ABŞ Konqresinin komitəsi qondarma “erməni soyqırımı” layihəsini qəbul etdi

Son güncelleme: 04.03.2010 22:20
  • Türkiyənin etirazı sərt oldu, səfir geri çağırıldı

    ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində «erməni soyqırımı» qərar layihəsi qəbul olundu. APA-nın xəbərinə görə, qərar layihəsi 22 səs əleyhinə, 23 səs lehinə olmaqla qəbul
    edilib.

    Qərar layihəsinin 3 saat davam edən müzakirəsi zamanı respublikaçılar Mike Pence və Michael T. McCaul, demokratlardan Michael McMahon və Eni Faleomavaga Türkiyənin ABŞ üçün önəmini və müttəfiq olduğunu bildirərək, qərar layihəsinə qarşı çıxıblar.

    Komitənin sədri Howard Berman və Xarici Əlaqələr Komitəsindəki respublikaçı qrupun lideri Ileana Ros-Lehtinen isə əksinə qərar layihəsinin qəbul edilməsinin vacib olduğunu vurğulayıblar.

    Müzakirələr davam edib. Bakı vaxtı il saat 23.15-də səsvermə başlanıb. Saat 00.46-da isə ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində «erməni soyqırımı» qərar layihəsinin 22 səsə qarşı 23 səslə, cəmi bir səs üstünlüyü ilə qəbul edildiyi elan olunub.

    Bunun ardınca Türkiyə Türkiyə hökuməti açıqlama yayıb. Hökumət açıqlamasında layihənin qəbulundan təəssüfləndiyini bildirib: "Türk xalqının heç vaxt törətmədiyi bir cinayətdə ittiham edilməsini pisləyirik".

    Açıqlamada Türkiyənin ABŞ-dakı səfiri Namiq Tanın elə bu axşam geri çağırıldığı da bildirilib.

    Qaynaq:LENT.AZ
#04.03.2010 22:20 0 0 0