təşkil olunmuşdu.
    1897 - Bakının ən iri firmalarından biri "H. Z. Tağıyev" firması bir qrup ingilisə Q. Qladstana, D. Kitona, C. Mira və başqalarına satıldı
    1897 - Balaxanı-Sabunçu polismeysterliyinin təsis edilməsi
    1898 - Bakı neft hasilatına görə ABŞ-ı ötdü
    1898 - Quba bağçılıq məktəbinin fəaliyyətə başlaması
    1899 - Yelizavetpol quberniyasında "Tovuz" tikinti materialları və sement istehsalı səhmdar cəmiyyəti təsis olundu
    1900 - Bakı-Dərbənd dəmiryolu çəkilmişdir.
    1900 - Bakıda sosial-demokrat mərkəzinin yaradılması
    1900 - Don Səhmdar Torpaq Bankının Azərbaycanın ərazisində fəaliyyətə başladı.
    1900, noyabr - Bakı ilə Petrovsk arasında dəmir yolunun istismarı başlandı
    1900-cü ilin əvvəli - "Nobel qardaşları" şirkəti və Rotişildin "Mazut" cəmiyyəti kartel müqaviləsi bağladı ("Nobmazut")
    1900-cü il 1 may - İmperator II Nikolay "Tiflis, Yelizavetpol, Bakı və İrəvan quberniyaları dövlət kəndlilərinin torpaq təminatının mühüm əsasları"nı təsdiq etdi
    1901 - Bakıda ilk müsəlman qadın məktəbi "Tağıyevin qız məktəbi açıldı
    1901-ci il - RSDFP-nin Bakı komitəsinin yaradılması
    1901-ci il - Bakıda icraçı qrupunun təşəkkül tapması "Nina" mətbəəsinin fəaliyyətə başlaması
    1902-ci il - Tiflisdə kənd sahibkarlarının qurultayı
    1902-ci ilin yayı - Minvod-Petrovski-Dərbənd xətti Bakı və Tiflis dəmiryol stansiyaları arasındakı teleqraf xətti ilə birləşdirildi
    1903-cü il - RSDFP Bakı təşkilatında bolşeviklərə və menşeviklərə parçalanma
    1903 - Bakı bulvarının inşası. M. Nağıyevin Yeni Avropa mehmanxanasının tikilməsi
    1903 - Tiflisdə Qafqazda Azərbaycan türkcəsində yeganə qəzet "Şərqi-Rus çıxmağa başladı
    1903-cü ilin yayı - Bakıda eser təşkilatının yaradılması
    1903-cü il - Təzəkənd-Biləsuvar arasında yeni teleqraf xətti çəkildi
    1903-cü ilin payızı - Bakıda "spesifiklər" təşkilatının yaradılması
    1904-cü il - "Qafqaz kənd təsərrüfatı cəmiyyəti" tərəfındən Ağdaş və İrəvan pambıqçılarının qurultayı keçirildi
    1904-cü il oktyabr - Sosial-demokratik "Hümmət" təşkilatının fəaliyyətə başlanması
    1904-cü il - İlk kredit idarəsi- "Qarşılıqlı kredit cəmiyyəti" açıldı
    1904-cü il dekabr - Bakı fəhlələrinin ümumi tətili, məşhur Konstitusiyasının (27 dekabr) nizamlanması
    1905-ci il fevral - Gəncədə "Sosial-federalistlərin türk inqilabi komitəsi"nin yaradılması
    1905-ci il 6-9 fevral - Bakıda erməni-müsəlman toqquşmaları
    1905-ci il 26 fevral - Qafqazda canişinlik üsul idarəsinin bərpası
    1905, 27 sentyabr - Neft sənayeçilərinin Peterburq müşavirəsi
    1905-ci ilin yayı - Gəncədə "Qeyrət" qrupunun yaradılması
    1905-ci il, avqust - Nijni-Novqorada Ümumrusiya müsəlman ittifaqının (İttifaqi-müsliminin) I (təsis) qurulutayının keçirilməsi
    1905-ci il, dekabr - Kadet partiyası Bakı şöbəsinin təşkili
    1905-ci il, avqust-sentyabr - "Difai" partiyasının meydana çıxması
    1906-cı il, 28 oktyabr - Bakı qrado naçalnikliyinin yaradılması
    1906-cı il, aprel - Tiflisdə "Molla Nəsrəddin" jurnalının çapa başlaması
    1907-ci il - "Musa Nağıyevin neft sənayesi və ticarət cəmiyyəti" yarandı
    1907 - Müsəlman ruhani cəmiyyəti "Səadət”in fəaliyyətə başlaması
    1908-ci il - Uluxanlı və Culfa stansiyalarını birləşdirən dəmiryolu çəkilişinin başa çatdırılması
    1909-cu il - S. Peterburq beynəlxalq kommersiya bankı Balaxanı kəndində özünün ikinci şöbəsini açdı
    1910-cu il - Yelizavetpol quberniyası kənd məktəbləri müəllimlərinin qurultayı
    1911-ci il - Culfada İran hesab-borc bankının şöbəsi yaradıldı
    1911-ci il - Bakı-Tiflis telefon xətti çəkilib başa çatdırıldı
    1911, oktyabr - Bakı "Müsəlman Demokratik Müsavat (Bərabərlik) Partiyasının əsasının qoyulması
    1911-Bakı ilk qadın qəzeti "İşıq" nəşr olunub
    1912-ci il - "Dağıstanda və Zaqatala dairəsində kəndlilərin bəylərdən və keşkəl sahiblərindən asılılıq münasibətlərinin ləğv edilməsi haqqında" qanun IV Dövlət duması tərəfindən təsdiq edildi
    1912-ci il, 16 avqust - Gəncə şəhərində Tiflis kommersiya bankının şöbəsi açıldı
    1912-ci il, 20 dekabr - Çar tərəfindən Stolıpin aqrar siyasətinin müəyyən məhdudluqla özündə əks etdirən canişin layihəsi təsdiq edilib qüvvəyə mindi
    1913-cü il - Lənkəranda Rus-Asiya bankının şöbəsinə çevrilən komissionerliyi açıldı
    1913-cü il - Astarada İran hesablama borc agentliyinin şöbəsi açıldı
    1913-cü il - Londonda "Yeni Şibayev neft komissiyası" yaradıldı
    1913-cü il - "Xəzər gəmiçiliyi" yaradıldı
    1913-cü il - Bakı ilə Tiflis arasında birbaşa teleqraf əlaqəsi yaradıldı
    1913-cü il, 7 iyul - Çarın sərəncamı ilə "Dağıstanda və Zaqatala dairəsində kəndlilərin bəylərdən və keşkəl sahiblərindən asılılıq münasibətlərinin ləğv edilməsi haqqında" qanun qüvvəyə mindi
    1914-1918 - M. Nağıyevin vəsaiti ilə xəstəxana tikilmişdi
    1914-cü - "M. Q. Əlibəyovun məftil-kanat və başqa mexaniki istehsal səhmdar cəmiyyəti" təşkil olundu
    1914 - Gəncədə Müəllimlər Seminariyası açılmışdır
    1914-cü il - Bakı tacir bankı yaradıldı
    1914-cü il, 25 iyun - Qarşılıqlı kənd təsərrüfatı kredit cəmiyyəti açıldı
    1914-1918-ci illər - I Cahan savaşı
    1915, 15 iyun - Bakı HSK-nın yaradılması
    1916 - Bakı Müəllimlər Seminariyasının fəaliyyətə başlaması
    1916 - "Müsəlman dram cəmiyyəti yaradıldı
    1917, 3 mart - Yelizavetpolda Türk Ədəmi-Mərkəziyyət Partiyasının təşkili
    1917, 3 mart - Cənubi Qafqazda mülki hakimiyyət yeni yaradılmış Xüsusi Zaqafqaziya Komitəsinə-OZAKOM -a verildi
    1917, 15-20 aprel - Bakıda Qafqaz müsəlmanları qurultayı keçirilməsi
    1917, 1-8 may - Zaqafqaziya Komissarlığının təşkili
    1918, yanvar - Yelizavetpol qəzasında azərbaycanlıların soyqırımı
    1918, 23 fevral - Zaqafqaziya seyminin açılması. Zaqafqaziya hökumətinin təşkili
    1918, mart-aprel - Bolşevik-daşnak qüvvələri tərəfindən azərbaycanlıların soyqırımı
    1918, 27 may - Azərbaycan Milli Şurasının təşkili. Azərbaycanın Müstəqilliyi Aktının qəbulu
    1918, 28 may - Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi
    1918, 28 may - Azərbaycanın İstiqlaliyyəti haqqında Aktın (Əqdnamə) qəbul edilməsi
    1918, 4 iyun - Azərbaycan və Osmanlı hökumətləri arasında Sülh və Dostluq müqaviləsinin imzalanması
    1918, 16 iyun - Azərbaycan Cümhuriyyəti Milli Şurasının və Hökumətinin Tiflisdən Gəncəyə köçürülməsi
    1918, 26 iyun - Azərbaycan Milli Ordusunun yaradılması
    1918, 26 iyun - Azərbaycan (türk) dilinin Azərbaycan Cümhuriyyətinin dövlət dili elan edilməsi
    1918, 31 iyul - Bakı Xalq Komissarları Şurasının süqutu
    1918, 4 avqust- İlk ingilis qoşun dəstəsinin Bakıya gəlməsi
    1918, 17 sentyabr – Azərbaycan hökumətinin Bakıda fəaliyyətə başlaması
    1918, 9 noyabr - Azərbaycan Cümhuriyyətinin Dövlət Bayrağı haqqında qanunun qəbul edilməsi
    1918, 7 dekabr - Azərbaycan Cümhuriyyəti Parlamentinin açılışı
    1918, 26 dekabr - Gürcüstan və Azərbaycan arasında tranzit müqaviləsinin imzalanması
    1919, 15 yanvar - Qarabağ general-qubernatorluğunun yaradılması
    1919, 15 yanvar - Azərbaycan Cümhuriyyəti Silahlı Qüvvələri Baş Qərargahının təşkili
    1919, 5 aprel - Hərbi Nazirliyin Bakıya köçürülməsi

    alıntı
0 0 0