Hələ heç bir şeyə sahib deyilkən, dünyalara sahibsənmiş kimi fikrinə qapılmaqdır və bu hisslə də çox xoşbəxt olmaqdır...
Səni sevmək ən adi halıyla bir yalandır... Hər dəfə inanılan...
Bir daha inanmaq üçün aylarla gözlənilən yalan...
Bütün doğruları rədd edib, bir səhvə doğru bilərək addımlamaqdır...
Ağılla qəlbin bitməyən davasını başlatmaqdır...
Kimsəyə açıqlanıla bilməyən, hətta özünün belə anlada bilmədiyin lənətli bir xəstəlik, qəribə bir hekayədir...
Heç kəsin gözə ala bilməyəcəyi bir davaya girmək, sonunda qəhrəmancasına ölməkdir...
Səni sevmək hər səfərində məğlub olmaqdır...
Daha gözəl məğlub olmaq üçün yenidən başlamaqdır...
Səni sevmək dünyada ən gözəl olanı sevməkdir...
Öz sevginə belə aşiq olmaqdır...
Heç kəsin bacara bilmədiyini bacarmaqdır...
Dünyada ən az bir dəfə yaşanılası bir duyğudur...
Səni bu qədər gözəlliklə anlatdıqdan sonra bir daha sənə aşiq olmaqdır...