Sevgidə ikiliklər qalxar, bir olmalara keçilir. İki can, iki qəlb, iki könül yoxdur sevgidə. Tək bir qəlb, tək bir ürək olunur...
Sevmək paylaşmaqdır. Sevdiyiylə sevdiyini paylaşmaqdır. Sevdiyiylə qəlbini paylaşmaqdır. Ki, tək ürək olunsun...
Sevməkdə istəmək yoxdur. Sevgilinin olduğu yerdə sona çatır istəklər. Bir şey varsa istədiyin, bu sənin üçün deyil, sevgili üçün istədiyindir. Ondan Onun adına istəyərsən. Onu daha sonsuz sevəbilmək üçün istəyərsən...
Sevmə sərbəstliyini istəyərsən, qəbul edilməsini istəyərsən... İstəyərsən, ama bir gün gələr bu istəklər də sona çatar. Özündən istəyərsən artıq. Sevdiyini daha çox sevməyi istəyərsən özündən...
Sevmək gözləməməkdir. Gözləmələrin sona yetdiyi bir dayanacaqdı. Belə ki, bütün doğrular, bütün dünya silinib gedər. Nə Ondan anlaşılmağı gözləyərsən, nə onu anlamağı. Nə onun gəlməsini gözləyərsən, nə onun Leyli, Məcnun olmasını. Gözlədiyin bir şey yoxdur sevməyi bacarmaqdan başqa...
Sevmək inciməməkdir. Sevmək sevgilinin heç bir sözündən inciməməyi öyrənmək deməkdir...
Sevgilinin ölüm xəncərinə belə yox deməməkdir sevmək. Onun vuruşuna, onun şilləsindən inciməməkdir, sevgilidən gələn hər hərəkəti, hər sözü qəbul etməkdir. Sevgilidən gələn "Öl" əmrinə belə "Ölərəm" deyə bilməkdir. Öz əlləriylə ürəyini bir bıçaq ucuna qoya bilməkdir sevgi...
Sevmək ölməkdir...
Sevmək ölməyi bilməkdir...
Sevmək Sevgili üçün yaşamaqdır. Onun əli, qolu, gözü, qəlbi olmaqdır. Ama artıq onun olunmadığı bir vaxt ölməyi bilməkdir. Sevmək verməkdi. Sevmək sevdiyi üçün almasını bilməkdir. Almamağa and içərək verməkdir. Ama almaqlarda qurtaracaqsa, sevgilini almağı bilməkdir sevmək...
Sevmək tükənməməkdir. Sevməkdən ölərkən, təkrar var olmaqdır o sevgidən...
Sevmək sevgilinin gəl deməyinə yox deməməkdir. Sevgilinin eşqiylə boğuşarkən, üzərkən eşq dənizində, sevgilinin uzanan əlinə yox deməməkdir...
Sevmək sevgili olmaqdır. Sevgilinin üzündəki gülücük olmaqdır. Onu yaşama döndürəcək bir damla su olmaqdır.Sevmək sevgilinin limanı olmaqdır. Sevmək, sevdiyinin canı olmaqdır.Onun ölməyi istəyə biləcəyi canı olmaqdır. Sevmək yanğın olmaqdır. Yanmaqdır, kor olmaqdır. Hər şey olmaqdır, heç olmaqdır. Od olub girməkdir könüllərə...
Sevmək inanmaqdır. Onun hər kəlməsinə inanmaqdır. Yalan dediyini bilə-bilə inamaqdır sevgiliyə....
Sevmək, sevgiliyə bir nəfəs kimi, bir səs kimi yaxın olmaqdır. Sevmək, çox uzaqlarda olsa belə yaşamaq və yaxın olmaqdır sevgiliyə...
Sevmək, yalansızılıq, ölümsüzlükdür. İlk insanın Həvvanın, Adəmin saflığını və təmizliyini, körpə məsumluğunu daşımaqdır sevmək...
Sevmək, göz yaşı olmaqdır, yağan yağış olmaqdır. Payızın bir sarı yarpağı kimi tənha olmaqdır
Sevgilisizkən sevgilini sevməkdir...
Sevmək üşüməkdir. Sevgilinin yoxluğuna üşüməkdir
Sevmək, Sevgiliylə hər şeyi gözə almaqdır. Ki, sevgilinin olduğu cəhənnəmə getməkdir. Sevgilinin olmadığı Cənnətə də getməməkdir sevmək