Təkcə ümid qalsın

Son güncelleme: 11.04.2010 23:58

  • İstəsən sükuta bürünsün cahan,
    Heç nə yox, al məndən gülüşlərini...
    Al məndən ömrümlə əbədi qalan
    O ani, o ani görüşlərini.

    İstəsən, qoy olsun! Nə danış, nə din!
    Al indi o əziz günləri məndən.
    İstəsən bir sabah mənə verdiyin
    Sədaqət andını al geri məndən.

    İstəsən, al məndən düşəndə kölgə
    Yaşıl meşələrin pıçıltısını.
    Bizimçün darıxan sahillə birgə,
    Al məndən dənizin parıltısını.

    Fəqət, soyuq baxma sən gendən, gözəl!
    Sənsiz günəşsizdir bu göy, bu torpaq.
    Hər şeyi, hər şeyi al məndən, gözəl,
    Təkcə ümid qalsın qoy məndə ancaq.

    Ümid – bir dünyalıq sükut içində,
    Bir dünyaya dəyən gülüşlərindir.
    Ümid – bir şimşəkdir bulud içində,
    O ani, əbədi görüşlərindir...

    Nebi Xezri
#11.04.2010 23:58 0 0 0