İstisu - Masallı

Son güncelleme: 15.03.2010 13:39
  • Istisu - Masallının möcüzəli guşəsidir. Tam adı - İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyasıdır.

    İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyası həm Masallı şəhərindən 13 kilometr aralıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə qərar tutmuş Dəmbəlov dağının döşündə, Viləş çayının sahilində yerləşir. Tərkibində hidrogen-sulfid, natrium-xlor kalsium, maqnezium-hidrokarbonat və hər litrində 30 milliqram yod var. Yerin çox dərin qatlarından 60 dərəcədən də yuxarı isti halda məhlul çıxır. Bu məhlul xəstəlikləri dava-dərmansız sağaldır. Qədimdə yerli sakinlər bu suya minbir dərdin dərmanı olan möcüzə kimi baxıblar.

    Sanatoriyanın yaranma tarixi

    İstisuyin həqiqətən də müalicəvi olmasını ötən əsrin 60-ci illərində Masallıdan olan həkim-alim, şair-bəstəkar Mirkazım Aslanlı-Sarəng übut etmişdir.

    O vaxtlar alimin kəşfi böyük maraq doğurub və dövlət tərəfindən Sovet İttifaqının ayrı-ayrı yerlərindən 12 alim buraya, İstisu şəfa ocağına gələrək əlavə tədqiqat aparıb və həmvətənimizin kəşfini təsdiqləyiblər. Heydər Əliyev Azərbaycan KP MK-nın 1-ci katibi olan zaman - 1971-ci ildə, Masallı istisuyu xüsusi əhəmiyyətli ümumittifaq müalicəvi kurort sanatoriyası adını alıb.

    Bu günlərdə İstisu "Fatimeyi-Zəhra" Şəfa Sanatoriyasına Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən beş illik rəsmi lisenziya verilmişdir.

    Istisuyun müalicəvi əhəmiyyəti

    Yardımlı yolundan baxanda qarşı dağın qoynundakı Istisu şəfa ocağı yığcam, müasir bir düşərgəni xatırladır. Istisu sanatoriyasında eyni vaxtda 200-dək adamı qəbul etmək və xidmətində durmaq mümkündür. Sanatoriyaya, hətta xaricdən də adamlar sağalmağa, dincəlməyə gəlirlər.

    Mirkazım Aslanlı-Sarəng elmi əsaslarla sübut edib ki, Dəmbəlov dağının döşündən çıxan isti su ilə revmatizm, oynaq ağrıları, artroz kimi fəsadları, pisarioz, germatit, neyrodermit, göbələk xəstəliyi, ekzema, böyrək və sidik yolları xəstəlikləri - pielit, uretrit, piolonefrit, habelə radikulit, prostatit, hipertoniya, qara ciyər xəstəlikləri və öd xəstəlikləri, qadın xəstəlikləri, mədə-bağırsaq ağrıları, travmatik ağrılar müalicə oluna bilər.

    Istisu sanatoriyasının bərpası

    Ötən əsrin 90-cı illərinin əvvəllərindən İstisu sanatoriyası baxımsızlıq üzündən bərbad hala düşmüşdü. "Kurort və sanatoriyaların özəlləşdirilməsi haqqında" fərmana əsasən 1997-ci ildə iş adamı İldırım Allahyarov sanatoriyaya qanuni sahib çıxdı. Doğma kəndi Qəriblərin yaxınlığındakı ocaqda böyük bərpa-quruculuq işinə başladı.

    2004-cü il fevralın 11-də Prezident İlham Əliyevin imzaladığı Dövlət Proqramı ilə bağlı fərmanda İstisu sanatoriyasının da əsaslı təmiri nəzərdə tutulmuşdur.
#15.03.2010 13:39 0 0 0