Dünya Riyaziyyat Fəlsəfəçiləri Mərkəzi Qurucusu Siddiq Əfqan, ABŞ-ın yaxın bir zamanda çökəcəyini bildirərək, "ABŞ-ın çökəcəyi tarix olaraq, 2013-ci il görünür. Bu əməliyyatda səhv payı 5 ildir" - dedi. Məşhur riaziyyat fəlsəfəçisi Siddiq Əfqan, 15 ildən sonra yenidən inanılmaz iddialar ortaya atdı. "Kainatın Sirləri" adını verdiyi layihəsində Siddiq Əfqan, SSRİ-nin və İran şahlığının dağılması, 1990-cı ildə İtaliyada oynanan dünya kubokunun sahibinin Almaniya olacağı, İraq döyüşü kimi tarixi hadisələri "Kainatın Sirləri" adlı layihəsində proqnozlaşdırmışdı.
Siddiq Əfqan dini və elmi məlumatları riyaziyyat məntiqi istifadə edərək araşdırdığını ifadə edərək, bu günə qədər heç yanılmadığını ortaya qoyub. Əfqanıstanın Riyaziyyat Fəlsəfəçiləri Mərkəzi rəhbəri olan Siddiq Əfqan, «Ruslar SSRİ dövründə Əfqanıstanı işğal etdiklərində Əfqanıstan zəngin bir ölkə idi. Rusiya ideologiya sahibi bir ölkə olan Əfqanıstandan və əfqan xalqından yaxşı dərslər aldı, bu dərslər istiqamətində ağılını istifadə etdi.
Rusiya, Orta Asiyadan çəkilərkən bütün təbii zənginlikləri, oranın xalqlarına miras olaraq buraxdı. Rusiya, insan haqları mənasında xalqına sahib çıxır. SSRİ-də Rusiya Federasiyası bundan güzəşt vermədi. İnsana hörməti ön planda tutdu. 20-ci əsrdə Rusiya və ruslar antipatik olaraq görülərkən, artıq sahib olduqları ideologiya onlara doğru yolu göstərdi və möhtərəmlik qazanmalarını təmin etdi» deyə bildirdi.
31 Mart 1976-cı ildə ABŞ tərəfindən açıqlanan 200 filosof arasında adının 4-cü sırada iştirak etdiyini ifadə edən S.Əfqan, ABŞ-a və ABŞ hökumətinə isə tənqidlər də edib. Əfqan, "ABŞ ruslar kimi ideologiya sahibi deyil. Yalnız şəxsi mənfəət və qazancı güdürlər. ABŞ üçün "insan haqları ölkəsi" deyilir, ancaq ABŞ ölkəsindəki insanlardan çox bəslədiyi itlərin haqlarını ön plana çıxarır.
«21-ci əsrdə Amerika artıq dəyər itirməyə başladı və çöküşə doğru gedir. İraqa şəxsi mənfəətləri üçün girdilər, imperatorluqlarını yaymaq istədilər, amma bacara bilmədilər. Əfqanıstanda da müvəffəqiyyətsiz oldular. Çünki onlar əfqan xalqının mənfəətlərini deyil, öz mənfəətlərini güddülər. Əfqan xalqının güvən və ürəyini qazansaydılar, burada itirmə şansıları yox idi» - deyə o, davam edib. ABŞ-ın yaxın tarixdə dağılacağını qarşıya qoyan S.Əfqan, «Ağlını istifadə etməkdən məhrum ABŞ-ın ömürü çox qısaldı. SSRİ üçün istifadə etdiyim düsturu indi də ABŞ üçün istifadə etdim. Buna görə ABŞ-ın dağılması 2013-cü il olaraq görünür. Bu əməliyyatda səhv payı 5 ildir» ifadələrini istifadə etdi.
S.Əfqan yaxın tarixdə yıxılacağını iddia etdiyi ABŞ-dan sonra dünyanın yeni super gücünün İslamiyyət olacağını, "Gələcəyin hakimi inanc sahibi insanlar olacaq" kimi fikir bildirmişdir. Dünya və Əfqanıstan Riyaziyyat Fəlsəfəçiləri Mərkəzinin banisi olan S.Əfqan, ABŞ tərəfindən riyaziyyat fəlsəfəçisi və filosof olaraq 31 mart 1976-cı ildə rəsmi olaraq tanınmışdır. ABŞ tərəfindən hazırlanan siyahıda dünyadakı 200 filosof arasında 4-cü yerdə olan Əfqan, 15 riyaziyyatçı arasında da ikinci sıradadır. SSRİ dövründə Lipetsk şəhərində pedaqoji və riyaziyyat sahələrində təhsil alan Sİddiq Əfqan, hələ də Əfqanıstanda Riyaziyyat Fəlsəfəçiləri Mərkəzinin müdiri olaraq vəzifə yerinə yetirir.