Eurovision müsabiqəsindən yeni məlumatlar.

Son güncelleme: 24.03.2010 13:38
  • Bu ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək "Eurovision-2010" mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Səfura Əlizadə mayın 27-də keçiriləcək II yarımfinalda 7-ci çıxış edəcək.

    Eurovision.tv saytına istinadən verilən məlumatlara görə, bu gün keçirilən püşkatmada müsabiqədə təmsil olunacaq 39 ölkənin sıra nömrələri məlum olub. Hər iştirakçı ölkənin nümayəndə heyətlərinin rəhbərlərinin iştirak etdiyi püşkatmada əvvəlcə mayın 25-də keçiriləcək I yarımfinalda, sonra mayın 27-də keçiriləcək II yarımfinalda çıxış edəcək 34 ölkənin (hər yarımfinalda 17 ölkə), sonda isə birbaşa mayın 29-da keçiriləcək final mərhələsində iştirak hüququ qazanmış beş ölkənin çıxış nömrələri məlum olub.
    Beləliklə, ölkələrin çıxış edəcəyi sıra nömrələrini təqdim edirik: Mayın 25-də keçiriləcək I yarımfinalda Moldova 1-ci, Rusiya 2-ci, Estoniya 3-cü, Slovakiya 4-cü, Finlandiya 5-ci, Latviya 6-cı, Sebiya 7-ci, Bosniya və Hersoqovina 8-ci, Polşa 9-cu, Belçika 10-cu, Malta 11-ci, Albaniya 12-ci, Yunanıstan 13-cü, Portuqaliya 14-cü, Makedoniya 15-ci, Belarus 16-cı, İslandiya 17-ci çıxış edəcək.

    Mayın 27-də keçiriləcək II yarımfinalda isə ölkələr bu sıralanma ilə çıxış edəcəklər: Litva (1), Ermənistan (2), İsrail (3), Danimarka (4), İsveçrə (5), İsveç (6), Azərbaycan (7), Ukrayna (8), Niderland (9), Rumıniya (10), Sloveniya (11), İrlandiya (12), Bolqarıstan (13), Kipr (14), Xorvatiya (15), Gürcüstan (16) və Türkiyə (17).

    Birbaşa final mərhələsində çıxış hüququna malik olan böyük dördlük və builki müsabiqəyə ev sahibliyi edəcək Norveç təmsilçiləri isə mayın 29-da bu sıra nömrələrində çıxış edəcəklər: 2-ci İspaniya, 3-cü Norveç, 12-ci Böyük Britaniya, 18-ci Fransa və 22-ci Almaniya.

    Qeyd edək ki, yarımfinallarda çıxış edəcək dörd ölkə wild cardla vasitəsilə ilə öz sıra nömrələrini seçmək şansı qazanıb.

    Onu da bildirək ki, Azərbaycan mayın 29-da keçiriləcək müsabiqənin final mərhələsində səslərini açıqlayan 15-ci ölkə olacaq.

    Xatırladaq ki, bu ilin mayında Oslonun "Telenor Arena"sında baş tutacaq 55-ci "Eurovision" müsabiqəsində Azərbaycanı Səfurə Əlizadə "Drip drop" mahnısı ilə təmsil edəcək.

    First Semi-Final
    1.Moldova
    2.Russia
    3.Estonia
    4.Slovakia
    5.Finland
    6.Latvia
    7.Serbia (wildcard)
    8.Bosnia and Herzegovina
    9.Poland
    10.Belgium
    11.Malta
    12.Albania
    13.Greece
    14.Portugal
    15.FYR Macedonia
    16.Belarus (wildcard)
    17.Iceland
    Second Semi-Final

    Then it was time for the participants of the second Semi-Final to get their starting positions. You can see the results below.
    1Lithuania
    2.Armenia
    3.Israel
    4.Denmark
    5.Switzerland (wildcard)
    6.Sweden
    7.Azerbaijan
    8.Ukraine
    9.The Netherlands
    10.Romania
    11.Slovenia
    12.Ireland
    13.Bulgaria (wildcard)
    14.Cyprus
    15.Croatia
    16.Georgia
    17.Turkey
#24.03.2010 13:38 0 0 0