Salona getmədən arıqlamaq üsulları

Son güncelleme: 21.05.2010 21:14
  • noimage


    İdman salonlarına verməyə pulunuz yoxdursa, kədərlənməyə dəyməz.

    Evdə edə biləcəyiniz məşqlərlə artıq çəkidən azad ola bilərsiniz. Lent.az "internethaber.com" saytına istinadən artıq çəki vermənizə köməkçi olacaq evdə edə biləcəyiniz məşqləri təqdim edir.


    Qarın sıxışdırma məşqi: Hər kəs bu məşqin necə edildiyini bilir. Sıxışdırma məşqi, qarın bölgənizdəki əzələləri inkişaf etdirməyə və qüvvətləndirməyə köməkçi olar. Arxası üstü uzanın, ayaqlarınızı düz olaraq uzadın. Əllərinizi başınızın arxasına qoyun və çiyinləriniz yerdən uzaqlaşana qədər qalxmağa çalışın. Bir iki saniyə bu şəkildə qalın və təkrar əvvələ dönün. Əllərinizi əsla başınızdan çəkməyin. Bu, boynunuzu incidə bilər.

    Piyada gəzmək: Ən sadə məşqlərdən biri də gəzməkdir. Bu, hər hansı bir avadanlıq tələb etmir və istədiyiniz hər yerdə bu məşqi tətbiq edə bilərsiniz. Piyada gəzmək ürəyiniz üçün fayda verməklə yanaşı qıçlarınızı qüvvətləndirməyə də köməkçi olar. Gəzərkən MP3 də dinləyə bilərsiniz. Addımlarınıza hərəkət qazandırmaq üçün daha sürətli getməlisiniz.
#21.05.2010 21:14 0 0 0