Rusiyada güclü zəlzələ - sunami təhlükəsi var

Son güncelleme: 18.07.2017 22:43
  • noimage

    Rusiyanın Komandor adaları yaxınlığında, Berinq dənizində 7,4 bal gücündə zəlzələ baş verib.

    APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Nikolskoye yaşayış məntəqəsindən 233 km aralıda, ocağı isə 48 km dərinlikdə yerləşib.

    Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

    Reuters agentliyi 300 kilometr radiusda sunami təhlükəsinin ola biləcəyi barədə məlumat verib.

    alıntı..
#18.07.2017 22:43 0 0 0