İslam aləmində Ramazan ayındakı əlamətdar günlər

Son güncelleme: 08.03.2010 07:43

  • Ramazanın 10-u Həzrəti Xədicənin (ə) vəfatı,
    Ramazanın 15-i Həzrəti İmam Həsənin (ə) mövludu,
    Ramazanın 18-20-22 si Əhya və Qədr gecələri
    Ramazanın 19-u Həzrət əlinin (ə) yaralanması
    Ramaanın 21-i Həzrət Əlinin (ə) şəhadətidir.


    Peyğəmbərimizin orucla bağlı mübarək sözlərindən bəziləri :

    - Oruc tutun, şəfa taparsınız.
    - Allah buyurur : Oruc mənim üçündür, onun mükafatını mən verirəm.
    - Orucluğun sükutu zikr, yuxusu ibadət, duası məqbul əməllərin savabı kimi qiymətləndirilir.
    - Orucla Quran qiyamət günündə oruc tutana kömək edəcəkdir.
    - Oruc səbrin yarısıdır.
    - Ümmətim Ramazan ayının xeyrini və yüksək şərəfini bilmiş olsaydılar, bütün ilin Ramaz ayı olmasını arzu edərdilər.

    Oruc haqqında həkimlər deyir :

    << Oruc insanın sinir sistemi, həzm orqanı, qara ciyər, qəlb, damar sərtliyi, böyrəklərin işləməsi, yüksək qan və şəkər xəstəliyi üçün xeyrlidir>>

    Bismillahir - Rəhmanir - Rəhim

    İftar duası : Əllahümmə, ləkə sumtu və əla rizqikə əftərətu və əleykə təvəkkəltu fətəqəbbəlhu minni innəkə əntəs-səmiul-əlim. Əllahümmə, Ya vasiəl - məğfirəti iğfir li.

    Ey mənim Allahım! Əmrinlə oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən Sən eşidən və bilənsən. Ey bağışlayan Allah! Günahlarımı bağışla!
#08.03.2010 07:43 0 0 0