Mədə Qastriti və müalicə üsulları

Son güncelleme: 21.03.2010 15:25
  • noimage
    Qastrit xərçəngi haqqında ümumi məlumat
    Qastrit xərçəngi mədənin içərisini bürüyən xəstəlikdir, hansıki həmin örtükdə bədxassəli hüceyrələr təşkil edir.
    Mədə qarın boşluğunun yuxarı hissəsində J hərfi formasında olan orqanımızdır. Bu həzm sisteminin bir hissəsi olub, bədənimizi vitaminlər, mineral maddələr, karbohidratlar, piy, proteinlər və su ilə qidalanmasına yardımçı olur, eyni zamanda da bədənimizdən lazımsız maddələrin atılmasına kömək edir. Yeməklər mədə borusu ilə mədəyə hərəkət edir, muskullu(əzələli) boruya düşür(esofaqus). Mədəni tərk edən qida, hissə-hissə həzm olunaraq əvvəlcə nazik, sonar isə yoğun bağırsağa keçir.
    Mədə və esofaqus yuxarı həzm sistemləri üzvləridir.
    Mədənin divarları 3 qat toxumadan təşkil olunub: musokal (ən dərin hissədə) qat, muskularis (orta hissədə) qat, serosal (ən üst hissədə) qat. Qastrit xərçəngi musokal qatdakı hüceyrələrdə inkişaf etməyə başlayır və digər qatlara doğru yayılır.
    Mədə tumorları həmin xəstəliyə yoluxmuş toxuma qatları ilə əlaqədə yaranır və qastrit xərçənginə müxtəlif reaksiyalar verir. Mədə xərçəngi haqqında daha çox məlumat üçün aşağıdakılara baxın:
    Az yaşda Qeyri-adi xərçəng
    Qastrit xərçənginə qarşı mübarizə üsulları
    Qastrir xərçəngi örtüyü
    Yaş, dieta və mədə xəstəlikləri qastrit xərçənginin inkişaf etməsinə böyük şərait yaradır. Bu xəstəliyə tutulma riskinin artmasına hər şey təsir edə bilər. Müxtəlif risk faktorları elə məna vermir ki, siz bu xəstəliyə mütləq tutulacaqsınız, heç bir risk faktorunun olmaması da sizə təminat vermir ki, siz heç zaman qastrir xəsrçəngi olmayacaqsız. Qastrit xərçənginin risk faktorlarına bunlar daxildir
    Mədənin Helokibakteriya pilori (H.pilori) bakteriyası ilə yoluxması
    Xroniki qastritlər (mədənin iltihablanması)
    Pernikoz anemiya
    Bağırsaq metplaziyası ( Bağırsaqdakı hüceyrələrlə mədənin normal hüceyrələri yerini dəyişməsi)
    Qastrit poliplərinin Familyal adenomatus poliposisi (FAP)
    Yeyilən yeməkdə həddən çox duzdan istifadə edilməsi, siqaret, çox az meyvə bə tərəvəzlə qidalanmaq
    Keyfiyyətsiz yeməklər yemək
    Yaş artması
    Siqaret çəkmək
    Nəsildə olan xəstəlik (anada, atada, bacıda və ya qardaşda )
    Mədə pozulması, mədə ağrıları, mədə narahatçılıqları.
    Bu və digər simptomlar mədə qastritinin səbəi ola bilər.
    Qastrit xərçənginin digər mərhələlərində bu simptomlar baş verə bilər:
    Mədə pozulmaları və mədə narahatçılıqları.
    Yemək yeyəndən sonar köpmə
    Urəkbulanması hissi
    İştahanı itirmək
    Mədə qıcrıqması
    Daha da irıiləmiş qastrit xərçənginin siptomları bunlardır:
    Mədənin ilməsəi zamanı qan
    Qusma
    Birdən-birə arıqlamaq
    Mədə ağrıları
    Sarılıq (gözlərin və üzün sarı rəngdə olması)
    Askitlər (qarın boşluğunda maye dolması)
    Udmaqda çətinlik çəkmək
    Həkim bu probelər olduğu təqdirdə qastriti təyin edəcək.
    Mədənin testlərdən keçirilməsi və esofaqusun aşkar edilməsindən çıxan nəticələrə baxıb dəqiq diaqnoz qoya bilir.
    Sonrakı testlər və proseduralar bunlar ola bilər:
    Fiziki müayinə və tarix: Bədənin müayinəsi zamanı ilk olaraq ürəyin göstəriciləri qeydə alınır, normal və anormal işləmələr qeydə alınır.
    noimage
    Qan təhlili: Oqranlardan anormal şəkildə axan qan və onların miqdarı ölçülür. Substansiyaların normadan çox və ya az olması hansısa orqanın xəstə olub-olmaması və toxumalarda olan problemlərin aşkar edilməsilə nəticə çıxarılır
    Qan hesablamarının başa çatması : Qan axma olan yerlərdə bu yoxlamalar həyata keçirirlir:
    Qırmızı qan hüceyrələrin (hemoqlobin) ağ qan hüceyrələrinin və digər hüceyrələrin miqdarı
    Endoskopiya: Esofaqusun daxilinə baxmaq, mədə və duodenum ( nazik bağırsağın ilk hissəsi) və anormal sahələri seçmək prosedurası. Endoskopioya (nazik və ucluğunda kamerası olan boru) ağızdan ehmalca keçirilərək esofaqusa doğru uzadılır. Bundna əvvəl ağıza keçiyidici iynə vurulur ki, boğaz nahiyəsi borunun hərəkətindən ağrımasın. Sonra isə ağıza xüsusi ağızlıq yerləşdiririlir ki, boğazın nazik toxumaları borunun hərəkəti zamanı sürtünüb yaralanmasın.
    noimage
    Barium udmaq: Pasient barium maddəsini içdikdə, bu esofaqusdan keçərək mədəyə dolur. Sonra x-şüaları (retngen) mədədəki anormal saəhələri aşkar edir.

    Biopsi: Məhv olmuş hüceyrələri və ya toxumaları mikroskop altında müşahidə etmək olar. Adətən biopsini endoskopiya edilən ərəfədə həyata keçirirlər.
    CT skan: Bədənin daxilindən alınmış təsvirlərə baxmaq. Şəkillər x-şüalarının aldığı təsvirləri kompyüterə ötürür. Venaya xüsusi rəng iynəsi vurmaqla və ya içməklə daha dəqiq təsvir almaq mümkündür. Eyni zamanda müasir dövrdə çox inkişaf etmiş kompüterli tomoqrafiya vəkomptüerləşdirimiş ox-tomoqrafiya ilə də daha dəqiq təsvir əldə etmək mümkündür.
    Müəyyən faktorlar proqnozlara və müalicə üsullarına təsir edə bilər.
    Proqnoz (sağalma şansı) və müalicə üsulları bu sonrakəlardan asılıdır:
    Xərçəngin mərhələsi və dərəcəsi ( mədədə və ya limfa düyünlərində, bədənin digər sahələrində olub-olmadığını)
    Pasientin ümumi səhhəti
    Əgər qastrit xərçəngi erkən dövrdə aşkar edilsə, xəstənin sağalma ehtimalı yüksələcək. Ancaq diaqnozların əksəriyyətində qastrit xərçəngi ən ağır mərhələlərdə aşkar edilib. BU da xəstələrin öz sağlamlıqlarına etinasız yanaşmaqlarından irəli gəlir.Ən ağır mərhələdə olan qastrit xərçəngi artıq sağalma şansını azaltdığı üçün nadir hallarda tam sağaldıla bilir.
    Qastrit xərçənginin mərhələləri
    Teslər və xərçəng hüceyrələrinin mədədə və digər üzvlərdə yayılması təqdirdə akşkar edilməsindən sonar qastrit xərçəngi diaqnozu qoyulur.
    Xəstəliyin müəyyən mərhələlərində informasiya yığılır. Bu ona görə vacibdir ki, müalicə planını qurmaq asan olsun.
    Sonrakı testlər və proseduralar mərhələli prosesslər şəklində ola bilər:
    ß-hCG (beta-human chorionic gonadotropin), CA-125, və CEA (carcinoembryonic antigen) sınaqdan keçirilir: ß-hCG, CA-125 və carcinoembryonic antigenlərin qandakı miqdarlarını təyin edən testlər keçirilir. Bu substansiyalar qandakı xərçəng və normal hüceyrələrin fərqini ortaya çıxarır. Əgər normadan çox miqdarda qastrit xərçəngi əlamətləri olan hüceyrələr aşkar edilsə onda dəqiq diaqnoz üçün şərait çoxalır.
    Sinə x-şüası: Sinədəki və sümükdəki x-şüaları. X-şüaları enerji şüası xassəli olub bədəndən və plyonkadan keçərək təsvirin alınmasını təmin edir.
    Endoskopik ultrasəs: Ağızdan və rectumdan keçirələrək bədənə daxil edilən endoskopiya prosedurası. Endoskop aləti nazik borudan, linzadan və işıqdan təşkil olunmuş müayinə alətidir. Endospokun başlığındakı zondda yüksək enerjili səs dalğaları (ultrasəs) daxili toxumalara yayılır və exo yaradır. Orqanizmin toxuma orqanlarının exosu ilə şəkil əldə edən cihaza sonoqram deyilir. Bu proseduraya adətən, enosonoqrafiya da deyirlər.
    Laparoskopi: Xəstəliyin əlamətlərini təyin etmək üçün qarın boşluğundakı orqanlara baxmaq üçün cərrahi proseduradır. Kiçik çərtmə (kəsmə) nəticəsində qarın boşluğundakı divara laparoskopu yerləşdirirlər. Laparoskop kiçik diametric olan nazik borulu, işıq başlığı olan cihazdır. Bu zaman şübhəli olan toxumadan kiçik bir parça alıb biopsidə baxıla bilər.
    PET skanner (Positron emissiyası tomoqrafiyası skanneri): Bədəndəki bədxassəli hüceyrələri təyin edən proseduradır. Kiçik miqdarda radioaktiv qlyukoza venaya yeridilir. Pet skanner bədən ətrafında fırlanır və bədəndə dövr edən qlyuzonanın təsvirini əldə edir.
#21.03.2010 15:25 0 0 0