Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 58 Günden beri Online
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Qiymətli kəlamlar
Qiymətli kəlamlar
699
Son güncelleme: 04.02.2010 11:29
Leyl-i Lal
1.Ana on uşağı yedirə bilir, on uşaq bir ananı yedirə bilmir.
2.Dünyada üç şey təhlükəlidir: bıçaq uşaq əlində, hakimiyyət axmaq əlində və tərif yaltaq dilində.
3.Kasıb acından ölər, varlı-qorxusundan.
4.Işsizin üç böyük işi var: yemək, yatmaq, bir də deyinmək.
5.Ölçüsündə yemək qüvvət gətirər, çox yemək-qəbir.
6.Canımı verərəm, fürsəti vermərəm.
7.Bıçağın kəsən üzü birdir, dilin-yüz.
8.Dost-yaman gündə, qəhrəman-vuruşda, düzgünlük-borcda bilinir.
9. Iki şeyin qiyməti itəndən sonra bilinir; bir cavanlığın, bir də sağlamlığın.
10. Dəmiri nəm çürüdər,insanı qəm çürüdər.
11.Suda boğulan xilas ediləndə tələb edir ki, batan şeylərini də çıxartsınlar.
12.Hər tikəni yemək olar, hər sözü demək olmaz.
13.Dilim mən sənin artığını kəsməsəm, sən mənim başımı kəsəcəksən.
14.Igidlik ondur: biri qüvvət, doqquzu fənd.
15.Məhəbbət dəniz yosunu kimidir: sən ona tərəf gedərsən, o səndən uzaqlaşar; sən ondan uzaqlaşarsan, o sənə tərəf gələr.
16.Tərif gələndə çaşma, töhmət gələndə coşma.
17.Böylə qəm, böylə kədər-böylə gəlmiş, böylə gədər.
18.Ölüsü olan bir gün ağlar, dəlisi olan hər gün.
19.Dəvəquşuna deyirlər: „Yük apar", -deyir: „Mən quşam"; deyirlər: „Uç", -deyir: "Mən dəvəyəm".
20.Borc verən borclunun sağlıǧını istər, borc alan-onun naxoşluǧunu.
21.Qolu güclü olan birinə üstün gələr, ağlı üstün olan-mininə.
22.Alim hər yerdə alimdir, kral isə ancaq öz ölkəsində kraldır.
23.Gözəl qadın gözlərin xoşuna gəlir,xeyirxah qadın urəyin.Biri gözəl əşya olur,digəri xəzinə.
24.Bu dünya bir dağdır,hərəkətlərimiz isə bizim qışqırıgımız.Haraylarımızın əks-sədası həmişə özümüzə qayıdır.
25.Sevgi ürəyin diş ağrısıdır.
#04.02.2010 11:29
0
0
0
Qiymətli kəlamlar Konusuna Benzer Konular
Müdrik kəlamlar
23.12.2009
Məşhurların işlətdiyi kəlamlar
23.12.2009
Müdriklərdən miras qalmış hikmətli kəlamlar
08.02.2010
Tarixi şəxsiyyətlərin ölümdən qabaq dedikləri kəlamlar
17.02.2010
Müdrüklərdən müdrük kəlamlar
20.02.2010
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
İzmit Su Tesisatçısı
Vozol Star 20000
Çayırova Fayans Ustası