Dostluq

Son güncelleme: 08.02.2010 16:14
  • Dostlar arasına həsrət uçurumu girdiyində, ulduzlarla körpü qurduq ürəkdən ürəyə.Könlümüzün həsrət günlüyünə unutmağı və unudulmağı heç yazmadıq.
    Insan öncə qorxuyla günəşə bağlandı.Sonra atəşə, suya... Ay batdı, su qurudu, gün bitdi... Sevgi və dostlu qaldı insanlar arasında.
    Dostluğuna məskən olan bu ürək, eşqlərə deyil, sevgilinin gözlərinə deyil, dostun sözlərinə, salamına möhtac bu ürək... Bu gecə də ürəyimdəsən ey dostum...
    Dostluqlar sevgiyə çevrilə bilər, amma sevgilər heç vaxt dostluğa çevrilə bilməz...
    Yoldaş qış ortasında yaz gətirən, dost səhra ortasında suyunu paylaşandır.
    Dost var ki, qida kimidir, onu həmişə axtararsan.Dost var ki, dərman kimidir, lazım olsa axtararsan.Dost da var ki, xəstəlik kimidir, onu axtarmazsan o səni tapar.
    Bütün dünyanı sevginin rənglərinə boyayıb insanlara payla, özünü sevginin bir rəngi deyə tanıd, çünki sənin varlığın sevgiyə ən böyük sübutdur.
    Ruhumdan başqa dostum olmadı və dərdimi dinləyən sadəcə ürəyim var.
    Unutmağı bilib sevgini bilməyənlər unudar, amma sevməyi bilib unutmağı bilməyənlər əsla unutmaz çünki onlar sevməyi sevirlər.
    Qorxaraq başladığımız şeylər gün olub vazkeçilməz olunca , bir baxışda sevgini alırıqsa, özümüzü coşqulu, güclü, ehtiraslı hiss ediriksə desənə biz dostuq...
    Dünyada dost deyilən söz yalandır. Mənim ən yaxşı dostum içkim və siqaretimdir... Əslində onlar da tərk edərdi məni pulum olmasaydı...
    Dostluqlar günah olmayacaq qədər məsum, kölə olmayacaq qədər azad, umulmayacaq qədər yaxın, unudulmayacaq qədər dərin, tək başına yaşanmayacaq qədər çətindir.
    Bəli dostum !!! Gülmək varkən ağlamaq niyə, güldürmək varkən ağlatmaq niyə ? Gözəl sözlər demək varkən, qəlbləri qırmaq niyə ? Həyat çox qısadır dostum və bu dünyadakı heç bir şey qırılan qəlblərə dəyməz !!!
    Bizim ömrümüzdə xəyallarımız var idi, çaylarında qayıqlarını üzdürdüyümüz, bizim ömrümüzdə dostlarımız vardı bir gün görmədiyimiz və çox üzüldüyümüz...
    Məni düşmənlərimin xəncəri deyil, dostlarımızın üzü üstə buraxması dərindən yaralar...
    Yuxudan oyanınca insanı oyandığına peşman edən, geri dönmək istəyibdə, dönəməyincə çarəsizlikdən dəli edən, insanın yalnız bir dəfə görə biləcəyi çoox gözəl bir röyasan.
    Sən onun sevgisisən, mən onun dostu, sevgilər keçicidir, dostluqlar qalıcı...
    Dostluq - paylaşmaqsa çıxarsız sevgini, içdənliyi, axtarmaqsa dərdlərə əlacı, güvənə bilməksə, səbəbsiz sonsuza qədər o zaman dostumsan (N....)
    Bağışla məni həmişə xatirələrimizi təbəssümlə yada salaq.Mən qırdım, mən üzdüm, mən yaraladım səni.Xoşbəxtlik kölgən olsun ey dostum...
    Bütün gözəlliklər ardında o dost qalmış tək başına uzaqlarda, çox uzaqlarda köhnə xatirələr kimi ... O dost kim bilir indi hardadır... Bəlkə dünyada, bəlkə əcəldə, bəlkə də bütün gözəlliyi ilə sadəcə xatirələrdə qalıb...
    Dostluqlar qırılmayan, qırılmayan ... Qırılsa da yıxılmayandır... !

    Sənin üçün darıxıram hər məktəbə getdiyimdə. Elədiyin kopya kağızları hələ də partanın altında səni gözləyir. Sən hardasan dostum hardasan.... ???
    Bir gün bahar olmaq istəsən, çiçəklərin daima açıq olsun, bir gün çiçək olmaq istəsən üzün həmişə günəşə tərəf olsun və bir gün birini sevərkən qəlbin hər zaman onunla olsun ey dostum.... !!!
    Dostum ol ! Ağladığımda başqa çiyin axtarmıyım. Dostum ol ! Ürəkdən sevgimi tut, gözlərinlə sevdiyini göstər. Nə olursa olsun dostum ol , istər yanımda, istər uzaqda, istər gülüşümdə istərsə də göz yaşımda qəfil bir səs ol otağıma daxil ol. Amma mənim dostum ol tək mənim !!!
    Sən əvvəllər belə deyildin, gözlərin işıl-işıl gülərdi, həyata baxmazdın onu yaşardın. İndi nə oldu sənə ? Həyata küsmüsən, yorulmusan, baxışların artıq çox solğun...
    Dostum - içimi də sən bilirsən, çölümü də sən bilirsən, ancaq sən olarsan mənə yoldaş. Tut əllərimdən bərabər gedək sabahlara...
    Əsil dost sağlamlıq kimidir, ancaq onu itirdiyində anlarsan dəyərini...
#08.02.2010 16:14 0 0 0