Ceylan

Ceylan

Üye
24.05.2011
Üsteğmen
24.931
Hakkında

  • İslami gözel sözler - İslami nesihetler - Gözel kelamlar - Dualar


    AZAN sesi olmaq istərdim. Şeytanın yoldaşı olan bəzi insanların daxilindəki iblisə əzab vermək üçün!!!

    - Hz Məhəmməd (s.a.v) buyurur:
    Hər insan xəta edər.
    Səhv edənlərin ən xeyirliləri tövbə edənlərdir

    Sıxıntılar azan səsi kimidir...Insani Allaha dəvət edər...
    Allah öz mərhəmətini üstümüzdən əskiltməsin.

    Namaz Qılanlar 2 yerə Bölünür:
    Allaha məhəbbətdən və cəhənnəm qorxusundan qılanlar..
    Çalışın 1cidən olun. Allah sevənlərini görmək istəyir..Onun kimsəyə ehtiyacı yoxdur O ehtiyacsızdır...

    Ey gecənin Sahibi!
    Necə ki, qüdrətinlə gecəni gündüzlə örtürsən;
    Bizim də xətalarımızı, günahlarımızı rəhmətinlə ört...AMIN!!!

    İbadət etmək üçün məkan fərq
    etmir Qəlbdə İman olduqdan sonra..

    Ey Müsəlman,Islamı elə diri və sağlam yaşa ki,səni öldürməyə gələn səndə Dirilsin...

    Səbr et!Həqiqətən Allahın vədi haqqdır.Günahının bagişlanmasını dilə,axşamüstü və sübh çaği Rəbbini həmd ilə təriflə

    Ən çarəsiz anında belə Allaha sığın!
    Çünki etdiklərindən sonra
    bağışlayacaq olan, təkcə Allahdır!

    Həzrət Əli(ə) buyurur:"Sənə ən yaxın düşmən öz nəfsindir".

    Həzrət Əli(ə) buyurur:"Təəccüb edirəm o kəsə ki,ölüm yatağından qorxur,lakin günahdan uzaqlaşmır."


    alıntı
#11.03.2013 08:46 0 0 0
  • Konu: Namaz
    Namaz ve onun faydaları haqqında - Namazın sağlamlığımıza faydaları nelerdir

    Namazin bizim həm bədənimizə həm də ruhumuza cox FAYDALARI var! Ruhumuzun namaza çox ehtiyaci var nece ki, bədənimizin suya, yeməyə ehtiyaci oldugu kimi. Həmçinin bədənimizin də namaza ehtiyaci var. Namaz qilan şəxs əllbetdeki destnamaz almalidi. Gündə 5 dəfə yuyunmaq heç kimə ziyanı olmaz. Çox adamin problemi olan ayağ qoxusundan qurtular. Namaz qilanlar diqqətini toplamagi daha yaxşi bilir. Həm də namaz da olarkən dünyadakı problemlərdən uzaq qalirsan.Allahnan görüşrən, danişirsan. Sən onu görməsən də O, səni görür. Çoxunuz fikir vermisiz? Səcdə edərkən başımızı yerə qoyanda elə bil başımız dakı ağri, yük yerə yapışır. Yerə gedir əvəzində təzə enerji gəlir. Namazin faydalari saysiz hesabsizdi.
    Namazın sağlamlığımıza Faydaları ...

    Heç tərəddüd etmədən söyləyə bilərik ki; dəstəmaz almaq qədər sağlamlığa faydalı bir düstur tapmaq mümkün deyil. Təsbit edilən saysız faydalarından bəzilərini belə sıralaya bilərik:

    1 - Gündəlik həyatımızda əllərimizlə toxunmadığı yer, yapişmadiği mikrob qalmır. Dəstəmaz alarkən əl, üz və ayaqları yumaq ən gözəl bir qoruma. Virusların parazit və bakteriyaların bədənə girişi beləcə önlənə bilər.

    2 - Tənəffüs sistemimizin giriş qapısı olan burnumuzun yumaqla, toz və mikrob yığınlarının bədənə girmələri önlənmiş olmaqdadır.

    3 - Üzün yuyunması, dərini qüvvətlənər, başdakı ağrı və yorğunluğu yüngülləşdirər. Damar və sinirləri hərəkətə keçirir. Davamlı dəstəmaz sahələrin üzündə yaşları ilərləsə belə bir gözəllik meydana gələr.

    4 - Boy dəstəmazı, lazımlı hallarda, bədənin yenidən zindəliyini qazanmasını təmin edər. Bədəni müəyyən aralıqlarla yumaq qoruyucu həkimlik cəhətdən çox əhəmiyyətlidir.

    5 - Bu gün infraqırmızı şüalarla dərinin xarici fotoşəkilləri çəkilmiş, statik elektrik təbəqəsinin sıxlığı təsbit edilmişdir. Bədən sağlamlığı bu elektrik tarazlıq ilə yaxından əlaqədardır. Dərinin elektrik yükü hirs halında normalın 4 qatına, qüslü tələb edən hallarda 12 qatına çıxır. Boy abdesti etmeklə bədən yenidən normal elektrik yükünə dönməkdədir.

    6 - Dəstəmaz və Boy dəstəmazı damarlardakı sərtləşməyi və daralma önləyər, linfa sistemini hərəkətə keçirib immuniteti gücləndirir.

    7 - Su olmadığı zaman torpaqla edilən təyəmmüm də bədəndəki statik eletriği azaltmaqdadır.

    alıntı
#11.03.2013 08:41 0 0 0
  • İslamın meqsedi - Gözel exlaq nedir - İslamın meqsedi gözel exlaqdır

    Hər insan səadətə çatmağı istər. Adamın səadətə çata bilməsi üçün bəzi şeylərə sahib olması lazımdır. İman, ibadət, elm və əxlaq sahibi olmaq, səadətin təməl əsaslarıdır. Bunlara sahib olan şəxs üçün səadət qapıları açılmış deməkdir.

    İman, ibadət və elm insanı kamilləşdirir və gözəl əxlaq sahibi edər. Gözəl əxlaq, İslam üçün bir məqsəddir. Çünki Peyğəmbər Əfəndimiz (s.ə.s.) bir hədisində: "Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim." buyurmuşdur. Müsəlmanı bir ağaca bənzətsək, onun kökü iman, kolları əməl, yarpaqları elm, meyvəsi də gözəl əxlaq və fəzilətdir. Quran-ı Kərim və Əfəndimizin sünnəti, bütün canlılara və cansızlara həyat verən torpaq, su, hava və günəş kimidir. Bağça sahibi fidanı tikər və illərcə ona xidmət edər, nəticədə ondan meyvə gözləyər deyil mi? Müsəlmandan gözlənilən şey də gözəl əxlaqdır. Ağacın ən şirin və ən faydalı yerinin meyvəsi olduğu kimi, müsəlmanın ən gözəl yönü də əxlaq sahibi olmasıdır. Çünki Peyğəmbərimiz (s.ə.v.) "Möminlərin iman cəhətdən ən üstün olanları əxlaq tərəfindən ən gözəl olanlarıdır." buyurmuşdur.

    Gözəl əxlaq mövzusunda Peyğəmbər əfəndimizi özümüzə nümunə götürməliyik. Bir ayədə Cənabı Haqq belə buyurur. "And olsun ki, Rəsulullah da sizlərdən Allahı və axirət gününü ummaqda olanlar və Allahı çox zikr edənlər üçün gözəl bir nümunə vardır."
    Əshabi-kiram, Məhəmməd (s.a.v) 'i özlərinə nümunə götürüb hər mövzuda onun sünnəsinə tabe olduqları üçün, qısa zamanda kamala çatmışlar.

    Bilirsiniz ki, zamanımızda hər cəmiyyətdə əxlaq böhranı və narahatlıq mövcuddur. Millətlərin maddi və texniki cəhətdən keçin daha çox imkanlardan istifadə etmələrinə baxmayaraq, dincliyə çata bilmədikləri bir gerçəkdir. Bu böhran və böhranlardan qurtuluş yolu, İslam əxlaqını öyrənib yaşamaqdır. Yetişən nəsillərə İslam dinini öyrətməliyik. Dini hökmlərə və əxlaqi qaydalara uyğun hərəkət edərək gənclərə nümunə olmalıyıq. Cəmiyyət olaraq dinclik və səadətə beləcə nail ola bilərik.

    İslam əxlaqının yaşandığı cəmiyyətlərdə qardaş qardaşı öldürməz. Kimsə kimsənin malına və namusuna göz dikməz. Kiçiklər böyüklərə hörmət göstərər, böyüklər kiçiklərə şəfqət və mərhəmət edər. Dünyaları belə olanların axirət həyatlarını kainatın Əfəndisindən dinləyək:

    "Qiyamət günündə mənə ən yaxın və hüzurumda ən sevimli olanınız, əxlaqı ən gözəl olanınızdır. Məndən ən uzaq və hüzurumda ən xoşagəlməz olanınız isə, çox danışan, lazımsız və uzun danışanlarla, qürurlu olanlarınızdır."

    Gözəl əxlaqı əldə etmək və gözəl əxlaqla həmdəm olmaq üçün:
    Cənabı Haqqın əmrlərini edib, nəhy etdiyi pisliklərdən çəkinməli,
    Peyğəmbər Əfəndimizin sünnətinə uyğun hərəkət etməli,
    Hər cür haram, zülm və haksızlıklardan uzaq dayanmalı,
    Günah və faydasız olan sözləri söyləməyib, az və faydalı danışmalı,
    Vaxtını boşa keçirməyib, dünya və axirətə faydalı bir şeylə məşğul olmalı,
    Heç kimin əleyhində danışmamalı və heç kimi narahat etməməli,
    Əlindən gəldiyi qədər hər kəsə maddi və mənəvi yardım etməli,
    Böyüklərə hörmət, kiçiklərə şəfqət göstərməli,
    Alçaq könüllü, səmimi, şirin dilli və gözəl üzlü olmalıdır.
#11.03.2013 08:34 0 0 0
  • Özünü tanımaq - Allahı tanımaq - Özünü tanıyan Allahını tanımışdır


    Deyirlər, Allahı tanımaq üçün insan əvvəlcə özünü tanımalıdır. İnsan özünü necə tanıya bilər?
    Cavab : Həzrət Əli (ə) buyurur: “Özünü tanıyan Allahını tanımışdır”[1]

    Əvvəlcə qeyd edək ki, insan Allahı ya təfəkkür, ya da “hüzuri” yolla tanıya bilir. Hüzuri tanışlıq iki növdür. Birinci növ hüzuri tanışlıq əvvəlcədən insanın daxilində qoyulmuş fitri tanışlıqdır. “Rum” surəsinin 30-cu ayəsində buyurulur: ”Üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut.”

    Hüzuri tanışlığın ikinci növü elə bir elmdir ki, Allah bu elmi yalnız layiq bəndələrinə əta edir. Qur`anda oxuyuruq: “Beləcə, İbrahimə göylərin və yerin mülkünü göstərdik ki, əminliklə inananlardan olsun.” [2]

    Bəli, insan özünü tanımaq üçün fitrətin nə olduğunu anlamalıdır. Fitrət isə müxtəlif üsullarla dərk olunur. Cəmiyyəti və tarixi öyrənmək, daxili meyllərlə tanış olmaq, vicdanın səsini dinləmək, səmavi kitaba və buyuruqlara müraciət etmək fitrətlə tanışlıq üsullarındandır. İnsan elmi şəkildə öz vücudunu öyrənməli, bu vücudda fəaliyyət göstərən qüvvələrlə tanış olmalı, nəfsini paklaşdırmalı, ayələr və rəvayətlər vasitəsi ilə suallarına cavab tapmalıdır.
#11.03.2013 08:30 0 0 0
  • islamda söze baxmayan qadınlara münasibet - Nə üçün Sözə baxmayan qadınlarla yaxşı rəftar edək


    İmam Sadiq (ə) buyurur:
    “Atamın sözə baxmayan bir arvadı var idi ki, həmişə ona əzab-əziyyət verirdi, amma atam bunun əvəzində onu əfv edirdi”.

    İlahi peyğəmbərlərdən biri olan Hudun (ə) arvadı ona əziyyət verirdi, üstəlik onun düşmənləri ilə əlbir olurdu. Amma, Həzrət Hud (ə) o qadının sağ qalmasını istəyir, buyururdu:

    “Mömini bir kəs əziyyət etməlidir, yaxşı olar ki, bu əziyyət öz yanında olan qadını tərəfindən olsun”.

    İmam Sadiq (ə) buyurur:

    “Həzrət İbrahim (ə) özünün sözə baxmayan (üsyankar) əhval-ruhiyyəsi olan Saradan Allaha şikayət etdi. Allah da cavabında buyurdu: {Ey İbrahim, öz arvadınla keçin, çünki, (sözə baxmayan, üsyankar) qadın əyri sümük kimidir. Əgər düzəltmək istəsən, onu sındırarsan, əgər öz halına buraxıb dəyməsən, ondan bəhrələnərsən!}”.

    Qeyd edək ki, qadınlar çox zərif, incə və atifəli varlıqlar olub, ailə daxilində əsaslı rol ifa edirlər, eyni zamanda, onların qəlbi çox nazik və həssasdır. Onlara qarşı çox diqqətli və ehtiyatlı olmalı, onlara nəvaziş göstərməli və əvəzində onlardan müsbət (+) istiqamətdə faydalanmalısınız. Əgər, kobudluq və bədrəftarlıq etsəniz, bu zərif varlıqlar bir növ “Sınacaq” və artıq istifadə üçün yararlı olmayacaqlar. İmam Əli (ə) qadınların zəriflikləri barəsində bu həqiqətə işarə edərək, oğlu Həsənə (ə) buyurur:

    “Qadın zərafətlik və həssas olmaqda Reyhan gülü kimidir. Özəl və ətirli olmaqla yanaşı, çox həssasdır. O qəhrəman deyildir ki, ailənin və ictimaiyyətin ağır məsuliyyətli işlərini görsün”.

    Bu hədislər göstərir ki, ilahi övliyaların, məsum imamların bəzilərinin sözə baxmayan, üsyankar arvadları olmuş, amma o həzrətlər onların xətalarını görməməzliyə vuraraq, öz həyatlarını davam etdirmişlər; həyat yoldaşlarının onlara qarşı rəva gördükləri zülm və sitəmi qəbul etmiş, ancaq, özləri heç vaxt onlara zülm etməmişlər. Hz. Məhəmməd (s.ə.s) bu həqiqətə işarə edərək, buyurur:

    “Üç dəstə adam var ki, əgər qorxuları olmasa, zülm edərlər:

    1. Alçaq fitrətli insanlar
    2. Sözə baxmayan qadınlar
    3. Xidmətçilər”.

    Diqqət yetirilməlidir ki, qadının etdiyi zülmlərin qarşısını almaq üçün ona əzab-əziyyət vermək olmaz, əksinə, ağlasığan yolla, məhəbbət dolu baxışlarla, gözəl rəftarlarla onlara xətalarını anlatmaq lazımdır.
    İmam Əli (ə) buyurur:

    “Ailə mühitində olan qəm-qüssələr insanın tez qocalmasına səbəb olur”.

    Həzrət başqa bir hədisdə buyurur:

    “Qəm-qüssələr insanın bədənini əridib aradan aparır”.

    İmam Sadiq (ə) buyurur:

    “Hər kəs öz ailəsi və həyat yoldaşı ilə yaxşı rəftar etsə və öz müştərək həyatını belə davam etdirsə, Allah onun ömrünü uzadar”.

    İmam Səccad (ə) cəmiyyətdə mövcud hüquqları bəyan edərkən, qadının hüququna da işarə edərək buyurur: “Ər və arvad bir-birinə qarşı Allahın yaratdığı qarşılıqlı nemətlər kimidir və gərək, bu nemətlərin qədri bilinsin, onlar bir-birini əzizləsinlər, nəticədə bir-birinə qarşı məhəbbətlə yaşasınlar”.

    Bu fəslin sonunda zəruri bir məsələni xatırlatmağı lazım bilirik: O da bundan ibarətdir ki, həyat yoldaşı ilə mülayim, yaxşı rəftar etmək İslam qanunları çərçivəsində olmalıdır. Buna əsasən, İslama zidd olan qeyrətsizlik, qadın və kişinin hicabsız surətdə qarışığından ibarət olan məclislərin təşkil olunması, camaatın gözləri önündə qadınların heysiyyətlərini aradan aparıb oyuncağa döndərmək kimi işlər ümumiyyətlə bizim bəhsimizdən xaricdir. (Haramdır)

    İmam Əlinin (ə) nəzərincə “Ailəsinə və həyat yoldaşına qarşı qeyrətsizlik və etinasızlıq göstərənlər imansızdırlar”.

    Əvvəlki bəhslərdə qeyd etdiyimiz kimi, qadınlar insanın səadət və xoşbəxtlik səbəbi, Allahın yer üzündəki işçiləri və kişilərin qəlblərinin aramlığıdır. Pak, işgüzar və ürəyi yanar nəsli tərbiyə etmək və s. kimi xüsusiyyətlər onların vücudlarında gizlənmişdir. Məgər, belə insanları döymək olarmı? Görəsən, onların bədənlərini döyüb, göyərtmək və yaralamaq cinayət deyilmi?! Görəsən, müqəddəs İslam dini və azad vicdanlar bu yer mələklərinin mehriban qəlblərini sındırmağa icazə verərmi?...
#11.03.2013 08:27 0 0 0
  • Ulduzlar bu güne ne ved edir - Günün qoroskopu 11.03.2013

    Qoç - Miranda və Arielin münasibətləri uğurlu gün vəd edir. Başladığınız işlərdə qətiyyətli, eyni zamanda ehtiyatlı və soyuqqanlı olsanız, uğur əldə edə bilərsiniz. Xüsusi diqqət və qayğı tələb edən sahələrdən diqqəti əsirgəməyin. Tələsməyin, işlərdə və ətrafınızdakı mühitdə qayda yaradın.
    Əməllərinizdə estetik komponent olsun.
    Təmasları elə seçin ki, sizi gərməsin və narahat etməsin. Həyatınızda baş verən, ilk baxışdan təsadüf təsiri bağışlayan hadisələrin məğzini anlamağa çalışın. Onlar nəyisə dəyişir.
    Mümkün problemlərin heç olmasa bəzilərini əvvəlcədən duymağı bacarın və o problemləri rüşeym halında çözün.

    Buğa - Fobos və Saturnun münasibətləri bu gün nəyisə tələsdirməyinizi istəmir. Hadisələri çətinləşdirməyin, durumu mürəkkəbləşdirməyin. Müəyyən mərhələnin başa çatması, münasibətlərdə və işdə yeni səviyyəyə keçməyin zərurəti hissi yarana bilər.
    Emosiyalar xoş olmayacaq, amma yeniliklər mütləq gərəkdir. Maraqlarınız və tələblərinizi təmin etməyə çalışın.
    Qəm yeməyin, kimsə gələr, kimsə də gedər. Yer heç zaman boş qalan deyil.
    Gələcəklə bağlı ümumi planlarınızın olduğu və ya təcrübəyə malik insanla yazışmaqda, söhbətdə xeyir var.

    Əkizlər - Kallisto və Himaliyanın münasibətləri maliyyə məsələlərində diqqətli davranmağınızı istəyir. Öhdəliklərlə yanaşı, etik normaları da pozmayın. Bütün işlərin arxasınca düşüb mümkün qədər çox çalışmağa cəhd göstərməyin.
    Əsas işləri mütləq şəkildə fasiləsiz nəzarətdə saxlayın. Gələcəkdə hansısa işin öhdəsindən təkbaşına gələ bilməyəcəyinizi anlayanda yardım edilməsini istəyirsinizsə, yaxın ətrafınızdakı insanların problemlərinin həllində iştirak edin, onlara dəstək verin.
    Səhhətinizə fikir verin. İmkan varsa, yaxşı qidalanın, açıq havada gəzintiyə çıxın.
    Gün ərzində alınan informasiya və məlumatları axşam saatlarında müzakirə edin.

    Xərçəng - Pluton və Deymosun münasibətləri cari işlərə diqqəti maksimum dərəcədə artırmağı tələb edir. Maneələrlə sədləri aradan qaldıraraq yaxın ətrafınızdakı insanlara başa salın ki, sizə mane olmasınlar. Mühüm informasiyanın alınması mümkündür.
    Faydalı ideyalar istisna deyil.
    İşgüzar əməkdaşlıqda yeniliklər, problemlərin uğurlu həlli, suallara tam cavabların alınması mümkündür. Şərait perspektivlərin müzakirə ediləcəyi toplantı üçün müvafiqdir.
    Yaşamınıza köklü dəyişikliklər etməyin. Bu gün aramla, təmkinlə, alınan xəbərləri və yaxın ətrafınızdakı insanların reaksiyaları ilə münasibətlərini dəyərləndirərək davranmaq gərəkdir.

    Şir - Himaliya və Avropanın münasibətləri bu gün işlərin həcmi ilə ağırlığını artıracaq. Yeni planlar və istəklər var.
    Lakin sizi nə isə geri çəkir, həyata keçməyən və reallaşmayan arzularla ümidləri yada salır. Pərişan edən informasiya ala bilərsiniz. Harayasa getmək, problemləri həll etmək, çətin vəziyyətdən çıxış yolu aramaq ehtiyacı yaranıb.
    Başqasının problemlərini həll etməzdən əvvəl öz işlərinizi bitirin. Səhhətinizə fikir verin. Fiziki iş, ev işi, axşam saatlarında gəzinti faydalıdır.

    Qız - Erida və Yupiterin münasibətləri yeniliklər olmayan rutin gün vəd edir. Diqqəti bir mövzuda, bir işdə cəmləşdirin. Günün ikinci yarısı işgüzar görüşlər və danışıqlar üçün faydalıdır.
    Rəhbərlik və ya tərəfdaşla yeni ideyanı müzakirə etmək, köhnə planlarla ideyaları nəzərdən keçirmək olar. Sizdən asılı olmayan səbəblərdən yarımçıq qalan işləri və ya layihəni başa vurmağa çalışın.
    Qarşılıqlı mənfəət vəd edən yeni əməkdaşlığa başlamaq vaxtıdır.
    Lakin ehtiyatlı olun, çünki enerjiniz ikinci dərəcəli məsələlərin həllinə yönələ bilər. Həmin məsələlər emosional baxımdan cazibədar olsa da, yetərli potensiala malik deyil.

    Tərəzi - Haumea və Plutonun münasibətləri bu gün bütün diqqəti işə və cari məsələlərin həllinə yönəltməyi tələb edir.
    Yaxşı gəlir verəcək işlə məşğul olmaq vaxtı çatıb. Mövcud şərtlər sizi qıcıqlandıracaq. Rəqiblərin əməllərinə fikir verməyin, tərəfdaş və ya həmkarlarla fəaliyyətinizin nizamlanmasına çalışın.
    Şəxsi münasibətləri qulaqardına vurmayın, işi yaşam absolyutuna çevirməyin.
    Bununla belə, fəaliyyətinizin mənfəətinin azalmasına rəvac verə biləcək addımlar atmayın.

    Əqrəb - Serera və Neptunun münasibətləri bəzi şərtlərin məcrası ilə batinini bu gün izhar edəcək. Yeni məlumatlarla informasiyalar həyatınızdakı bəzi dəyərlərlə bağlı düşünməyə vadar edəcək. Yeni planların reallaşdırılması üçün daha çox məkan və vaxta ehtiyacınız var.
    Planlarınız geniş miqyaslıdır, yeni imkanlar vəd edir.
    Bir qədər tək qalın, strateji məqsədləri düşünün, işin məqsədi və münasibətlərin mənalarını təhlil edin. Gün ünsiyyət, qəfil görüş və həllər vəd edir.
    Əgər hansısa söhbətə ehtiyac duyursunuzsa, əlverişli mühit yaradın.
    Köhnə problemlərin qəfil, gözlənilməz, orijinal həll yolları peyda ola bilər.

    Oxatan - Makemake və Yupiterin münasibətləri ətalətli gün vəd edir. Emosional baxımdan kasad gün olsa da, iş qabiliyyəti və ambisiyalar güclənir.
    İş sistemli yanaşma tələb edir. Maliyyə məsələlərinin həlli, yeni əməkdaşlıq formalarının axtarışı, fəaliyyətin optimallaşdırılması üçün əlverişli vaxtdır. Məqsədlərinizi konkretləşdirin, hədəflərə çatmaq üçün aktivləşin.
    Kollektiv qərarlar məqsədə doğru hərəkəti sürətləndirə bilər və bunun üçün ambisiyalarınızdan keçməyin. Bütün təsir rıçaqlarına malik deyilsinizsə, proseslərə nəzarət etməyə çalışmayın.
    Şəxsi münasibətlərdə təşəbbüskar olun, yeni yollar arayın. Sevdiyiniz insan sizdən xoş sözlər gözləyir.

    Oğlaq - Lisiteya və Uranın münasibətləri gərginliyin aradan qalxmasını vəd edir. Problemlər çətinləşir, situasiya isə inkişaf və transformasiya istəyir. Ambisiyalarınız arta bilər.
    Vurnuxmaya çox fikir verməyin. Yalnız perspektivdə gərəyiniz ola biləcək informasiyaya fikir verin.
    Mənasız hay-küy, aktivlik az olmaycaq. Lakin məlumatları və gələn informasiyaları süzgəcdən keçirməklə onların arasında dəyərli nə isə aşkarlaya bilərsiniz. Həyatınızı çətinləşdirən məqamlarınızdan bəhrələnməyə çalışın.
    Axşam saatlarında rahatlıqla dincəlin.

    Dolça - Pluton və Marsın münasibətləri bir qədər gərgin gün vəd edir. Lakin tələsməyin, işlərin hamısını eyni vaxtda görməyə çalışmayın. Bir qədər fasilə edin.
    İşdə münasibətlərin gərginləşməsi, düşünülməmiş qiymətləndirmələr, ifrat məsuliyyət mümkündür.
    Emosiya və qüvvənizi çətin işin həllinə yönəldin. Məlumat axtarın və araşdırın, maraqlarınızın əhatə etdiyi müstəvi və məkanı təhlil edin.
    Əvvəllər gerçəkləşdirə bilmədiyiniz iş bu gün qəflətən yerindən tərpənə bilər.
    Çalışın, zəhmətiniz nəticəsiz qalmayacaq.

    Balıqlar - Venera və İonun münasibətləri uğurlu gün vəd edir. Yaşam məkanınızı artıracaq, gəlirlərinizi çoxalda biləcək işlərlə məşğul olun.
    Planlaşdırdığınız işlərə hazırlaşmaq, təmir və rekonstruksiya da əlverişlidir.
    Yaxın ətrafınızdakı insanların yardım çağırışlarına laqeyd qalmayın, onların duyğu və hisslərini düşünün. Tələsməyin. İşləri təmkinlə görün. Ünsiyyətdə də səbirli olun.
#11.03.2013 08:21 0 0 0
  • Show Biznes xeberleri - Meşhurlar


    noimage

    “Sonuncu dəfə anam öləndə ağlamışam”

    Türkiyədə televiziya dünyasının ən uğurlu şəxslərindən olan Acun Ilıcalı Azərbaycanda da sevilir və izlənilir. Kulis.az Acunun müsahibəsini təqdim edir.

    Medianın ən tanınmış simalarından biri olsa da, oyuncaqları, dostları, hobbiləri və özünəxas prinsipləri ilə idarə etdiyi iş həyatında əslində saqqalı uşaqdır Acun Ilıcalı. İş yerində məni şortik və çəkələkdə qarşıladı. Mənim üçün ən çətini odur ki, Acuna indiyə qədər verilməmiş sual qalmayıb. “Dərd eləmə, nə danışsaq, oxunacaq”-dedi.

    - Həyatında istədiyin yerdəsən, ya yox?

    - Xəyalımda qurduğum həyatdan 3 mərhələ qabaqdayam hər halda. Müxbir olduğum vaxtlarda gələcəklə bağlı belə bir xəyal qur desəydilər, indi olduğum yeri xəyalımda canlandıra bilməzdim. Məncə, buranı fikirləşmədiyim üçün burdayam.

    - Yəni?...

    - Sən qabağına bir hədəf qoyursan və özünə bir yol cızırsan, ancaq bunun doğru olduğunu hardan bilirsən? Mən müxbir işlədiyim vaxt xəbər oxumağa cəhd edirdim. O vaxtkı hədəfim bilirsiniz nə idi? İnşallah gün gələr, hər gün xəbərləri mən oxuyaram. Sonra bir iş yoldaşım mənə belə dedi: “Acun, sən pis oxuyursan xəbərləri, bilirsən bunu?”. Mən inadkar cavab verdim. Onun cavabı isə belə oldu: “Acun, sən manyaksan? Sən, məsələn, küçədə daha rahat danışan, istiqanlı adamsan. Zəif olduğun işə özünü niyə məcbur edirsən ki?”

    - Yəni hədəflərin yanlış idi?

    - Bəli, çünki sən də yaxşı bilirsən ki, xəbər sahəsində ən prestijli iş spikerlikdir. Ancaq mənim xəyallarım yanlış idi. Mən səhv yolla gedəcəkdim. Heç vaxt yaxşı xəbər aparıcısı ola bilmərəm mən. Belə bir istedadım yoxdur çünki.

    - Biznes həyatında da deyəsən uğursuzluğun olub?

    - Hə... Əvvəl küçədə şalvar satırdım. Arzum isə bir mağaza açmaq idi. Amma iflasa uğradım. İnsanın qurduğu arzular həmin andakı statusu səviyyəsində arzular olur. Bəlkə də səhv yoldasan. Qoy, həyat səni başqa bir yerə aparsın. Özünü o həyata burax. Daha xoşbəxt olacaqsan.

    - Keçmişinə baxanda “yaxşı ki, filan-filan şeylər olmayıb, Allah məni qoruyub, daha yaxşı şeylər qarşıma çıxıb” deyirsənmi heç?


    - Həyatımda bəzi döngələr var. O döngələrdə başıma pis şeylər gəlməsəydi, mənim bu nöqtəyə gəlib çıxmaq şansım yox idi. 2002-ci il Dünya Çempionatına müxbir olaraq gedə bilsəydim, “Acun firarda”nı hazırlaya bilməyəcəkdim. Sonrakı hədəfim - bu veriliş çox reytinq qazansa, daha bir neçə səyahət proqramı hazırlamaq idi. Ancaq veriliş efirə gec saatlarda çıxdığına görə qanım qaralmışdı. Dedim, onda başqa veriliş hazırlayacam. “Fear factor”u hazırladım.

    - Belə başa düşürəm ki, sən əslində fürsəti görürsən və inadkarlıq edirsən. Özünü tamamilə həyatın axarına da buraxmırsan...

    - Haqlısan. Məsələ belədir: istədiyim mövzunun üzərinə gedirəm mən. Fürsəti görmək deyəndə, bir şey beynimə girirsə, onu etmək üçün əlimdən gələni edirəm.

    - Deməli, xəbər aparıcılığını, idman müxbirliyini o qədər də çox istəməmişdin.

    - Əlimdən gəlmirdi axı. Əlimdən gəlməyən işlə məşğul olmuram mən. Yeni fürsətin mənim üçün daha yaxşı olduğunu hiss etməliyəm yəqin ki.

    - Valideynlərini yol qəzasında itirmisən… Neçə il keçib üstündən?

    - 20 il oldu. Elə bil dünən baş verib. 25 yaşında valideyn itirməklə, 35 yaşından sonra itirmək arasında fərq var. Birinci, psixoloji olaraq özünüzü hazırlayırsınız artıq, çünki dost-tanışın ata-anası yavaş-yavaş bu dünyadan köçüb getməyə başlayırlar. 35 yaşdan sonra artıq ata-ana yasına gedildiyi dönəmdir. Amma 19-20 yaşında ana elə-belə dünyadan köçmür. Həmin yaş dövründə, ikisini də eyni gündə itirən adamın sağlam qalması çox da asan məsələ deyil. Hətta bu gün də məndə həmin hadisənin travmaları qalır.

    - Valideynlərini itirdikdən sonra bu günə kimi heç vaxt ağlamamısan, deyirlər.

    - Ağlamıram. Bir psixoloq dedi ki, mənim dost-tanışlarla həddən artıq isti münasibətdə olmağım, onlara çox vaxt ayırmağım məhz atamla anamı itirdiyimə görədir.

    - Bu faciə səni necə dəyişdirdi?

    - Mənim ruhi vəziyyətimi dəyişdirdi. Bir il evdən çıxmadım. Eləcə evdə oturdum... Dostlarım gəlib gedirdilər, ancaq qəlbimin dərinliklərində bir ağrı yerləşmişdi o vaxt. Elə bir ağrıdır ki, izah edə bilmirəm. Haransa ağrıyır, amma ağrıyan yerini əlinlə tapa bilmirsən. Çox xoşbəxt ailə idik. Deyirdik, gülürdük. Evdə hər istədiyim yerinə yetirdi.

    - Sənə ayrıca yemək bişirilirdi?

    - Elə istəyim olmurdu heç. Ağıllı uşaq idim.

    - Valideynlərin də sənə heç nədə korluq verməyib...

    - İndinin uşaqları elə nəsə aldırmaq istəyirlər. Amma məndə elə istək olmayıb. Halbuki 18 yaşımda artıq maşınım vardı. Böyük qızım da mənim kimidir, bu günə qədər bir şey istəməyib.


    “Qızım Banu qəzadan sonra ağlamayıb”

    - Bəs balacalar? Yasəmənlə Leyla...

    - Onlar dəhşətdirlər. Birinə alsan, o biri inciyir...

    - Bəs Banu niyə fərqlidir?

    - İlk uşaq mənim üçün ona görə fərqlidir ki, valideynlərim onu görmüşdü. Qızlarımın üçünü də sevirəm, amma Banu mələkdir mənim üçün. And içirəm, bir dəfə də məndən bir şey istəməyib. Heç dəcəl deyildi. Valideynlərimin öldüyü qəzada o da maşında idi. O gündən bəri ağlamır. Uşaqlar nəsə istəyəndə ağlayır məsələn, Banu heç vaxt ağlamazdı.

    “Pula görə heç kimin xətrinə dəymərəm”

    - Köhnə iş yoldaşların deyirlər, çox vəfalısan. Nəyə görə vəfalı deyirlər?

    - Yaxşılığı və pisliyi unuda bilmirəm, bir az kinliyəm. Çox aşağıdan bu pilləyə qalxdığıma görə, bir çoxlarını tanıya bilmişəm. Yaxşı insanları da unutmamışam, o vaxtkı Acuna həm maddi, həm mənəvi dəstək verənləri də.

    - 20 il əvvəlki Acunla indiki çox fərqlidir?

    - Dəyişmədiyimə görə uğurlu olduğumu düşünürəm. Düzünü danışaq, çox pul qazanıram. Pulu görüb quduranların başlarına gələnlərdən dərs alıram.

    - Pul səni heç dəyişməyib?

    - Pula görə heç kimin xətrinə dəyməmişəm. Özümü qarşımdakının yerinə qoyuram maddi məsələlərdə.

    - Yəni işçilərinə qarşı əliaçıqsan...

    - Bəli.

    “Hər yerə gecikirəm, canlı yayımlara da”


    - Sənin gecikməyin çox məşhurdur...

    - Hər yerə gecikirəm. Artıq zarafat mövzusu olmuşam. Nə qədər özümü tərbiyə eləməyə çalışsam da, alınmır. İndiyə qədər gözlətdiyim adamlara demək istəyirəm, haqlarını halal eləsinlər.

    - Hörmətsizlik kimi çıxır gecikmək...

    - Mən universitet imtahanına da gecikmişəm. Bunun məni gözləyən insana hörmətsizliklə əlaqəsi yoxdur. Bir dəfə jurnal almağa başım qarışıb, təyyarəyə gecikmişəm.

    - Canlı yayımlara necə vaxtında çatırsan?

    - Çata bilmirəm ki. Ən azı 3-4 veriliş buraxmışam belə. Ona görə, nifrət edirəm canlı yayımlardan.


    “Mənim qədər populyar olub serialda çəkilməyən adam tapmaq çətindir”

    - Serial təklifi gəlir?

    - Əvvəllər gəlirdi, indi yox. Mənim qədər populyar olub serialda çəkilməyən adam tapmaq çətindir.

    - Heç “bunu oynayardım” deyə düşündüyün rol olmayıb?

    - Rol oynaya bilmirəm ki! Xalqın gözünün qabağında olan birinin aktyorluq eləməsi üçün gərək yüksək istedada sahib olasan.

    - Bəlkə özünüzü bir yoxlayasınız...

    - Bu da spikerlik kimidir. Bir-iki filmdə çəkilmişəm, əslində. Mətni əzbərləyə bilmirəm. Nə deyəcəyimi fikirləşənə qədər, rol da yadımdan çıxar.




    Rəna NEVZAT
#11.03.2013 07:24 0 0 0
  • Xeberler - Sosial xeberler

    noimage

    Azərbaycan Ordusunun əsgəri şəhid olub.

    Şirvan Şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış, Beyləqan rayonu N saylı hərbi hissənin əsgəri, 1994-cü il təvəllüdlü Əbilov Əli İlham oğlu martın 10-da qoşunların təmas xəttində düşmən snayperindən açılan atəş nəticəsində başından aldığı güllədən şəhid olub.

    Bu barədə APA-nın Mil-Muğan bürosuna əsgərin qohumları məlumat veriblər.

    Şəhid əsgər əslən Şirvan şəhərindən olsa da, bu gün onun valideynlərinin yaşadığı Sumqayıt şəhərində dəfn olunması gözlənilir.

    Müdafiə Nazirliyinin mətbuat xidməti də əsgərin şəhid olması haqqında məlumat yayıb. Mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, martın 10-da qoşunların təmas xəttinin Füzuli rayonu istiqamətində N saylı hərbi hissənin əsgəri 1994-cü il təvəllüdlü Əbilov Əli İlham oğlu atəşkəsin pozulması nəticəsində şəhid olub.


    Qaynaq:Lent.az
#11.03.2013 07:09 0 0 0
  • Show Biznes xeberleri - Meşhurlar

    noimage

    “Eurovision 2013” müsabiqəsində ölkəmizi təmsil müəyyənləşdirilməsi üçün milli seçim turu başa çatıb. Lent.az-ın məlumatına görə, İctimai TV-nin canlı yayımında 8-ci həftəsinin iştirakçıları birincilik uğurunda mübarizə aparıblar. Həftə ərzində iştirakçılar Seyran İsmayılxanov, Valeriya Hüseynzadə, Ayişəbəyim Nağıyeva, Orxan Kərimli, Aysel Babayeva, Üzeyir Quliyev, Elvin Babaşov Ləman Dadaşova, Səid İsmayılzadə öz performanslarını göstəriblər. Daha sonra səsverməyə start verilib. Tamaşaçı səsverməsinə görə, Valeriya Hüseynova 3434 səslə birinci olub. İkinci yer Orxan Kərimli, üçüncü yer isə Aysel Babayeva olub. Lakin münsiflərin istəyi finala iki nəfər Valeriya Hüseynova və Aysel Babayeva vəsiqə qazanıb. Qeyd edək ki, analoji hal ötən həftə də təkrar olunub. Belə ki, həmin həftə də münsiflərin qərarı ilə iki nəfər seçilib. 8 həftə davam edən seçim turunda 10 nəfər finala vəsiqə qazanıb.

    Beləliklə, münsiflər heyəti və tamaşaçıların birgə rəyinə görə, Vüqar Muradov, Rəvanə Əliyeva, Fərəh Hadıyeva, Leyla Əliyeva, Leyla Qafari, Fərid Məmmədov, Nigar Hüseynova , Vlada Axundova, Valeriya Hüseynova və Aysel Babayeva turun final mərhələsində mübarizəni davam etdirəcək.

    Təmsilçimizin adı martın 14-də "Buta Palace" də keçiriləcək final konsertində açıqlanacaq.

    Qeyd edək ki, təmsilçimiz mayın 16-da Malmödə “Biz birik” şüarı ilə keçiriləcək 58-ci “Eurovision” Mahnı Müsabiqəsinin ikinci yarımfinalında ikinci nömrə altında çıxış edəcək.



    Jalə Məmmədli




#11.03.2013 07:03 0 0 0
  • Show Biznes xeberleri - Meşhurlar

    noimage


    Türkiyədə yaşayan müğənni Azəri Günel nə zaman ailə quracağı barədə ona ünvanlanan suallardan təngə gəldiyini söyləyib. Lent. az-a açıqlama verən müğənni bildirib ki, o şəxsi həyatının müzakirəyə qoyulmasını istəmir: “Bir çoxları mediada yazır ki, Günel toyu təxirə saldı. O birisi yazır ki, toy etməyə pulları çatmır. Bir ayrısı yazır ki, səbəb başqadır. Bunlar nəyə lazımdır? Bu, mənə pis təsir edir. Mən sevmirəm şəxsi həyatıma kimsə müdaxilə etsin. Bu cür şayiələr həqiqətən adamı yorur” – deyə müğənni əlavə edib.

    Qeyd edək ki, Azəri Günel 2011-ci il iyulun 24-də, türk iş adamı İnanc Başəyməzlə nişanlanıb. O, Günellə Türkiyədə orta məktəbdə bir yerdə oxuyub.

    noimage


    noimage


    Yalçın Süleymanov
#11.03.2013 07:00 0 0 0
  • Show Biznes xeberleri - Meşhurlar


    noimage


    Azərbaycan Dövlət Muğam teatrında Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və Respublika Şəhid Anaları Cəmiyyəti 8 mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə şəhid ailələri üçün birgə tədbir təşkil edib. Tədbirdə əməkdar artist Elza Seyidcahan şəhid ailələri üçün hazırladığı konsert proqramını təqdim edib. Lent.az-ın məlumatına görə, tədbirə diplomatik korpusun nümayəndələri, millət vəkilləri, ictimai-siyasi xadimləri, ziyalılar qatılıblar.

    Tədbirdə sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi Azərbaycanın əməkdar artist Elza Seyidcahana məxsus “Həyata küsmə” albomunun satışdan əldə olunan gəlir Respublika Şəhid Anaları Cəmiyyətinə bağışlanıb.

    Yalçın Süleymanov
#11.03.2013 06:58 0 0 0
  • Show Biznes xeberleri - Meşhurlar

    noimage


    Müğənni İradə İbrahimova 8 Mart Qadınlar günü ilə bağlı maraqlı açıqlama verib. Sənətçi Lent.az-a deyib ki, həyat yoldaşı Ceyhun onu özəl hədiyyələri ilə hər zaman təəccübləndirib.

    “Mənim üçün ideal təbrik həyat yoldaşımın alnımdan öpüb, dediyi ürək sözləri olur. Həyatımda bundan dəyərli hədiyyə ola bilməz. Həm bir ata, həm də həyat yoldaşı kimi bu səhər üzərinə düşəni etdi. Hədiyyəsi də var idi. Biri qucaq dolu qızıl güllər və sevdiyim bir əşya... Qızımıza isə yaşına görə, sevdiyi oyuncaqları almışıq”.

    Xanəndə İlahə İbadova da təbrik yağışına tutulan sənətçilərdəndir. Ötən gecədən gözəl sözlərlə dəyərləndirilən sənətçi özəl hədiyyəsini də alıb. Amma mahiyyətini açmaq istəmədi, “özəl qalsın” dedi. Xanəndənin özünün ilk təbrik etdiyi şəxs isə anası və qızı Ayan olub.

    Tarzən və müğənni Humay Qədimova yaxın aylar üçün planlaşdırdığı yaradıcılıq işinin həllinə başı qarışdığı bir vaxtda fanatlarının təbrik mesajları onu işindən ayırıb. Sənətçi qucaq dolu qızıl güllər və hədiyyələr almaqda davam edir. İlk təbrik və hədiyyəsini isə tələbələrindən aldığını söylədi. Sənətçi bayram günü bir neçə teleproqramda canlı efirdə olacağını dedi.

    Ən bahalı hədiyyəni gənc müğənni Sima Qasımova alıb. Müğənniyə naməlum bir şəxs “Vertu” markalı telefon hədiyyə edib. 7000 manat dəyərində olan bu hədiyyənin sahibini tanımayan Sima onu qəbul etməkdə tərəddüd edir.



    Yalçın Süleymanov
#11.03.2013 06:56 0 0 0
  • Tarixin bu günü - Bu günün tarixi

    noimage

    1925. Görkəmli aktyor Bəşir Səfəroğlu anadan olub

    1938. Azərbaycan aşıqlarının I qurultayı başlayıb

    1992. Azərbaycan Respublikası Böyük Britaniya və Qvineya ilə diplomatik əlaqələr qurub

    1992. Avropa Şurası Nazirlər Komitəsi Dağlıq Qarabağa dair bəyannamə qəbul edib

    2006. Qobustan Dövlət Bədii-Tarixi Qoruğunun UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı Tədbirlər Planını hazırlanıb. Planı Heydər Əliyev Fondunun dəstəyi ilə norveçli ekspertlər hazırlayıb

    2009. Dağıstan prezidentinin sabiq müşaviri, Dağıstanda Azərbaycan diasporunun görkəmli nümayəndəsi Səid Qurbanov Bakıdakı xəstəxanalardan birində vəfat edib

#11.03.2013 06:35 0 0 0
  • Tarixin bu günü - Bu günün tarixi

    noimage

    1735. Səfəvilərlə Rusiya arasında Gəncə müqaviləsi imzalanıb. Rus qoşunu Azərbaycana məxsus olan bütün Xəzəryanı əraziləri tərk edib

    1912. Üzeyir Hacıbəyovun "Şah Abbas və Xurşid Banu" operasının ilk tamaşası keçirilib

    1915. Xalq artisti, balet ustası Qəmər Almaszadə anadan olub

    1925. 4-cü Ümumazərbaycan sovetlər qurultayı başlayıb.

    1930. Bakı Sənaye Akademiyası fəaliyyətə başlayıb

    1937. Azərbaycan SSR-nin yeni Konstitusiyası qəbul edilib

    1940. Xanəndə Canəli Əkbərov anadan olub

    1945. Keçmiş Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayev anadan olub

    1947. SSRİ Nazirlər Soveti “Ermənistan SSRİ-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-in Mil-Muğan zonasına köçürülməsi Haqqında” qərar verib. Oxşar qərar 2-ci dəfə 1948-ci ildə də verilib

    1965. Yazıçı Mehdi Hüseyn vəfat edib

    1992. Azərbaycan Milli Olimpiya Komitəsi təsis edilib

    2004. Aktrisa Nəsibə Zeynalova vəfat edib

#11.03.2013 06:34 0 0 0
  • Tarixin bu günü - Bu günün tarixi

    noimage

    1907. Xəzər ticarət donanması dənizçiləri tətilə başlayıb. Tətil 25 apreldə başa çatıb

    1929. Diktor, Azərbaycan xalq artisti Gültəkin Cabbarlı anadan olub

    1947. Kamançaçı Şəfiqə Eyvazova anadan olub

    1995. İsrail və Azərbaycan arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb

    2006. Azərbaycanla Almaniya arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş imzalanıb

    2007. İsveçrənin Lozan şəhər məhkəməsi uydurma “erməni soyqırımı” haqqında qanuna qarşı çıxan Türk İşçi Partiyasının rəhbəri Doğu Perincək haqqında həbs qərarı verib. Sonradan bu qərar cərimə ilə əvəzlənib

    2011. Ramil Səfərovun macar dilindən tərcümə etdiyi “Qapı” romanının təqdimatı keçirilib.

#11.03.2013 06:33 0 0 0
  • Tarixin bu günü - Bu günün tarixi

    noimage

    1917. Saratov sürgünündən qayıtmış Stepan Şaumyan Bakı rayonu Fəhlə Deputatları Soveti sədri seçilib

    1940. Azərbaycan BİKT (Beynəlxalq İnqilabçılara Kömək Təşkilatı) "Kapitalın dustaqlarına köməyi gücləndirmək haqqında" xüsusi qərar qəbul edib.

    1955. Sumqayıt alüminium zavodu işə salınıb

    1994. Azərbaycanla Çin arasında “Investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş” imzalanıb

    1996. Azərbaycanla Gürcüstan arasında “Karbohidrogenlərin Gürcüstanı ərazisindən kənara nəql olunması haqqında Saziş” imzalanıb

    2009. Azərbaycan prezidenti İlham Əliyev İrana səfər edib, Azərbaycan və İran arasında 7 müqavilə imzalanıb.

    2011. Ermənilərin açdığı atəş nəticəsində 10 yaşlı Azərbaycan vətəndaşı Fariz Bədəlov həlak olub...
#11.03.2013 06:30 0 0 0
  • Qalalar - Didivan qalası haqqında

    noimage

    Qala Qazax şəhərindən 5 km aralı, Xanlıqlar kəndinin qərbindəki Dədəban dağının döşündə yerləşir. İrəvandan Qazağa səmtlənən qədim karvan yolun qırağındadır. Xalq arasında qalaya Koroğlu qalası da deyilir. Adını müxtəlif cür desələr, ayrı-ayrı mənalandırsalar da, Dədəban - dədə evi kimi izahı daha inandırıcıdır. Başqa fərziyyəyə görə "Didi" fars sözü olub və mənası "göz" deməkdir, "van" isə məskən, məntəqə mənasındadır. Gözətçi məntəqəsi mənasını verir.

    Planda qala dairə şəkilindədir. İri qaya parçalarından hörülmüş qalanın hündürlüyü 8,3 metr, diametri isə 5,9 metrdir. Divarların eni aşağıda 1 metr, yuxarıda 0,5 metrdir. Qalanın iç hissəsi boşdur. Lakin divarların bəzi yerlərində mərtəbələrin örtüyünü təşkil etmiş taxtalar üçün oyuqlar qalmışdır. Güman edilir ki, qala təxminən VI-VII əsrlərdə inşa olunub. XX əsrin ortalarınadək bura ziyarətgah olub. Dəlican yolu tərəfə istiqamətlənən müşahidə dəlikləri tikintinin məhz müşahidə, gözətçi qalası olduğunu sübut edir. Analoji müşahidə qalaları Coqaz çayın sahilində və Cəfərli kəndinin yaxınlığında da var.


    mənbə:Vikipediya
#11.03.2013 06:19 0 0 0
#11.03.2013 06:07 0 0 0