Şəki

Son güncelleme: 26.11.2009 00:17
  • Sheki azerbaycanin an qedim sheherlerindendir.Tarixi de ou kimi qoca,maraqli ve rengarengdir.Bu gune qeder acilmamish siirleri var.

    Şəki Azərbaycanın ən qədim yaşayış və mədəniyyət məskənlərindən biri olub, 2700 il bundan əvvəl Böyük Qafqaz Silsilə dağlarının cənub ətəyində ( Bakıdan 370 km şimal-qərbdə ) yaranmışdır.
    Dövrünün ən gözəl incilərindən olan, bütün Şəkililərin onunla fəxr etdiyi Şəki Xan Sarayı tikilmiş və onun inşasında bir dənə də olsun mıxdan istifadə edilməmişdir. Şəki Xan Sarayı bənzərləri arasında dünyada yeganə olub, analoqu yoxdur. 1762 ci ildə Hüseyn xan (Müştaq təxəllüsü ilə tanınmış şair) tərəfindən inşa etdirilmişdir. Saray qəribə üslubda inşa edilmişdir. Burda XVIII əsr folklorunun maraqlı nümunələri öz əksini tapmışdır. Böyük Türk şairi Nazim Hikmətin sözlərinə görə:"Əgər Azərbaycandan Dünyaya bir tikili, bina göstərin desəydiləər Şəki Xan Sarayını göstərmək kifayət edərdi".

    Əsrlər boyu Şəki baramaçılıq, maldarlıq, tütün, meyvə-tərəvəz, buğda becərilməsinin əsas mərkəzlərindən biri olmasıyla tanınmışdır. Marxal istirahət guşəsi Azərbaycanın ən mənzərəli məkanlarından biridir. Tarix muzeyi, bacarıqlı ustaları sənət əsərləri ilə dolu olan Sənət evi, orta əsrlərə aid Karvansara (artıq bir neçə ildir ki, bərpa edilib və mehmanxana kimi istifadə edilir) qorunub saxlanmışdır. Şəkinin zərgərləri, dulusçuları, nəqqaşları, şirniyyat ustaları nəinki Azərbaycanda, həmçinin xaricdə də məşhurdur.

    Kiş çayının sol sahilində yerləşən Şəki şəhəri 1772 ci ildə baş verən palçıq vulkanından sonra yerini dəyişərək indiki yerləşdiyi əraziyə köçürülmüşdür. Nuxa kəndinin yaxınlığında yerləşən Şəki şəhəri uzun müddət Nuxa kimi adlandırılmış, yalnız 1968-cı ildən sonra öz əvvəlki adı bərpa edilərək Sak tayfalarının adıyla bağlı olan Şəki adı yenidən özünə qaytarılmışdır. Şəki uzun müddət ipək mərkəzi kimi tanınmış, ipək yolunun üstündə yerləşməsi isə ona diqqətin artmasına səbəb olmuşdur

    Şekinin meşhu şexşlerinden bezileri bunlardır:
    M.F. Axundov - filosof, yazıçı, Azərbaycan dramaturqiyasının banisi,
    S.Rehman - xalq yazıçısı,
    R.Ocaqov - SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Azərbaycanın xalq artisti kinorejisor,
    B.Vahabzade SSRİ Dövlət mükafatı laureatı, Azərbaycanın xalq şairi, ("Gulustan" poemasi buradadir:



    )
    L.Abdullayev - Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycanın xalq artisti,
    T.Aqahuseynov -Sovet və Azərbaycan hərbi rəisi, dövlət xadimi, general-polkovnik.
    A.Sadıqov - Azərbaycanın xalq artisti.
    İ.Osmanlı - SSRİ xalq artisti.
    S.M.Mumtaz - edəbiyyatşunas
    H.Çelebi Şəki Xanlıqının xanı, dövlet xadimi

    Şəkiyə yolunuz düşsə hamam və burda yerləşən 3 məscidi, xüsusilə Cümə və Gileyli məscidlərini mütləq ziyarət edin. Əlbəttə ki, yenidən bərpa edilmiş Gürcəçayın sağ sahilində yerləşən Yuxarı Karvansaranı -əsas mehmanxananı qeyd etməmək mümkün deyil. Aşağı karvansaray qonşuluqda yerləşib, hal hazırda anbar kimi istifadə edilir. Şekide 5 ulduzlu otel de xidmetinizde ola biler.
    Əyləncə üçün Azadlıq küçəsində yerləşən Dövlət Dram Teatrını ziyarət etməyinizi məsləhət görərdik.
    Acsanız yaxınlıqdakı şirniyyat dükanlardan birinə girərək bütün ölkədə məşhur olmuş Şəki halvasının dadına baxın. Bu şirniyyat dükanları bütün şeher boyu yerləşir. Şeki pitisinin yeqin ki, teqdimata ehtiyacı yoxdur.
    Əgər bir az da vaxtınız qalsa mütləq Gələrsən-Görərsən qalasını, Şəkidən şimalda Orta Zeyzit və Kiş kəndlərində yerləşən 7 ci əsrə aid Alban kilsələrini ziyarət etməyi yaddan çıxarmayın.
#26.11.2009 00:17 0 0 0