BMT rəsmisi Dağlıq Qarabağı “muxtar vilayət” kimi təqdim etdi

Son güncelleme: 10.03.2010 14:57
  • noimage
    Ermənistanlı nümayəndənin təqdim etdiyi xəritədə siyasi yanlışa yol verilib

    Birləşmiş Millətlər Təşkilatının Qafqazın ekologiyası ilə bağlı sənədlərində Dağlıq Qarabağ muxtar vilayət kimi göstərilib. Lent.az-ın Tiflisdə olan müxbiri xəbər verir ki, Gürcüstan paytaxtında keçirilən ekologiya tədbirində BMT-nin Ermənistandan olan nümayəndəsinin təqdim etdiyi xəritədə Dağlıq Qarabağ muxtar vilayət kimi göstərilib.

    BMT-nin erməni nümayəndəsi Naira Aslanyan Ermənistan ekologiyasından bəhs edən çıxışı zamanı təqdim etdiyi xəritədə siyasi yanlışa yol verilib. Lent.az-ın müxbiri xəritə barədə soruşduqda "Bu, BMT-nin rəsmi sənədi deyil. Xəritəni biz hansısa saytdan götürmüşük. Məsələni dəqiqləşdirməyə çalışacağam" - deyə Naira Aslanyan bildirib.

    Hadisə martın 10-da Tiflisdə keçirilən "İqlim dəyişikliklərinin Qafqaz ölkələrinin inkişafına təsiri" seminarında baş verib.

    Vüqar Baba

    LENT.AZ
#10.03.2010 14:57 0 0 0