Sevgi və dostluq fürsətləri

Son güncelleme: 11.02.2010 14:22
  • Mində bir qarşımıza çıxan dostluq, yoldaşlıq, sevgi fürsətlərini nə edirik ?

    Axşamın bir saatında yorğun gövdəmizi yaslayıb şirin-şirin danışa biləcəyimiz, çiynimizə dolanan bir qolun, başımızı yaslaya biləcəyimiz bir çiynin, uzun yollara dayanıqlı eşqlərin sahibi qarşımıza çıxdığında tanıya bilirikmi onu ? Dəyərini bilirikmi ?

    Yoxsa həyatı sonsuz, fürsətləri saysız sanıb başqasını gözləyirik ? Halbuki, həyat yanımızdan sakitcə ötüb keçir. Eləcə də yüzdə bir qarşımıza çıxan insanlar kimi başqa vaxt başqası gələr deyib üstündən sakitcə ötüb keçirik.

    Qarşımıza vaxtsız çıxan insanları həyatımızdan çıxarmağa çalışırkən bir gün geri dönüb onu dəlilər kimi axtaracağımızı heç fikirləşmiriy...
    Həyat hər zaman bizə mərd davranmaz əksinə çox vaxt bizə qarşı zalımdır hər zaman eyni fürsətləri verməz. Köhnəlmədən köhnəltdiyimiz dostluqların bədxərccə xərclədiyimiz sevgilərin qəmli xatirəsiylə yalnız qalarıq bir gün.

    Sabah əlbəttə ki, bizimdir, gün doğur, gün batır bu əbədiyyət isə bizim deyil...

    Bir axşamüstü sakit oturub yalnızlığımızın səssizliyini dinləyərkən yanımızda kimsə olmaz, ya da olanlar olması lazım olanlar deyil...
    Ulduzların bizim üçün parladığını görə bilməyən gözlərimiz , gün gəlir həyatımızdan keçən ulduzların basdırıldığı keçmişə qıfıllanar.
    Nəyinsə xüsusi bir anını tutmaq kimidir öz həyatımızdakı fövqəladə anları və fövqəladə kəsləri tutmaq.Bəzilərinin gələcəkdə sandıqları "bir gün" keçmişdə qalır çox vaxt. Necə ki, maraqlı və qeyri-adi bir hadisəni qaçırdığımız zaman "Ehh necə də olsa bir gün qarşımıza çıxar" dediyimiz andır bizim bədbəxt olduğumuz an...

    Həyatın qədrini bilmək, zamanın qədrini bilmək demək deyil...
#11.02.2010 14:22 0 0 0