Qarabaşaq pəhrizi

Son güncelleme: 01.12.2009 19:38
  • Qarabaşaq pəhrizinin 2 variantı daha çox istifadə edilir.
    Bu pəhriz zamanı 2 həftədə 3-5 kg arıqlamaq mümkündür.
    1-ci variant
    Pəhriz müddəti 2 həftə
    Axşamdan 1 stəkan qarabaşağa 2 stəkan qaynadılmış su əlavə edilərək dəm alması üçün bir kənara qoyulur.
    Bu bir stəkan qarabaşaq Sizə bir gün boyunca nəzərdə tutulur.Günün istənilən saatında qarabaşağı yeyə bilərsiniz.
    İçmək üçün su və kefirdən istifadə etməlisiniz.
    Bütün 2 həftə boyunca şəkər,duz və yağdan imtina etməlisniz.
    Hətta qəhvə də olmaz.Yalnız az miqdarda çay ,o da şəkərsiz içmək olar.
    Bütün bunlar Sizə çətin gələrsə,menyuya bir ədəd alma da daxil edə bilərsiniz.
    2-ci variant
    Pəhriz müddəti 1 həftə
    1,5 stəkan qarabaşağı 3 stəkan suda qaynadın.Səhərlər acqarına 1 stəkan qaynanmış su içdikdən 30 dəqiqə sonra hazırladığınız qarabaşaq sıyığını
    yeyin.Yanında kefir,ya da şəkərsiz çay da içə bilərsiniz.
    Günorta və axşam yeməyində yenə də qarabaşaq sıyığının qalmış hissəsini yeyin.
    Gün boyu bol su və təzə tərəvəz sokları içə biərsiniz.Arada şəkərsiz çay da olar.
    Qeyd:Qarabaşaq pəhrizini 2 həftədən artıq tutmaq olmaz.Pəhrizi saxlamadan öncə həkiminizlə məsləhətləşin.
    Pəhrizi saxlarkən yarımvitaminlər qəbul etmənin faydası vardır.
    Pəhriz müddəti bitdikdən sonra birdən-birə kilo almamaq üçün axşamlar çox yeməyin,səhərlər ac qalmayın.
    Qarabaşaq pəhrizini yalnız 2-3 ay sonra təkrarlamaq olar.
#01.12.2009 19:38 0 0 0