Ulu kitabımıza yeni baxış

Son güncelleme:
  • Ulu kitabımıza yeni baxış
    Müəllif: İlham Abbasov
    Publikasiya: Əzizxan Tanrıverdiyev. "Kitabi-Dədə Qorqud"da şəxs adları. Bakı - 1999.
    Tarixdə elə hadisələr var ki, üzərindən nə qədər ruzgarlar əssə də, mə`nası, dəyəri azalmır, hər yeni nəsil ona öz dövrünün ölçüləri baxımından yenidən nəzər salır, öz zamanının reallıqları mövqeyindən yenidən qiymət verir.

    Mədəniyyət tariximizdə bu jür əbədi dəyərlərdən biri, bəlkə də, birinjisi «Kitabi-Dədə Qorqud» eposudur. «Kitabi-Dədə Qorqud» təkjə bədii təfəkkürümüzün möhtəşəm abidəsi deyil, həm də Azərbayjan türklərinin mifik, tarixi, joğrafi, etnoqrafik, əxlaqi görüşlərinin ən mö`təbər qaynağı, ana dilimizin ən ulu kitabıdır. İjtimai təfəkkürümüzün də, mədəni ən`ənələrimizin də, milli xarakterimizin də kökləri "Kitabi-Dədə Qorqud"a bağlıdır.

    Buna görə də milli azadlıq və dövlət müstəqilliyi qazanmış Azərbayjan xalqının daxili bir tələbatla "Dədə Qorqud"a qayıtması, "Kitab"ın yubileyini qeyd etməsi, yeni minilliyin astanasında ruhunu qopuz səsinə, ozan sözünə kökləməsi hər mə`nada təbii və qanunauyğundur.

    "Kitabi-Dədə Qorqud"a dönüş türkün yeni yüksəliş dövrünün əlamətidir, tarixi zərurətdir. Və bu dönüş zamanımızın xarakterinə uyğun yeni, daha yüksək elmi yanaşma tələb edir. Əsasən təsviri xarakterli araşdırmalar öz gərəkli rolunu oynayaraq "Kitab"ın öyrənilməsinin yeni mərhələsi üçün kifayət qədər sanballı zəmin hazırlamışdır. Son illərdə "Dədə Qorqud" dastanları ilə bağlı həm ədəbiyyatşünaslıq, həm də dilçilik istiqamətli yeni tədqiqatlar göstərir ki, artıq abidənin ədəbiyyat və dil tariximizdə yeri, mətni, mətni, məzmunu, poetikası, əsatir qaynaqları, strukturu daha dərindən öyrənilməyə başlanmışdır.

    İnamla deyə bilərik ki, filologiya elmləri doktoru Əzizxan Tanrıverdiyevin "Kitabi-Dədə Qorqud"da şəxs adları" monoqrafyası elmi kamilliyinə, mövzu yeniliyinə, əhatə genişliyinə, tədqiqat üslubunun bənzərsizliyinə, problemin qoyuluşu və həllindəki yenilik ruhuna görə mütəxəssislərin diqqətini jəlb edəjək, Qorqudşünaslıqda yeni söz, yeni addım kimi öz layiqli qiymətini alajaqdır.

    "Kitabi-Dədə Qorqud"la bağlı ayrı-ayrı tədqiqatlarda yeri gəldikjə dastandakı şəxs adlarından da bəhs edilmiş, onların üslubi-linqvistik təhlilinə yer verilmişdir. Anjaq e`tiraf etmək lazımdır ki, bu problem indiyə kimi heç bir tədqiqat əsərində başlıja mövzu kimi götürülməmiş, ayrı-ayrı əsərlərdə də, əsasən, 5-10 addan söz açılmış və bu mülahizələr çox zaman bir-birini təkrarlamışdır.

    Dastanın görkəmli tədqiqatçısı prof.Samət Əlizadə hələ 1989-ju ildə yazırdı ki, "Kitabi-Dədə Qorqud"dakı xüsusi maraq doğuran bir sıra adlar tarixi-etimoloci istiqamətdə tədqiqini gözləyir.

    Ə.Tanrıverdiyevin əsərində dastandakı antroponimlər ilk dəfə olaraq bütövlükdə, kompleks və sistemli şəkildə araşdırılır, istisnasız olaraq bütün şəxs adlarının etimoloci təhlili verilir.

    Dastandakı şəxs adlarının öyrənilməsi sadəjə olaraq, Azərbayjan dilçiliyində son onillikdə bir sahə kimi formalaşmış onomalogiyanın əsərin çoxjəhətli tədqiqinə jəlb edilməsi faktı deyil. Adlar ilk növbədə milli-etnik tarixin daşıyıjısı kimi araşdırılır. Buna görə də onların öyrənilməsi qədim türkün mifoloci etik, estetik, etnoqrafik, dini, psixoloci, siyasi, tarixi, poetik bilgilərinə bələdlik və isinad tələb etməklə yanaşı, həm də nətijə e`tibarilə bütün bu sahələr haqqında yeni biliklər doğurur. Qeyd etmək yerinə düşər ki, Ə.Tanrıverdiyevin kitabının ilk növbədə diqqəti çəkən məziyyəti də elə budur. Yə`ni, təkjə "Kitabi-Dədə Qorqud"dakı şəxs adlarının etimoloci təhlili ilə yox, həm də bununla bağlı olan elm sahələrinin tədqiqatın predmetinə aid bilgi tutumu ilə də tanış olmaq mümkündür.

    Monoqrafiyada əhatə olunan problemlər və gəlinən qənaətlər elmi səviyyəsi ilə bu tipli tədqiqatlar içərisində xüsusi seçilir. Müəllif gənj olsa da, bu kitab onun çoxillik gərgin və səmərəli araşdırmalarının nətijəsi kimi meydana çıxıb. İndiyə qədər mətbuatda və elmi məjmuələrdə Ə.Tanrıverdiyevin mövzu ilə əlaqəli onlarja məqaləsi dərj olunub. Bundan əvvəlki "Türk mənşəli Azərbayjan antroponimlər" kitabı da əsas parametrlərinə görə bu monoqrafiya ilə səsləşirdi. Bunlar Ə.Tanrıverdiyevin bir alim kimi məqsədyönlü tədqiqat yolu seçdiyini və bu yolda uğurlu nətijələr qazandığını sübut edir.

    Bu kitab, adından da göründüyü kimi, "Dədə Qorqud" dastanlarındakı şəxs adlarının etimoloci təhlilinə həsr edilib. Lakin müəllif ilk iki fəsildə türk mənşəli antroponimlərin və Konkret olaraq, "Dədə Qorqud"dakı şəxs adlarının tədqiqi tarixini bütün injəliklərinə qədər araşdıraraq sonra aparajağı linqvistik təhlillər üçün zəngin fon və möhkəm zəmin hazırlamışdır. Hətta sonrakı etimoloci təhlillər olmasaydı belə, tədqiqat tarixi ilə bağlı bu iki fəsil öz-özlüyündə müstəqil elmi dəyərə malik idi. Burada müəllif Qorqudşünaslıqda ilk dəfə olaraq Azərbayjan və xariji ölkə alimlərinin problemlə bağlı ən mühüm araşdırmalarını ümumiləşdirmiş, onların mükəmməl elmi şərhini vermişdir. Bunun nətijəsidir ki, Ə.Tanrıverdiyevin dastandakı antroponimlərin etimologiyası ilə bağlı bütün mülahizə və qənaətləri dəqiq şəkildə arqumentləşdirilir, sualsız javablar, irəli sürülən fikirlər haqqında şübhə yeri qalmır.

    Bir maraqlı faktı da qeyd etmək lazımdır ki, Ə.Tanrıverdiyev dastandakı şəxs adlarının etimoloci izahına keçməzdən əvvəl sözlərin etimoloci təhlili üçün zəruri olan 12 ümumi qayda müəyyənləşdirmişdir. Bu qaydalar onun öz araşdırmasının elmi-linqvistik bazisini müəyyən etməklə yanaşı, həm də dilçiliyimizin bu sahədəki gələjək tədqiqatları üçün sistem vverir, yol göstərir. Həmin qaydalar etimologiyanın bir elm sahəsi kimi sərbəst, "nağılvari" mülahizələrdən azad olaraq dəqiq elmi prinsiplər əsasında inkişafına kömək edə bilər.

    Ə.Tanrıverdiyev ayrı-ayrı adların təhlili zamanı özündən əvvəl bu barədə söylənilmiş bütün mülahizələri əhatə edir, ümumiləşdirir, onların sintezini verir. Hətta yeni fikir söyləməsəydi belə, bu iş öz-özlüyündə elmi dəyərə malikdir. Lakin müəllif "Kitabi-Dədə Qorqud"dakı şəxs adlarının ən azı yarısı haqqında yeni etimoloci mülahizələr irəli sürmüş, onları dəqiq fakt və dəlillərlə əsaslandırmışdır. Onun etimoloci təhlillərini elmi jəhətdən inandırıjı edən bir də odur ki, hər bir adın elmi izahında qədim və müasir türk dilləri materiallarına, qədim yazı və folklor qaynaqlarına, əski və müasir lüğətlərə, türk dilləri ilə qohum olmayan ölü və janlı dillərə, tarixi və ədəbi mənbələrə, elmi araşdırmalara istinad edilmiş, maraqlı paralellər aparılmış, bu əsasda çoxlu sayda yeni faktlar aşkara çıxarılmışdır.

    Ə.Tanrıverdiyev ilk dəfə olaraq "Kitabi-Dədə Qorqud"dakı şəxs adlarını işlənmə məqamları baxımından qruplaşdırır və bu əsasda onların etimoloci təhlili zamanı yalnız dil faktlarını deyil, həm də ədəbi-poetik təfəkkür, tarixi-etnoqrafik şərait, milli-psixoloci mühit kimi amilləri nəzərə alır, türk adqoyma ən`ənəsinin prinsiplərini müəyyənləşdirir.

    Bütün bu saydığımız jəhətlər alimə bir neçə sahə - Qorqudşünaslıq, onomalogiya, etimologiya, dil tarixi üzrə filologiyamızın jiddi uğuru sayıla biləjək maraqlı bir əsər yaratmağa imkan vermişdir.

    "Kitabi-Dədə Qorqud"un 1300 illiyinin bütün türk dünyasının milli bayramı kimi qeyd edildiyi əlamətdar bir zamanda dünyaya gələn bu kitaba uğurlu tale, müəllifinə yeni, daha böyük yaradıjılıq qələbələri arzulayırıq.
    Dədəm Qorqud demiş, " yaşını Tanrı versin!"
0 0 0