Moskva Metropolitenində baş vermiş terror aktları zamanı yaralanmış azərbaycanlı Əliyev Cəbi İsrafil oğlu haqqında bəzi məlumatlar əldə edilib.
APA-nın Moskva müxbirinin məlumatına görə, o, 1982-ci ildə Bakıda anadan olub, Hövsanda yaşayıb, 1993-cü ildən anası ilə birlikdə Moskvada yaşayır. Rusiya vətəndaşı olan C. Əliyevin atası Bakıda yaşayır və Heydər Əliyev Beynəlxalq Hava Limanında çalışır.
Moskvada kompüter proqramçısı işləyən C. Əliyev dünən «Park Kulturı» metro stansiyası yaxınlığında yerləşən ofisinə gedərkən baş verən terror zamanı kürəyindən kiçik qəlpə yaraları alıb. Həmin gün o həkimlərə müraciət etməyərək evə gedib, lakin sonra ağrılar hiss etdiyi üçün anasının məsləhəti ilə bu gün səhər həkimlərə müraciət edib.