Leyl-i Lal

Leyl-i Lal

Üye
26.10.2009
Genel Kurmay Başkanı
121.245
Hakkında

  • Ətrafınıza bir baxın...Görə bildiyiniz yüzlərcə canlı-cansız varlıqdan başqa görmədiyiniz saysız varlıq vardır yer üzündə...Göy üzü,torpaq, ağaclar,çiçəklər,insanlar və digər canlılar...Görmədiyiniz digər yerləri düşünsək;dağlar,dənizlər,göllər,milyonlarca insan və heç tanımadığınız milyonlarca növbənöv canlı...
    İndi səmimi olaraq fikirləşsək-bütün bu saydıqlarımız nədən və necə var olmuşdur? Möcüzəvi sistemlərə sahib canlı və cansız hər şey,necə belə qüsursuz bir sistem içində və qaydasında varlıqlarını davam etdirə bilməkdədir? Ən başda da insandakı-üsdün xüsusiyyətlərin hikməti nədir? Və ən vacibi yer üzündəki tək şüur sahibi varlıq olan insanın yer üzündə bulunuş məqsədi nədir?...
    Sonuncu sualın cavabı- Rəbbimizin bütün insanlığa yararlı olaraq endirdiyi Quranda xəbər verilir.İnsanın yer üzündə bulunma məqsədi,özünü yaradan və nemətlərlə himayə edən Allaha qulluq və ibadət etməsidir.Uca Allah bunu, "...insanları yalnızca Mənə ibadət etsinlər deyə yaratdım." (Zəriyət surəsi, 56) ayəsində bildirir.
    Beləcə dünya,yuxarıda saydığımız bütün detaylarıyla dənizləri,gölləri,okeanları,çiçəkləri,ağacları,dağları,canlıları ilə birlikdə insanın bu qulluq vəzifəsini yerinə gətirib-gətirmədiyinin isbatı üçün Allahın xüsusi olaraq yaratdığı bir məkandır.İnsan,hər an Allahın əmr və qadağalarini izləmək və Allahın izninə uyğun davranmaqla yüklüdür.Bu məsuliyyəti yüklənməkdən qaçan,rədd edən insanların isə,sonsuz əzabla qarşılıq görəcəklərinə Quranda da diqqət yetirsəniz görəcəksiniz.Çünki bu,Allahın bizlərə verdiyi nemətlərə qarşı nankorlüq etməkdir və böyük bir səhvdir...
    Yer üzündə bu həqiqətlərdən xəbərsiz olduğunu söyləyə biləcək bir insan belə yoxdur.Allah,Hz.Adəmdən bu yana hər dönəmdə insanlara Özünü tanıdan,necə qulluq edəcəklərini və gözəl əxlaqı öyrədən kitablar endirmiş,xəbərdar edən elçilər göndərmişdir.Bu səbəblə insanlar,"biz bunlardan xəbərsiz idik" kimi bəhanələr gətirməyəcəklər.Bu həqiqət bir ayədə belə xəbər verilir:Elçilər-hədiyyə və xəbərdar edici olaraq göndərildi.Elçilərdən sonra insanların Allaha qarşı olan dəlilləri olmasın.Allah,üsdün və güclü olandır,hikmət və höküm sahibidir.(Nisa surəsi, 165)...

    Ey insan:səni,aldadıb,yanıldan nədir?...

    Allahın göndərdiyi elçilərin,qatından endirdiyi kitabları,tarix boyunca bir çox çok imanlı insan digər insanları Allahın dininə dəvət etmişdir.Dini təbliğ etmiş,ətrafındakı insanlara cənnət və cəhənnəmin varlığını xatırlataraq onları sorğulanacaqları mövzusunda xəbərdarlıqla qorxutmuşdur.Allah sonsuz mərhəmət sahibidir və insanlara yaratıdış məqsədlərini,Özünə necə qulluq etmələri haqqında bir çox yolla xəbər verməkdədir.Ancaq buna rəğmən çox sayda insan gördükləri dəlilləri səmimi və vicdanlarıyla dəyərləndirməzlər.Ətrafımıza baxdığımızda hər an qaçan insanları görərik.Gənç-yaşlı,qadın-kişi çox insan sanki ölümlə heç qarşılaşmayacaqmış kimi günlük işləriylə məşğul olur.Kimi tıxacda işinə çatmağa çalışır,kimi axşam gedəcəyi dəvətdə geyinmək üçün geyim almaq təlaşında,kimi marketdə alış-veriş edər...
    Bütün bunlar hər insanın günlük yaşamındakı detaylardır və normal davranışlardır.Ancaq yanlış olan budur: insanlar əskində bunları gəflət içində edərlər.Allahın varlığını unudmuş və ölümün hər an gələ biləcəyini fikirləşmədən...Bu qədər açıq olan həqiqətlərə,Allahın qarşısındakı acizliklərinə rəğmən niyə insanlar belə məsuliyyətsizdilərr? Allahın saysız bu qədər sübutlarına rəğmən,necə həqiqətlərə göz yummaqdadırlar? O gün Rəbbləri hüzurunda tək başlarına sorğulanacaqlarını necə fikirləşmirlər? Yenə o gün, sonsuz əzabın özlərini gözlədiyini bilib,yenə ayılmırlar?
    uca Allah insanın yaradılış və dünyada olma məqsədinin bir fürsət olduğunu..."Şübhəsiz Biz insanı bir damla sudan yaratdıq.Onu təcrübədən keçiririk.Bundan əlavə onu eşidən və görən etdik." (İnsan surəsi,2 ) ayəsində insana bildirərkən,bir çox insanın həqiqətlərdən üz çevirməsi,sözsüz ki,bir səhv addımdır...
    Ey insan," üsdün kərəm sahibi" olan Rəbbinə qarşı səni aldadıb-yanıldan nədir? (İnfitar surəsi, 6)
#03.02.2014 14:31 0 0 0
  • Rixard Zorge - İkinci Dünya Müharibəsi zamanı Almaniyanın SSRİ-yə hücum edəcəyi tarixi dəqiq söyləyən sovet kəşfiyyatçısı, Sovet İttifaqı Qəhrəmanı, əsrin ən görkəmli kəşfiyyatçılarından biri.



    1936-cı ildən Yaponiyada işləməyə başlayıb. R. Zorge Almaniya səfiri Ott və hərbi attaşelərdən Almaniyanın SSRİ-yə hücum edəcəyi haqda müxtəlif mənbələrdən məlumatlar alır. Deyilənlərə görə Almaniya ilə müharibənin başlaması haqda məlumatı Stalinə məhz Zorge ötürüb.

    18 oktyabr 1941-ci il tarixində R. Zorge Yaponiya polisi tərəfindən həbs olunur. 1943-cü ilin sentyabrında məhkəmə R. Zorgenin royal simi ilə asılması haqda qərar çıxarır. Rəsmi Berlin görkəmli kəşfiyyatçının həbsindən şoka düşmüşdü. Adolf Hitler isə satqının şəxsən təhvil verilməsini tələb edirdi. Amma tələb yerinə yetirilmir. Bununla bərabər, yaponlar kəşfiyyatçını Stalinə dəyişmək təklifi irəli sürürlər. Lakin Stalin təklifi rədd edir.

    Etel və Yulius Rozenberqlər - 1950-ci ildə tanınmış cütlük Federativ İstintaq Bürosu (FİB) tərəfindən Sovet İttifaqına nüvə sirlərini çatdırmaqda təqsirləndirilir. Onların məhkəməsi Kütləvi İnformasiya Vasitələri tərəfindən geniş işıqlandırılır və Soyuq Müharibəni daha da alovlandırır.

    Cütlüyün, xüsusən də Etelin təqsirkar olmasına çoxları şübhə etsə də onlar 19 iyun 1953-cü il tarixində Nyu-Yorkda Sinq-Sinq həbsxanasında edam olunur.

    Lavrenti Beriya - Stalinin yanında NKVD-nin rəhbəri olarkən L. Beriya bir neçə partiyanın “çistka”-sında və böyük insan kütləsinin məhvinə cavabdeh olub. 1953-cü ildə, Rozenberq cütlüyü qətlə yetiriləndən sonra, onu Britaniya kəşfiyyatı ilə əlaqədə günahlandıraraq güllələyirlər.

    Elizabet Bentli - 1938-ci ildə Amerika Birləşmiş Ştatları (ABŞ) Kommunist partiyasının xeyrinə Nyu-Yorkda faşistlərə qarşı casusluq etməyə başlayır. E. Bentli daha sonra iki müxtəlif kəşfiyyat qrupuna başçılıq edir. 1945-ci ildə Kremllə münaqişədən sonra FİB-ə gedir və onun şəbəkəsi üçün çalışan 100 agenti “satır”.

    Kim Filbi - 1933-cü ildən sovet kəşfiyyatçısı olmağına baxmayaraq, 1941-ci ildə Britaniya kəşfiyyatı Mİ6-da işləməyə başlayır. İngilislər 1963-cü ildə K. Filbinin ikiqat oyun oynadığı başa düşür. K. Filbi Mİ6-da çalışdığı 20 il ərzində yüksək rütbə və vəzifələrə qədər yüksəlir. O, bundan sonra SSRİ-yə qaçmağa müvəffəq olur və ömrünün sonuna kimi böyük ehtiram içində yaşayır. K. Filbi 1988-ci ildə vəfat edib.

    Entoni Blant - Tanınmış Kembric Beşliyinin (Kim Filbi də həmin təşkilatın üzvü olub) üzvü. Mİ5-də qulluq edərkən, İkinci Dünya Müharibəsi vaxtı SSRİ-yə məlumat ötürüb.

    Morris və Leontina Koen - Cütlük 1930-cu illərin sonunda sovet casusu kimi çalışmağa başlayır. Təhlükə yaranan zaman mərkəz onlara fəaliyyətlərini dondurmaq haqda əmr verir. Bir neçə il sonra onlar Helen və Piter Kroger adı ilə Londonda bukinist mağazası açır. 1961 – ci ildə həbs olunurlar və Sovet İttifaqında həbs edilmiş İngiltərə vətəndaşı Herald Brukla dəyişdirilirlər. SSRİ-yə gələn kimi ölkə qəhrəmanı adı alırlar.

    Kristofer Boys - 1977-ci ildə həbs edirlər. 1980-ci ildə həbsxanadan qaçandan sonra Sovet İttifaqına qaçmaq məqsədi ilə banklarda oğurluqla məşğul olur.

    Moskvada DTK-nın (KГБ;) binası

    Oldrix Eyms - Kollecdən sonra Eyms Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) işə daxil olur. Tezliklə maddi problemlərlə üzləşir və dövlət sirlərini SSRİ-yə satmağa başlayır. MKİ-nin keçmiş agenti satdığı sirlərin hesabına SSRİ-dən 4,6 milyon dollar mükafat alır. O. Eyms 1994-cü ildə həbs olunur.

    Robert Hanssen - 1979-cu ildə, cəmi 3 il FİB-də işlədikdən sonra sovetlərə məlumat çatdırır. Sovetlər İttifaqı dağılandan sonra da R. Hanssen məlumat çatdırmağa davam edir. R. Hanssen 2001-ci ildə tutulanda belə bir sual verir: “Siz məni niyə belə gec həbs etdiniz?”

    Anna Çapman - Anna müntəzəm olaraq Rusiya dövlət nümayəndələrinə məlumatlar ötürürdü. A. Çapman 2010-cu ildə FİB-nin keçirdiyi xüsusi əməliyyatı nəticəsində həbs edilir. Onu Rusiya Federasiyası ilə əlaqədə günahlandırırlar. 2010-cu il 8 iyulda A. Çapman günahını boynuna alır. Bundan sonra A. Çapmanı ABŞ və İngiltərənin xeyrinə casusluqda təqsirli bilinən dörd nəfər Rusiya vətəndaşı ilə dəyişirlər.
#03.02.2014 14:29 0 0 0
  • Cavid Zeynallının yeni “Leyla” romanı çap olunub.

    noimage

    “Kulisin kitabxanası” seriyasından çap olunan romanda Azərbaycan şou biznesinin ən tanınmış dörd müğənnisinin obrazı yaradılıb.

    Leyla ölkənin məşhur müğənnisidir. Adı müxtəlif qalmaqallarda, cinayətlərdə hllanır. Uşaq evlərindəki yeniyetmə qızların birinci gecəsini əcnəbilərə “hədiyyə etməkdə", tələbə qızları fahişəliyə sürükləməkdə ittiham olunur. Günlərin birində yazılmayan qanunu pozduğuna görə, cəzalandırılır. Adı qara siyahıya düşür, telekanallara, restoranlara buraxılmır, dostları ondan üz döndərir. Bu, ömrü boyu məşhurluğun zirvəsində yaşayan Leylanın mənəvi ölümü deməkdir. Onun həyatının alt-üst olmağı bir sirlə bağlıdır. Leylanın intihar niyyətindən Rəcəb adlı jurnalist xəbər tutur və hər şey də burdan başlayır. Sirrin çözülməsi Rəcəbin qorxulu oyuna düşməsi deməkdir.

    “Hədəf” nəşriyyatında çap olunan romanın redaktoru Etimad Başkeçiddir.

    Kitabın qiyməti isə 5 manatdır.

    “Leyla” romanı yazıçının sayca ikinci romanıdır.

    Cavid Zeynallının ilk romanı “Günəşi gözləyənlər” 2010-cu ildə işıq üzü görüb
#03.02.2014 14:27 0 0 0
#03.02.2014 14:24 0 0 0
#03.02.2014 14:23 0 0 0
#03.02.2014 14:23 0 0 0
#03.02.2014 14:22 0 0 0
#03.02.2014 14:21 0 0 0
  • noimage

    Rəqsanə qızının yol hərəkəti qaydasını pozmasından danışdı

    Rəqsanə İsmayılova qızı Aysunun “yol hərəkəti qaydalarını pozduğum halda anamın adından istidadə edirəm” açıqlamasının mətbuatda müzakirə ounmasından narahatlığını dilə gətirib. Lent.az-ın məlumatına görə o, bu barədə açıqlama yayıb. Rəqsanə bildirib ki, qanun hamı üçün qanundur: “Qızım Aysunun avtomobili və sürücülük vəsiqəsi yoxdur. Ona görə də, maşın sürmür. Getdiyi yerlərə bacım oğlu aparır. Həmin avtomobillə ciddi qayda pozuntusu törədilməyib. Yol polisi kiçik səhvlərə görə maşını saxlayıb və bu zaman Aysun belə bir ifadə işlədib. Yol polisi bir sənətçi kimi məni də tanıyır. Mənim də efirə və ya tədbirə tələsdiyim vaxtlarda yol hərəkətini pozmuşam və protokol tərtib olunub, cəriməmi ödəmişəm. O demək deyil ki, mənə və ya qızıma hər dəfə güzəşt olunmalıdır. Qanunlarımızı bilirik və buna tabeyik. Sadəcə, Aysun Azərbaycan xanımına göstərilən hörmətdən söz açıb. Bu da mentalitetimizdən, zəif cinsin nümayəndəsi olmağımızdan irəli gəlir. Qanunu pozan şəxsi cəzalandırmaq isə səlahiyyətli şəxslərin səlahiyyətindədir. Xahiş edirəm, övladımın və mənim adımdan deyilən kiçik bir söz şişirdilib, ictimailəşdirilməsin”.

    Qeyd edək ki, R.İsmayılovanın qızı Aysunun açıqlamasına Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqədar şöbəsinin rəisi Vaqif Əsədovdan açıqlama da verib. O, ictimaiyyətin tanıdığı xanımlara yol hərəkəti qanunlarını pozduğu halda cəriməsiz, xəbərdarlıqla buraxıldığını bildirmişdi.
#03.02.2014 14:19 0 0 0
  • noimage

    Səudiyyə Ərəbistanının təbəəsi ərinin xoşuna gəlmək üçün özünü Kim Kardaşyana oxşadıb.

    Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu isə qadının gözlədiyinin əksinə nəticələnib. «Kardaşyanın oxşarı» olduğu üçün əri ondan narazı qalıb.

    Nəticədə onlar ayrılıb.

    Xatırladaq ki, qadın erməniyə oxşamaq üçün plastik əməliyyat etdirib, hətta yerişində də Kimi təqlid edib.

    K. Kardaşyan 2012-ci ilin sonunda Bəhreyn və Küveytdə səfərdə olub.
#03.02.2014 14:18 0 0 0
  • noimage

    Müğənni Emin Ağalarov aktiv sosial şəbəkə istifadəçisidir. Lent.az-ın məlumatına görə, müğənni kiçik yaşlarında olarkən çəkilmiş şəklini öz səhifəsində paylaşıb. Müğənninin həmin şəklini və övladları ilə olan fotolarını təqdim edirik.

    Qeyd edək ki, 30 aprel 2006-cı ildə ailə quran E.Ağalarovun Mikayıl və Əli adında oğlu var.
#03.02.2014 14:17 0 0 0
  • noimage

    Azərbaycanın xalq artisti, “Qızıl şlyager” ləqəbli Faiq Ağayev erməni əsilli amerikalı televiziya ulduzu Kim Kardaşyanla gizli eşq yaşayırmış.

    Ailem.az-ın məlumatına görə, ikilinin bu gizli münasibətindən Azərbaycan mətbuatı nəhayət ötən gecə xəbər tuta bilib.

    Belə ki, müxbirimizin verdiyi xəbərə görə, Faiq Ağayev ötən gecə gec saatlarda Bakının dəbdəbəli klublarından birindən gözəl bir xanımla çıxarkən görülüb. Xalq artistinin yanındakı xanım əyləncə məkanından sürətlə çıxıb, müğənninin lüks maşınına oturduğu üçün məkanın qapısı ağzında dayanan əməkdaşımız onun şəklini çəkməyə müvəffəq olmayıb.

    Daha sonra isə xalq artisti Faiq Ağayevlə müxbirimiz arasında belə bir dialoq yaşanıb:

    - Müxbirimiz: Faiq bəy, yanınızdakı gözəl xanım Kim idi?

    - Faiq Ağayev: Kimi deyirsiniz?

    - Bəli, bəli, mən də onu soruşuram. Kim idi sürətlə klubdan çıxıb maşınınıza əyləşən xanım?

    - Mən başa düşmədim, siz Kimi deyirsiniz ki, bəyəm?

    - Faiq bəy, siz mənim ölmüşüm düzünü deyin, Kim idi o xanım?

    - Əşşi, heç, Kim idi. Böyüdüləsi bir şey yoxdur.

    Beləliklə, müxbirimiz Azərbaycan şou-biznesində sensasiya sayılacaq bu xəbərlə partlayış edib və məlum olub ki, xalq artistimizlə birgə gecə klubundan çıxan gözəl Kim Kardaşyan imiş.

    Biz də öz növbəmizdə hörmətli Faiq müəllimə uğurlar arzu edirik.

    ULTRA ZƏRURİ QEYD: Bu layihədə adı çəkilən şəxsin və ya şəxslərin real həyatdakı ekvivalentləri ilə heç bir bağlantısı, əlaqəsi, münasibəti, uyğunluğu, paralelliyi, kəsişməsi və bu və ya digər formada həndəsi, fiziki, mənəvi baxımdan ortaq nöqtəsi yoxdur.
#03.02.2014 14:16 0 0 0
  • noimage

    Bir neçə gün öncə paytaxtımızda konsert verən Türkiyənin tanınmış müğənnisi Haluk Levent maraqlı açıqlama verib.
    O, Lent.az-a bildirib ki, Azərbaycanda tanınmaq niyyətindədir: “Etiraf edim ki, məni Azərbaycanda o qədər də tanımırlar. Bunun səbəbkarı da özüməm. İnanıram ki, qarşıdakı illərdə burada da tanınacam. Buranın şou-biznesindən isə o qədər də xəbərdar deyiləm. Amma bundan sonra Azərbaycana tez-tez gələcəyimi düşünürəm”.
#03.02.2014 14:15 0 0 0
  • noimage

    Bakıda son günlər müşahidə olunan şaxtalı hava bir nəfərin həyatına son qoyub.


    Paytaxtın Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin Xanlar küçəsi 24 ünvanında qeydə alınıb. Həmin ünvanda küçədən donmuş meyit tapılıb. Araşdırma nəticəsində ölən şəxsin tüfeyli həyat tərzi keçirən 1963-cü il təvəllüdlü Mişakkiyeva Tatyana Nikolayevna olduğu müəyyənləşib.

    Faktla bağlı araşdırma aparılır.

    Qaynaq:lent.az
#03.02.2014 14:12 0 0 0
#03.02.2014 13:53 0 0 0
#31.01.2014 08:20 0 0 0
  • Konu: Dua Defteri
    noimage

    Ne güzel bir dua,
    Rabbim seni sevene sevdir beni...

    -amin
#31.01.2014 08:19 0 0 0
#31.01.2014 08:13 0 0 0
#30.01.2014 12:04 0 0 0