Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 63 Günden beri Online
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Ömər Xəyyam - Rübailər
Ömər Xəyyam - Rübailər
3928
Son güncelleme: 23.02.2010 17:46
Şayeste
Bilinməz nə vaxtdan hərlənir bu tas,
Nə zaman pozular bu gözəl əsas
Belə nazik fikri dərindən duyub
Ağıl ölçüsüylə dərk etmək olmaz.
Tusun barısında gördüm ki, bir quş
Caynağında Keyin başını tutmuş.
Kəlləyə söyləyir: «Əfsuslar olsun,
Zənglərin səsini aləm unutmuş».
Gəlişimdən fayda görmədi həyat,
Getsəm də dəyişməz qoca kainat,
Bu gəliş-gedişin səbəbi nədir?
Eşidə bilmədim kimsədən, heyhat.
Biz getsək, yenə də duracaq cahan,
Bizdən qalmayacaq bir iz, bir nişan,
Biz yoxkən çəkmirdi o heç bir zərər,
Getsək də, görünməz onda bir nöqsan.
Xilqətin başlıca mehvəriyik biz,
Dərk etsən, bəsirət cövhəriyik biz,
Cahan dairəsi qızıl bir üzük,
Onun ən dəyərli gövhəriyik biz.
Bu torpaq ki, onu tapdayır heyvan,
Olmuş bir zamanlar gül üzlü canan,
Eyvanda gördüyün kərpic yaranmış
Vəzir barmağından, sultan başından.
Sadəlövh könlümdən mən cana gəldim,
Cəfakeş canımdan fəğana gəldim,
Mənsiz də dünyanın işi keçərmiş,
Əcəba, nə üçün cahana gəldim?
Lalələr bitirən hər laləzarın
Laləsi qanıdır bir şəhriayarın.
Torpaqdan göyərən incə bənövşə
Xalıdır bir gözəl dilbər nigarın
O saraylarda ki, mey içmiş Bəhram,
Orda ceyran doğur, tülkü var müdam.
Kəməndlə gur tutan Bəhram gör indi
Gorda yatıb necə olmuşdur aram.
Ey dost, gəl özünü qüssəyə salma,
Bu köhnə dünyanın qəminə dalma,
Olmayan gəlməmiş, olan keçmişdir,
Olub-olmayanın hayına qalma.
#23.02.2010 17:46
0
0
0
Ömər Xəyyam - Rübailər Konusuna Benzer Konular
Ressam Ömər Eldarov heyati haqqinda
10.02.2010
Xəyyam Mirzəzadə
10.03.2010
Ömər bəy Nəfi
11.03.2010
Dədə Ömər Rövşəni
11.03.2010
Ömər Xəyyam
12.03.2010
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
İzmit Su Tesisatçısı
Vozol Star 20000
Çayırova Fayans Ustası