Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 174 Günden beri Online
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Qoca Təbriz - Böyük Rəsuloğlu
Qoca Təbriz - Böyük Rəsuloğlu
551
Son güncelleme: 19.03.2010 08:56
Leyl-i Lal
Sənə şükürlər olsun İlahi məni Təbrizli yaratdın
Biləyim güclü yaratdın
Niyə fəxr eyləmiyim?!... Təbrizi qeyrətli yaratdın
Papağın əyri qoy oğlum
Yenə düşmən qabağında
Uca Türkün ocağında
Qoca Ərkin qalasında
O sukut qan çanağında
Belə üsyanı qopatdın...
Elə tufanı yaratdın...
Qoy o satqınlar özün Tehrana satsın!
Özünü satmışın artıq nəsi vardır ki talansın?!
Qoy onlar maskova qaçsın...
Gözünün qarşısına pərdə açanlar
Düşmənin oxlarını xalqa atanlar
Çürümüş beyni yuvanlar
İçi boş təblə vuranlar
Bizi bizdən ayıranlar
Ürəyi müftə vuranlar
Məni Təbrizdə qoyub maskovaya sinə vuranlar
Vətəni, millətini beş manata, min tümənə
Gah rusa, gah frsa satanlar!
Huşu yox başına gəlsin
Hələ qoy özlüyünü yadlara satsın
Hələ qoy Təbrizimi qanə boyansın
O Səhəndin vuqarı sönməz vuqardır Ata Təbriz
Bu Azərbaycanın evladına aydındır, əyandır qoca Təbriz
Başımı eyləmisən sən uca Təbriz
Sən Azərbaycanımın qan damari
Sən əzəldən yaranıbsan qoca aslan yatağı
Dədə qorqud sayağı...
Özü məzlum... amma məzlum dayaği!...
"Rəsuloğlu" ucalandır bu səsi
"Yaşasın Türk elinin ərgənəsi
Yaşasın millətimin ənənəsi
Yaşasın Türkçülüyün dəbdəbəsi..."
Ölmüyəydim barı Təbrizliləri şad görəydim...
Səni Azad görəydim
Səni abad görəydim
Ürəyim pasdan arınmış, səni ulduzla, aya tay görəydim...
Səni Azad görəydim...
Səni abad görəydim... Qoca Təbriz
"Böyük Rəsuloğlu"
#19.03.2010 08:56
0
0
0
Qoca Təbriz - Böyük Rəsuloğlu Konusuna Benzer Konular
Qoca Tebriz
05.07.2009
Hörmətli Ustad Böyük Şəhriyar'a
19.07.2009
İslam Dinində Haramlar Və Böyük Günahlar
27.07.2009
Men seni boyuk bir urekle sevdim
08.08.2009
Təbriz
05.09.2009
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
İzmit Su Tesisatçısı