Axi Ne bilerdimki Sabax Olmayacaq

Son güncelleme: 10.01.2010 14:01
  • Bu səhər oyanmağım hər gününkündən fərqli oldu.Səhər oyanar oyanmaz adətən saata baxardım.Yenə baxdım amma saat gecə yarısı 3:35-i göstərirdi.Halbuki bu saatın ilk dəfədiki dayandığını görürdum.Günəşsə hər dəfəkindən fərqli işıq saçırdı.Üstümdəsə sanki bir yüngüllük hiss edirdim.Bu səhər o biri səhərlərdən çox fərqli idi.Yanımdakı telefonda saata baxdım.Demək olarki artıq günorta olmuşdu.Ayağa qalxdım.Otaqdan çıxmağıma az qalmışdıki telefonun zəng çalmasıynan geri dönüb baxdım...Baxdım amma gördüklərimə inanmadım bəlkədə inanmaq istəmədim.
    Bir anlıq zarafatmış kimi gülümsədim..Öz-özümə "Axı bu necə ola bilər?"deyə düşündüm.Çünki yataqda mən var idim,hələdə yatırdım.Amma bu yatmaq digərlərindən fərqli idi.Olduğum yerdə donub qalmışdım.Bir müddət hərəkət etmədən dayandım.Artıq ruhumun bədənimdən ayrıldığını anlamışdım.
    Bir tərəfdən həyəcan,bir tərəfdəndə qorxu.Əlimi ürəyimə apardım artıq ürəyimdə öz işini yerinə yetirmirdi,çünki o da əbədi olaraq yatmışdı yataqdakı cismim kimi.
    Bir anliq "Yox!bu mümkün deyil,bu ola bilməz ,kimsə mənimlə zarafat edir,bəsdi çıxın ortaya,yetər bu qədər zarafat çıxın!!!çıxıııın!!!mən hələ gəncəm,ölə bilmərəm,sevdiklərimin mənə ehtiyacı var,çıxınnn!"deyə qışqıraraq diz çökdüm...Amma nə qədər qışqırdımsa səsimi eşidən belə olmadı...
    Artıq çətin də olsa,öldüyümü qəbul etməkdən başqa çarəm qalmamışdı.Həmin an etdiyim yaxşılıqları və pislikləri düşünməyə başladım.Amma döyünməyən ürəyimdə bir sual var idi...AXI NƏ BİLƏYDİMKİ SABAH OLMAYACAQ???
    Kaş ki dünən gecə ailəmlə olardım,vaxtımı onlarla birlikdə keçirdərdim Axı Nə Bilərdimki Sabah olmayacaq??
    Zəng edib sevgilimə son dəfə "Səni Sevirəm"deyib onu xoşbəxt edərdim.Axı Nə Bilərdimki Sabah olmayacaq??
    Dünən yaşlı bir qadın məndən 20qəpik istəmişdi...Mənsə yoxdur dedim halbuki cibimdə kifayət qədər pul var idi...20cə qəpiklə yaşlı qadını xoşbəxt edə bilərdim...Kaş verərdim amma Axı Nə Bilərdimki Sabah olmayacaq??
    Bu günə kimi ölüm haqda fikirləşməmişəm...İbadət adı gələndə isə "Qocalanda edəcəm"deyirdim amma Nə bilərdim ki Nəyinki Qocaliq Hec sabah Olmayacaq??
    Yaşlı dayımın günlərcə xəstəxanada olmağına baxmayaraq bir dəfədə olsun yanına getmədim...Bəlkədə onun azacıq gülümsəməyi mənə bu gun savab qazandıra bilərdi...mənsə hər gün sabah gedərəm deyirdim...amma Axı Nə Bilərdimki Sabah olmayacaq??
    Dünən qonşumuzla kiçicik bir şey üstündə dalaşmışdıq...mənsə"səhər işə gedəndə görürəm səhər üzr istəyərəm"deyirdim..Axı Nə Bilərdimki Sabah olmayacaq??
    Yaxşılıqlar üçün vəd edilən cənnət uzaqdadır deyirlər...Artıq o cənnətin mənim üçün əlçatmaz olduğunu bu gün etdiyim əməllərdən anladım. Axı Nə Bilərdimki Sabah olmayacaq və mən bu günə kimi etdiyim hər hərəkətə görə cavab verməli olacam??
    Əgər mən hər işi vaxtında etsəydim"sabah edərəm"deməsəydim yəqinki hal hazırda bu qədər peşman olmayacaqdım...Ele bu sözləri fikirləşərək güzgüyə tərəf yaxınlaşdım...Güzgüdə əksimi görməyincə öldüyümü yetərincə dərk etmişdim.Aynada sanki özümü görürmüş kimi "Allahım mənə Bir şans daha ver,bir şans verki hər şeyi düzəldim"deyə yalvarırdım..Elə bu vaxt yuxudan tər içində qışqıraraq oyandım..İlk öncə saata baxdım.saat 3:35-i göstərirdi..."yoxsa??Yoxsa hər şey təkrarmı olacaq?deyə həyacanlı bir səslə yavaşca dedim..Elə bu an qapı açıldı.Gələn qardaşım idi..."niyə qışqırdın burda nə baş verib?"deyə soruşdu..Mənsə "ALLAH MƏNƏ BİR ŞANS DAHA VERDİ"deyərək cavab verdim....

    Əgər bu yazıları oxudunsa demək ki heyatdasan və sən buna görə hər oyandığında şükür etməlisən...Heç bir şey üçün gec deyil...Hər şeyi elə bu gündən dəyişə bilərsən...Əgər səndə AXI NƏ BİLƏRDİMKİ SABAH OLMAYACAQ və yaxud da ALLAHIM MƏNƏ BİR ŞANS DAHA VER demək istəmirsənsə gün elə bu gündü....
#10.01.2010 14:01 0 0 0