Miss Cenubi Qafqaz

Son güncelleme: 18.12.2009 16:34
  • Azərbaycan təmsilçisi Nigar Rzaquliyeva "Miss Cənubi Qafqaz" oldu
    Nigar Rzaquliyeva Tiflisdə keçirilən müsabiqənin qalibi olub. Azərbaycan təmsilçisi "Miss Cənubi Qafqaz" yarışmasının qalibi olub. Gürcüstanın paytaxtı Tiflisdə keçirilən beynəlxalq yarışda birinci yeri 18 yaşlı Nigar Rzaquliyeva qazanıb.

    Müsabiqədə Cənubi Qafqazın üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistandan 15 qız iştirak edib. Hər bir ölkəni 5 gözəl təmsil edib.

    Qeyd edək ki, daha bir Azərbaycan təmsilçisi - Aleksandra Şevçenko müsabiqəni ikinciliklə başa vurub. Ermənistan nümayəndəsi isə 4-cü olub.
#18.12.2009 16:34 0 0 0