Lətifələr

Son güncelleme: 23.12.2009 08:09
  • Hakim şahiddən soruşur :
    -Deməli siz caninin qaynananızı boğduğunu görmüsünüz...
    - Bəli...
    - Bəs onda niyə köməyə getməmisiniz ?
    - Əvvəlcə istədim, ancaq sonra gördüm ki cani özü öhdəsindən gəlir...

    Ər-arvad qorxulu film izləyirlər..Ekranda monstr peyda olur..
    Qadın qorxudan qışqırır:
    - Ay ana..!!
    Ər :
    - Qaynanam ?! Hə, doğurdan oxşayır..

    Vəkil müştərisinə teleqram yollayır : "Bu gecə qaynananız rəhmətə gedib. Nə sifariş etməmizi istərdiniz : dəfn mərasimi, kremasiya yoxsa balzamlaşdırma??"
    Müştərinin cavab teleqramı: "3ünü də sifariş edin. Risk etmək istəmirəm.."

    Bir kişi təngnəfəs qonşusunun yanına qaçıb qışqırır:
    - Çox xahiş edirəm mənə 5 vedrə su ver..
    Qonşu :
    - Axı sənin həyətində su quyusu var...
    - Hə, düzdü..Ancaq başa düşürsən, ora elə indicə qaynanam yıxıldı, ama tərslikdən su boğazınacan çatır..

    Sual : Qarışıq hisslər nədir ?
    Cavab : Təsəvvür elə ki qaynanan sənin maşınında uçurumdan yuvarlanır...

    Əzizim, mənim "Ömrü necə uzatmalı" adlı kitabım hardadır?
    Yandırdım onu..Anan oxumaq istəyirdi...

    P.S. : Əslində qaynanalarla hələlik heç bir problemim yoxdur..Sadəcə lətifələr mənə gülməli gəldi və sizlərlə paylaşmaq istədim. :)

#23.12.2009 08:09 0 0 0