Yaşamaq ürək istər; bəlkə də buna görə dünyaya gələnlərin çox azı yaşar. Əksəriyyəti yalnız yaşadığı günü qurtarar, var olmaqla kifayətlənər və öz varlığı altında əzildikcə əzilər. Dəyişdirə bilməyəcəyi gerçəkləri olduğu kimi qəbul etmək və bu dəyişməzlikdən özünə yeni bir həyat sevinci yaratmaq da ürək istər; dəyişdirə biləcəyini dəyişdirməyə çalışmaq da. Sanıldığı kimi insanı qorxudan; dünya, çətinliklər, həyat şərtləri ya da başqaları deyil. İnsan ən çox özündən qorxar; öz duyğularından, öz gücsüzlüklərindən, öz zəifliklərindən, öz ağrılarından, öz coşğularından. Həyata hər toxuunuşunda, duyğularının alovlanıb özünü yandıracağından çəkinər. Onun üçün qaçar həyatdan, eşqdən qaçar, hirsdən, hərəkətdən, sevincdən, özündən qaçar. Qorxu üzündən yaşana bilməmiş bir həyatı əllərində daşımaqdan yorularaq, özünə uydurduğu min bir müxtəlif bəhanələ həyata arxasını dönməyə, gizlənməyə məşğul olub, gizlidən gizliyə yox olmağa başlar. Yeni bir sevginin düşüncəsi belə titrədər onu. İzdihamdan qorxduğu qədər təklikdən də qorxar. Həyatın heç bir halına dözə bilməz vəziyyətlərə gəlir. Kürəyində yaşaya bilmədiyi həyatı, qarşısında yaşanacaq günləriylə, öz keçmişiylə gələcəyi arasında sıxışar.
Öz duyğularıyla özünü bəzər; döndüyü hər yanda bir düşmən kimi öz duyğuları çıxar qarşısına. Bu yana dönsə orada bir xoşbəxtlik vardır amma o xoşbəxtliyi deyil xoşbəxtliyin arxasında ağrını görər. Bu yana döndüyündə bir üsyanın şövqü vardır amma o üsyanın cazibədarlığını deyil o üsyan üçün ödənəcək əvəzin ağırlığının düşünər. Bəri yanında bir eşq gözləyər onu amma o sevginin arxasından gələ biləcək tərk edilmə ehtimalına tikər gözlərini. Hər tərpənməylə kobud rəftar edilə biləcəyindən çəkindiyi üçün tərpənə bilməz belə yerindən; həyata yaxınlaşa bilmək üçün bir tək addım belə atmağa çatmaz cəsarəti. Ona sevinci göstərsəniz; "ya sonra" deyə soruşar! Eşqi göstərsəniz, yenə eyni sualdır onun ağılını qurdalayan; "ya sonra"! Hirs, coşğu, dostluq, sevişmə, müqavimət göstərmə həmişə eyni sualı sürüyər arxasından; "ya sonra". Bilinməyən bir "ya sonra" üçün bilinənlərin hamısını qəbul edər. Amma nə qəribə, duyğularından, yaşanacaqların sonrasından qorxanlar, ağrıdan çəkinənlər çəkər ən böyük ağrını. Yaşanmamış bütün duyğuları zəhərli sarmaşıqlar kimi boy atıb ruhlarına dolanar. "Sonrası vecimə belə deyil" deyib həyatla qucaq qucağa gələnlərdən çox daha çox yaranı yaşaya bilmədikləri üçün alarlar. Şikayətlənib dayanarlar; çəkdikləri ağrılardan danışarlar. Ağrını da çəkərlər həqiqətən amma ağrıdan qorxduqları üçün bu qədər ağrını çəkdiklərini görməzlər heç cür. Onun üçün çox az insan yaşar; əksəriyyət yalnız gününü qurtarar. Yaşanmamış günlərin altında inləyən çarəsiz bir kölə kimi bir həyatı daşıyar gücsüz çiyinlərində.
Öz gerçəklərimiz, öz duyğularımızdır bizi beləsinə ürküdən; çəngəl diliylə bir ilan görmüş dovşan kimi öz özümüzü hərəkətsiz buraxan. Və nə qədər çox qorxsanız, qorxunuz o qədər artar. Nə qədər yaşasanız, cəsarətiniz o ölçüdə bilinər. Yaşaya bilmirsinizsə əgər, bu başqalarından ötəri deyil. Sizi gücsüzləşdirən, sizi çarəsizləşdirən, sizi üsyanlardan saxlayan, dəyişdirə bilməyəcəklərinizi qəbul etmənizə mane olan, dəyişdirə biləcəklərinizin üstünə getmənizə icazə verməyən, sizi yaşatmayan, sizin öz qorxularınızdır.