Günün Aforizmi

Son güncelleme:
  • "Faciəvi fənər dirəyi"

    Fransız yazıçısı Leon Bluanın Eyfel qülləsinə kinayəli epiteti.
0 0 0
  • "Burada Bunq Karno - müstəqilliyimizin banisi və İndoneziyanın ilk prezidenti yatır"

    Əhməd Sukarnonun qəbirüstü abidəsindəki yazı
0 0 0
  • "Bizim bu dərgahımız ümidsizlik dərgahı deyil"

    Mövlana

0 0 0
  • "Açdı tarixi aşan, əsri keçən şanlı yolu,
    İrqimin titrəməyən tunc əli, azadə qolu".

    Mehmet Akif Ersoy
0 0 0
  • "İnsanlar onun tribunadan nə dediyini başa düşmürdülər. Bu heç onlara lazım da deyildi. Onlara Saakaşvilin burda olması, onu öz gözləri ilə görə bilmək kifayət idi".

    "Kommersant" qəzeti 22 noyabr 2003, Tiflis
0 0 0
  • "7-ci güllədən sonra avtomat imtina etdi. Mən maqazini dəyişdim və Elenanın bədəninə 30 güllə boşaltdım. Bu günə qədər həyatda 1 toyuq belə kəsməmişdim. Elenanın iztirablı ölümü hər gecə yuxuma girir".

    Çauşeskunu güllələyən əsgərin 20 il sonrakı açıqlaması
0 0 0
  • "Tənqidə açıq olmamaq tənqid olunmamaqdan daha pisdir ".

    Karla Bruni

0 0 0
  • "Bizim siyasətimiz əməli işlərdir, praktik addımlardır ".

    İlham Əliyev
0 0 0
  • "İran Azərbaycanla münasibətlərini yalnız Sovetlər ittifaqı çərçivəsində qurmaq niyyətindədir".

    İran xarici işlər naziri Vilayətinin 1991-ci il oktyabrında "Exo Moskva" radiosuna müsahibəsindən.

0 0 0
  • "Əgər qara qutu xarab olmursa niyə bütün təyyarəni qara qutunun materialından hazırlamayaq?"

    Ənis Mənsur, Misir yazıçısı
0 0 0
  • "Nazim Hikmət leqal fəaliyyətə yararlı ola bilər"

    Türk Kommunist Partiyasının həbsdən çıxan Nazim Hikmət haqqında rəyi

0 0 0
  • "Könlün məşq eləmək istəyir, götür kağızı, qələmi, bir yerdə otur və nə qədər kefindir, yaz".

    Cəlil Məmmədquluzadə
0 0 0
  • Fransız poeziyasının vurğunu, utancaq və həssas professor, çılğın inqilab təbliğatçısı".

    Fransız kommunist lider Jan Marqolen Pol Pot haqqında
0 0 0
  • Bu məzarda Gəncə bəylərbəyisi Qacar tayfasından olan Ziyadoğlu Cavad xan uyuyur".

    Cavad xanın məzarı üstündəki yazı
0 0 0

  • "Basqı altında olan ölkədə heç ölülər də məzarda rahat yata bilmirlər".

    Kastronun Kuba xalqına müraciətindən
0 0 0
  • "Şəhəri verməyə gəlincə, bu niyyətindən çəkin, çünki bu olan iş deyil. Sən Gəncəyə yalnız mənim meyitimin üzərindən girə bilərsən. Başa düşürsənmi? Ancaq mən öləndən sonra, başqa heç cür".

    Cavad xanın general Sisyanovun ultimatumuna cavabı
0 0 0
  • Əvvəlki kimi Heydər Əliyevin mövqeləri güclüdür. Əhali onun adını ehtiramla çəkir..."
    Azərbaycan SSR DTK-sının Moskvaya 1990-cı il 5 yanvar tarixli teleqramından
0 0 0


  • "Üç insanın bir sirri qoruya bilməsi üçün onlardan ikisinin ölməsi gərəkdir".

    Bencamin Franklin

0 0 0
  • "Araz sərhəd oldu, əsdi küləklər,
    Sular yatağında qalxdı, köpürdü.
    Üstü dama-dama taxta dirəklər,
    Çayın kənarında səf çəkib durdu".

    Bəxtiyar Vahabzadə, Gülüstan poeması (1959)
0 0 0