TARİX
Qədim yunan alimi Strabon özünün 17 cildlik "Coğrafiya" əsərində qeyd edir ki,Qafqaz Albaniyasında 26 Alban tayfası yaşayır və həmin tayfaların hərəsi öz dilində danışır.Xınalıqlılar həmin 26 Alban tayfadan biridir və o zamandan öz dilində danışırlar.
"Xınalıqlılar" etnik qrupu Qafqazda minilliklərlə yaşamış, öz dilini, adət-ənənələrini itirməmiş, bu günümüzə qədər saxlamışdır.Təəsüuf ki bu günə qədər Xınalığın tarixini müəyyən heç bir arxeoloji ekspedisiya keçirilməmişdir. Bir dəfə də olsun qazıntılar aparılmamışdır.Xınalıqtarixində maraqlı bir fakt olaraq onun səkkiz qəbiristanlığını göstərmək olar. Kənddə Giyad təpəsi deyilən yerin başından tutmuş ayağınadək, kəndin içərisindən tutmuş Rutsoş və Dəyirmançay çayının sahillərinə kimi görünən saysız hesabsız qəbirlərin tarixi bu günə qədər tədqiq olunmayıb.Qeyd edək ki, Xınalıq qəbiristanlıqlarında qəbirlərin çoxu olduqca iri və nəhəngdir. Həm enlilik həm də uzunluq cəhətdən. Rutsoş çayına gedərkən yolun üstündəki açıq qəbirlər buna əyani sübutdur. Xınalıqdakı qəbirlərin bəziləri 3 mərtəbəlidir. Burada qəbilər bir birinin üzərində yerləşir. Ancaq qazıntılar qəbirlərin nə qədər qədim olmasını aşkar edə bilər.
XINALIQ DİLİ
Rəvayətlərə görə xınalıqlılar Nuh peyğəmbərin danışdığı dildə danışırlar. Xınalıqlılar özləri də bunu inkar etmir.
Əslində Xınalıq dili haqqında olan dastan və ya miflər bizə heç də yalnış informasiya vermir. Bir neçə alim-dilşünas Xınalıq dilinin tədqiqi ilə məşgul olmuşdur. Xınalıq dili haqqında bir neçə elmi kitab nəşr olunub. Xınalıq dilinin hansı dil qrupuna aid edilməsi barəsində illər boyu mübahisələr gedib. Xınalıq dilinin ən təqdirəlayiq tədqiqatçısı Yunus Deşeriyev sayılır.
O 1950-54 illərinin yay aylarında Xınalıqda böyük tədqiqatlar keçirib və 1959-cu ildə "Xınalıq dilinin qrammatikası" kitabını dərc edib. Yunus Deşeriyevin yazdığına görə eramızdan əvvəl 3-cü minillikdə Qafqazda tək qədim dil mövcud idi.
Sonradan dillər bölünməyə başlandı, amma xınalıq dili günümüzə qədər dəyişməz olaraq qaldı.Və sonda qeyd edim ki, Xınalıq dili hələdə araşdırılır,lakin hələ bu günə kimi hec bir tarixçi yaxud alimlər Xınalıq dilinin nə cür yarandığını tapa bilməmişlər.
Xınalıq əhalisi ilə bağlı olan digər maraqlı faktlar isə :
1) Xınalıqlılar mal-qaraya həmişə hörmətlə baxırlar. Onlar öz mallarının sayını heç kəsə bildirmirlər ki, mal-qaraya bəd-nəzər toxuna bilər.
2)Xınalıqlılar qonşu kəndlərdən qız alıblar. Məsələn Quruş kəndindən. Amma, buna baxmayaraq, heç bir kəndə qız verməyiblər
3) Ailədə anadan olan ilk oğlan uşağının müəyyən yaşa qədər hörüyü olur.Xınalıqda bu günə qədər istifadə olunan ənənələrdən biri də oğlan uşağının başında 7 yaşa qədər hörüyün saxlanılmasıdır. Bu adətin də nə zamandan Xınalıqda işlənməsindən heç bir informasiya yoxdur.
Bəs sizin Xınalıq haqqında məlumatınız var idimi? Xınalıqa səfər etmək istəyərsinizmi?