GÜRZƏ-Kino

Son güncelleme: 04.02.2010 20:03
  • İstehsal ili: 2008 Müddət: 6 seriyalı Texniki göstərici: video Janr: detektiv İstehsalçı: Azərbaycan Televiziyası Rəng: rəngli Dil: Azərbaycan dili Növ: Seriallar Ekran formatı: normal Rejissor: Məhərrəm Bədirzadə Ssenari müəllifi: Ənvər Seyidov Operator: İsa Kazımov Rəssam: Rafael Əlizadə Bəstəkar: İqbal Ağayev Məzmun və əlavə məlumat: Film bir ailənin faciəsini əks etdirən hadisələr üzərində qurulub. Gənc ailə olan Əhmədlə Nigar həyatlarının xoşbəxt günlərini yaşayırlar. Uzun illərdən sonra balaca qonaq (yəni balaca övladlarının dünyana gəlişini) gözləyirlər. Körpənin dünyaya gəlişi ananı dünya işığından məhrum edir. Bu gündən körpənin də ağır taleyi başlayır. Həmin körpə - Həsənağa böyüyüb bir cinayət nəticəsində 14 il dəmir barmaqlıqlar arasına düşür. Həsənağanın başsız qalan arvadı Gülsüm narkotika ilə məşğul olan Dəmirlə rastlaşır və narkotika alverinə qurşanır. Hadisələrin sonrakı gedişatında Həsənağanın həbsxanadan gəlişini gözləyən ana - Nigar dünyasını dəyişir. Tale elə gətirir ki, həbsdən buraxılan Həsənağa məcbur olaraq yenidən Gülsümlə görüşür. Və həmin gecə... ailə faciəsi, narkotika alveri, əyyaşlıq, qətllər, təqib başlayır. Filmin çəkilişləri Biləsuvar, Şirvan, Bakı və ətraf kəndlərdə, Şıx çimərliyində, Bakı Baş Səhiyyə İdarəsində, Azərbaycan Dəmiryolu İdarəsində, Nəsimi Polisində, Ağır Cinayətlərə Dair İşlər Üzrə Respublika Məhkəməsində (ACDİÜRM) aparılıb. Film Ənvər Seyidovun "Gürzə" romanı əsasında çəkilib.
#04.02.2010 20:03 0 0 0