XƏstƏ qasim Seirleri

Son güncelleme: 02.01.2013 19:48
  • Dəli könül, məndən sənə əmanət,
    Demə bu dünyada qalım yaxşıdı.
    Bir gün olar, qohum, qardaş yad olar
    Demə ulusum var, elim yaxşıdı.

    Bir məclisə varsan özünü öymə,
    Şeytana bac verib, kimsəyə söymə,
    Qüvvətli olsan da yoxsulu döymə,
    Demə ki, zorluyam, qolum yaxşıdı.

    Qoçaqdan olubsan, qoçaq olgunan,
    Qadadan, baladan qaçaq olgunan,
    Aşıq ol, comərd ol, alçaq1 olgunan,
    Demə; varım çoxdur, pulum yaxşıdı

    Xəstə Qasım, kimə qılsın dadını?
    Canı çıxsın, özü çəksin odunu,
    Yaxşı igid yaman etməz adını,
    Çünki yaman addan ölüm yaxşıdı.
#01.12.2009 14:41 0 0 0
  • DEYƏRLƏR

    Ay ağalar, gəlin sizə söyləyim,
    Yalqız daşdan olmaz, divar deyərlər.
    Bəzirgansan, aç mətahın, xırd eylə, Ararlar: yükündə nə var? — deyərlər.

    Ovçu olan bəslər alıcı quşu,
    Sərraflar tanıyar qiymətli daşı,
    Bir oğul atadan artırsa işi,
    El içində ona tavar deyərlər.

    Qızılgülü dəstə-dəstə dərginən,
    Dəribən də yaylıq üstə sərginən.
    Hər nə versən öz əlinlə verginən,
    Yüz qadanı başdan sovar deyərlər.

    Neynirəm bir bağı, barı olmasa, Alması, heyvası, narı olmasa.
    Bir igidin dövlət-varı olmasa,
    Yeləksiz ox kimi çovar deyərlər.

    İsgəndər atlandı, çıxdı zülmətdən, Qasım, Xızr içdi abı-həyatdan.
    Bəhsə duşsə igiddən, qılıncdan, atdan; Süfrəni hamsınnan kübar deyərlər.
#01.12.2009 14:41 0 0 0
  • EYLƏR — EYLƏR

    Bir elə kişinin tut ətəyindən,
    Bil sənə imdadı ol eylər-eylər.
    Zərrəcə üstündə olsa nəzəri
    Yerdən daş götürsən, ləl eylər-eylər,

    Böhtan demə, böhtan tutar adamı,
    Qul eylər, bazarda satar adamı
    Cəhənnəm odundan betər adamı
    Yoxsulluq yandırar, kul eylər-eylər.

    Aqil insan deməz hər gördüyünü,
    Daldalar düşməndən vay dərdiyini, Görməzsən nakəsin pay verdiyini,
    Versə də, töhmətin bol eylər-eylər.

    Xəstə Qasım deyər sözün bu başdan,
    Pay umma qohumdan, yaddan, qardaşdan,
    Özün əmək çəksən, su çıxar daşdan,
    Əridər dağları yol eylər-eylər.
#01.12.2009 14:42 0 0 0
  • OLMAZ

    Dəli könül, nə divanə gəzirsən,
    Bivəfa dilbərdən sənə yar olmaz.
    Düz çıxmaz ilqarı, əhdi-peymanı, Hərcayıda namus, qeyrət, ar olmaz.

    Üz vermə nadana, sirr vermə pisə,
    Axır qəlbin ya inciyə, ya küsə,
    Ot bitər kök üstə , əsli nə isə,
    Yovşan bəsləməklə çəmənzar olmaz.

    Vəfalıya əmək çəksən itirməz,
    Bədəsil nəsihət, öyüd götürməz
    Qabaq tağı tər şamama bitirməz,
    Göy söyüddə heyva olmaz, nar olmaz.

    Təklif olunmamış bir yerə varma,
    Nər olmaz meydanda hər bığıburma, Seyraqıb adama sən yaxın durma,
    Xain çıxar, onda düz ilqar olmaz.

    Xəstə Qasım günü keçmiş qocadı,
    Gələn bəzirgandı, gedən xocadı, Sərvağacı hər ağacdan ucadı,
    Əsli qıtdı, budağında bar olmaz.
#01.12.2009 14:42 0 0 0
#02.01.2013 19:48 0 0 0