Qadınlar Cəhənnəmdə

Son güncelleme: 22.02.2010 15:40
  • Həzrət Əmirəl-möminin Əli (ə) buyurur:
    "Mən və Fatimə (s) Allah Peyğəmbərinin (s) mübarək hüzuruna yetişəndə onun şiddətli şəkildə ağladığını gördük. Ona dedim: "Atam-anam sənə fəda olsun, ağlamağınıza səbəb nədir?" Həzrət buyurdu: "Ya Əli! Merac gecəsi asimana getdim. Öz ümmətimin qadınlarını ağır əzaba düçar olduqlarını müşahidə etdim. Elə bir şəkildə idilər ki, hətta onları tanımadım. Onları ağır əzabda gördüyümə görə ağlayıram." Sonra Həzrət sözünə davam edərək buyurdu:
    "Bir qadının saçlarından asıldığını və beyninin qaynadığını gördüm.
    Bir qadının dilindən asıldığını və Cəhənnəm suyundan boğazına töküldüyünü gördüm.
    Bir qadının öz bədəninin ətini yediyini və altından atəşin şölələndiyini gördüm.
    Bir qadının iki ayağının iki qoluna bağlandığını, əqrəblər və ilanların ona dolandığını gördüm.
    Bir qadının iki döşündən asıldığını gördüm.
    Bir qadının kor, kar, lal olduğunu, atəşdən olan bir tabutda başının qafasından od çıxdığını və onun bədəninin cüzam və bərəc (yara) xəstəliyinə tutulduğunu gördüm.
    Bir qadının atəşdən olan bir təndirdə iki ayağından asıldığını gördüm.
    Bir qadının öz bağırsaqlarını yediyi halda üz və əllərinin od tutduğunu gördüm.
    Bir qadının başının donuz başı, bədəninin ulaq bədəni kimi olduğunu və nə qədər ona əzab verildiyini gördüm.
    Bir qadının arxasından atəş çıxaraq it surətinə düşdüyünü və mələklərin onu baş və bədənini atəşdən olan gürzlərlə (toppuzlar) döydüyünü gördüm."
    Sonra Həzrət Fatimeyi-Zəhra (s) əziz atasına xitab etdi: "Bu qadınlar hansı əməlin sahibidirlər ki, Allah-təala onlar üçün belə bir əzab təyin etmişdir?"
    Həzrət Peyğəmbər (s.ə.v) buyurdu:
    "O qadın ki saçlarından asılmışdı, saçlarını naməhrəm kişilərdən gizlətmədiyinə görə idi.
    O qadın ki dilindən asılmışdı, ərinə dili ilə əziyyət etdiyinə görə idi.
    O qadın ki öz ətini yeyirdi, özünü camaat üçün bəzədiyinə görə idi.
    O qadın ki ayaqlarından asılmışdı, əri ilə bir yataqda yatmaqdan boyun qaçırdığına görə idi.
    O qadın ki ayaqları qollarına bağlanmış, əqrəblər, ilanlar ona dolanmışdı, çirkli sudan dəstəmaz və əl-üzünü yumaq üçün istifadə etdiyinə, paklığa riayət etmədiyinə, həmçinin cənabət qüsulunu yerinə yetirmədiyinə, namazda səhlənkarlığına görə idi.
    O qadın ki kor, kar, lal idi, zinadan (qeyri-qanuni cinsi əlaqə) hamilə olub, ərinin uşağı olduğunu iddia edirdi.
    O qadın ki bağırsaqlarını yediyi halda üz və bədəni yanırdı, iffətə zidd (fahişəliyə) əməl etdiyinə görə idi.

    Başı donuz başı, bədəni ulaq bədəni olan qadın, sözgəzdirən və yalan danışan olduğuna görə idi.
    İt surətində olan qadın dünyada müğənnilik edən və paxıl olduğuna görə bu şəkildə idi."
#22.02.2010 15:40 0 0 0