Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 37 Günden beri Online
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Sən demə təzədən sevmək olarmış
Sən demə təzədən sevmək olarmış
531
Son güncelleme: 01.12.2009 20:16
Leyl-i Lal
Sən demə təzədən sevmək olarmış
Tale də təzədən gülə bilərmiş.
Küsüb gözü yaşlı gedən məhəbbət
Peşiman-peşiman dönə bilərmiş
Ürək bulud kimi boşalırsa da
Demək bulud kimi, təzədən dolur
Sonuncu şöləsi titrəyən şamdan
Ayrı bir şamı da yandırmaq olur
Sən demə təzədən sevmək olarmış
Köhnə yaraları vaxt, zaman silir
Kəsilən budaqla ölən ağaclar
Təzə pöhrələrlə dirilə bilir
Ağlaya-ağlaya dünyaya gəlib,
Biz ana südüylə gülməmişikmi?!
Hər axşam sapsarı batan günəşi
Hər səhər təzətər görməmişikmi?!
Sən demə təzədən sevmək olarmış
Sevgi fürsət deyil quş kimi uça
Nə də Kölgədir ki, qaçasan qova
Ya da sən qovasan, o səndən qaça
Çixarsan qəlbindən ötən sevginin,
Bir gün də tənhalıq sıxacaq sıni
Kiməsə etdiyin yaxşılıq kimi
Məhəbbət qarşına çıxacaq sənin
İlk sevgi yuvadan düşən quçcuğaz,
Körpə qanadlarə pöhrələnməyib.
Məcnunun ahıyla uçan məhəbbət
Min hiylə əliylə yerə enməyib...
Mən ki, görməmişəm sevgini susan
Məhəbbət zirvədə bəslənən qarmış
Kim deyir, bir dəfə sevilir insan,
Sen demə hər zaman sevmək olarmış
Nüsrət Kəsəmənli
#01.12.2009 20:16
0
0
0
Sən demə təzədən sevmək olarmış Konusuna Benzer Konular
Sen deme her zaman sevmek olarmis
14.02.2010
Sevmək nədir
09.03.2010
Səni sevmək
07.06.2010
Artıq sevmək istəyirəm
29.09.2010
Sevmək bəzən Çəkib getməyi tələb edirmi
28.05.2011
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
İzmit Su Tesisatçısı
Vozol Star 20000
Çayırova Fayans Ustası