Ümid Partiyası deputatlığa namizədlərini müəyyənləşdirdi

Son güncelleme: 29.03.2010 15:00
  • noimage



    Bu gün Ümid Partiyası Rəyasət Heyətinin iclası keçirilib.

    Partiyanın mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, iclasda ilk olaraq ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub.

    Daha sonra 2010-cu il Milli Məclisə seçkilər, Ümid Partiyasının seçkidə iştirak forması və s. məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Partiya daxilində namizədliklərini irəli sürmüş 70-dən çox şəxsin tərcümeyi-halı, partiya daxilində xidmətləri və namizəd olmaq istədikləri dairə ərazisindəki mövqeləri araşdırılıb. Onların içərisindən 31 nəfərin namizədliyi partiyanın rəyasət heyətinin qərarı ilə dəqiqləşdirilib.

    Qeyd edək ki, növbəti mərhələdə yenə də namizədliklərini irəli sürmüş şəxslərin iştirak edib-etməyəcəkləri ilə bağlı qərarlar gözlənilir. Partiya rəhbərliyi növbəti toplantısını həftənin çərşənbə günü keçirməyi planlaşdırır.

    LENT.AZ
#29.03.2010 15:00 0 0 0