Qars Mədəniyyət və Turizm İdarəsinin müdiri bunu dedi-qodu adlandırıdı
İki həftə əvvəl Türkiyənin Qars bölgəsində minlərlə insan mumiyalanmış bir keşiş cəsədi olan 70 saniyəlik görüntünü bir-birinin telefonuna göndərib.
Lent.az-ın "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, saqqallı mumiyanın başında qızıl tac, belində qızıl kəmər, sinəsində balıq, qasığında qartal şəkilli lövhə üzərində yazılar var.
Mumiyanın sağ tərəfində də qızıl ox görünür. Tabutun baş hissəsində də müxtəlif yazılar var. İddialara görə, Qarsın Ermənistanla sərhəddə yerləşən Kilittaşı kəndində tapılan mumiya 1 erməni, 2 türk tərəfindən Ermənistana keçirilmək istənilirmiş. Guya mumiya Kağızman- İqdır yolundakı jandarma postunda ələ keçirilib.
Ancaq Qars Mədəniyyət və Turizm İdarəsinin müdiri Hakan Doğanay bütün bunların dedi-qodu olduğunu söyləyib: "Mən də bu görüntüləri internet saytlarında izlədim. Belə bir şey olsaydı, xəbərimiz olardı. Ancaq rəsmi olaraq bizə hər hansı xəbər verilməyib".