[FONT="Arial Narrow"]Sen, ey on dörd yaşlım, her elmi yetkin!
Gözünde eksi var iki alemin!
Yeddi yaşın oldu o zaman ki, sen,
Açıldın gül kimi, gülende çemen.
İndi ki, çatmışdır yaşın on dörde,
Başın serv kimi durur göylerde.
Qefletde oynama, qeyret vaxtıdır,
İndi hüner vaxtı, şöhret vaxtıdır.
Ucalmaq istesen, bir kamala çat,
Kamala ehtiram gösterer heyat.
Uşaqken eslini sorsalar bir az.
Ağac bar verende cinsi sorulmaz!
Ele ki böyüdün, beledir qayda,
Atanın adından sene ne fayda
Sen, aslanlar kimi keç cebhelerden,
Yalnız hünerinin balası ol sen!
Seadet kamalla yetişir başa,
Xalqa hörmet ele, edeble yaşa.
Başına efsane düşdüyü zaman
Allah qorxusunu unutma bir an.
Öz adına layiq işler gör ki, sen
Axırda utanma xecaletinden.
Oğul, sözlerime yaxşı qulaq as!
Ata nesiheti faydasız olmaz.
Görürem, şöhretde leyaqetin var,
Şerde, senetde meharetin var.
Şairlik eleme Dövre bax ki, bir„
Terif evezine pislenir şer
Şerden ucalıq umma dünyada.
Çünki Nizamiyle qurtardı o da.
Herçendi senetin çox rütbesi var»
Heyata faydalı bir elm axtar.
Bu eyri cizgiler cedvelinde sen
Özünü şerh edib, özünü öyren!
Ol öz vicdanının sirrine açar,
Çünki bu merifet qelbe nur saçar,
Elmler elmidir demiş peyğember
Din elme, tebabet elmi müxteser.
Göbekdeki etri bu iki elmin
Feqihle tebibdir bunu bil yeqin.
Feqih olsan eger itaetkar ol,

Etiketler:
Beğeniler: 0
Favoriler: 0
İzlenmeler: 604
favori
like
share