Quliyeva Qəndab Həbib qızı 10 avqust 1949-cu ildə Füzuli şəhərində anadan olmuşdur.
Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (1992).
1980-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbini bitirmişdir.
1982 ildən Azərbaycan Opera və Balet Teatrının solistidir.
Partiyaları: Leyli, Əsli, ("Leyli və Məcnun", "Əsli və Kərəm"; Ü.Hacıbəyli), Ərəbzəngi ("Şah İsmayıl", M. Maqomayev), Şahsənəm ("Aşıq Qərib", Z. Hacıbəyli), Xanəndə qız ("Vaqif", R.Mustafayev), Gülbahar ("Gəlin qayası", Ş.Axundova) və s. Repertuarında muğamlar (Şahnaz, Cahargah, Bayatı-Şiraz, Qarabağ şikəstəsi, Mahur-hindi, Heyratı və s.), xalq mahnıları ("Apardı sellər Saranı", "Qaçaq Nəbi", "Gül açdı", "Bağçada güllər", "Əlində sazın qurbanı", "Qara xal yar") və Azərb. bəstəkarlarının mahnıları geniş yer tutur. Xarici ölkələrdə (Yaponiya, Almaniya, Finlandiya, Avstraliya, İsveç, Kanada, Əfqanıstan, Tunis, Əlcəzair, İraq və s.) çıxış etmişdir