Uşaqlarda xoşagəlməz hərəkətlər

Son güncelleme: 27.11.2009 01:18
  • Bəzən uşaqlar xoşögəlməz hərəkətlərə yol verirlər. Ancaq valideynlər bu hərəkətlərin səbəbini başa düşə bilmirlər.

    Başa düşə bilmədikləri üçün də problemi həll etməkdə çətinlik çəkirlər. Elə isə bu səbəblər hansılardır? Və ya valideynlər bu hərəkətlər qarşısında necə davranmalıdırlar?

    Uşaqlar əsasən üç səbəbə görə xoşagəlməz hərəkətlərə yol verirlər. Bunlardan birincisi onların diqqətə olan ehtiyaclarıdır. Hər şeydən əvvəl onu deyək ki, diqqət uşaqlar üçün vacib olan əsas ehtiyaclardan biridir. Əgər uşaq "diqqət ehtiyacını" ödəyə bilmirsə, təbii olaraq bunu xoşagəlməz hərəkətlərlə büruzə verir. Buna görə də uşaqlarınızı diqqətdən kənarda qoymamalı və təbii ki, bu məsələdə tarazlığı qorumağı da bacarmalısınız.

    Uşaqlarda xoşagəlməz hərəkətlərin ikinci səbəbi isə özünü ifadə etmək ehtiyacıdır. Belə uşaqlar özlərini ifadə etmək üçün yersiz münaqişələrə yol verirlər. Ona görə də valiedynlər uşaqlarına özlərini ifadə etmək üçün imkan verməli, həmçinin uşaqları ilə münaqişəyə girməkdən çəkinməlidirlər.

    Uşaqların xoşagəlməz hərəkətlərində üçüncü səbəb isə "intiqam ehtiyacıdır". Valideynləri ilə müxtəlif səbəblərlə ciddi problemlər yaşayan (təbii ki, uşağa görə ciddi) bəzi uşaqlar şüuraltlarında gizlədikləri nifrət hisslərini zaman keçdikcə intiqam hissinə çevirirlər. Belə uşaqlar intiqam üçün daha çox valideynlərinin zəif cəhətlərindən istifadə edirlər. Belə hallarda valideynlər ilk növbədə uşaqları ilə aralarındakı ünsiyyət boşluğunu aradan qaldırmalı, sonra diqqətlərini uşaqlarının xoşgəlməz hərəkətlərinə yönəltməlidirlər.

    Qaynaq:Ailəm Jurnalı, Bakı, Azərbaycan
#27.11.2009 01:18 0 0 0