Həqiqi namaza doğru ilk addım.
Həqiqi namaza nail olmaq üçün atılan ilk addım namaz zamanı diqqətli olmaqdır.İnsan bəzən namaz zamanı həmddən sonra surəyə keçdiyini hiss etmir.Hətta belə də olur ki,insan yalnız namazın son cümləsini deyərkən namaz qıldığını xatırlayır.Belə 1 hal namaza diqqətsiz olmaqdan xəbər verir.Əlbəttəki,namaz qılınan bütün namazlarda zəif də olsa diqqətli olur.Amma zəif diqqət namazın ruhunu dirildə bilmir.İnsan namaza başlamazdan əvvəl kimin hüzuruna getdiyini dərk etməlidir.Müəyyən 1 mətni kimin üçünsə oxuyan şəxs başa düşüləcək tərzdə oxumağa çalışır.Namaz qılan şəxs namazın sözlərini ən azı yuxarıda deyilən qaydada oxumalıdır.Yalnız aram və aydın qiraət zamanı namzı diqqəti cəmləmək mümkündür.
İkinci addım
İnsan namazda dediyi hər 1 cümlənin mənasına diqqət yetirməlidir.Bunu,tədricən də olsa yaratmaq lazımdır.Hər cümləni deməzdən əvvəl,bu cümlənin mənasını düşünüb sonra demək daha yaxşıdır.Məsələn, "Allahu əkbər" deməzdən qabaq Allahın əzəməti barədə düşünmək lazımdır.İnsan bu istiqamət üzrə çalışarsa,bir müddət sonra namazın sözlərinin mənasınl düşanmək xasiyyət forması alır.
Amma iki addımı atmaqla həqiqi ibadətə nail ola bilmərik.Həqiqi namaza nail olmaq üçün ən azı daha 1 addım atmalıyıq.Məsələn,1 ateist Quranı diqqətlə oxuyub,onun hər kəlməsini başa düşürsə bu işi ibadət hesab etmək olarmi? Yəqin hiss etdik ki bir addıma daha ehtiyac var.
Üçüncü addım.
Bu yolda atılan üçüncü addım insanın dili ilə dediklərinə qəlbi ilə inanmasıdır. "Yalnız səsnə ibadət edir,səndən kömək diləyirik" deyən insan Allahdan başqa heç kimsədən kömək istəmək intizarında olmamalıdır. "Allahu əkber" deyən şəxs üçün Allahdan böyük heç kim olmamalıdır.Doğurdanmı hər 1 namaz qılan öz dediklərinə qəlbən inanır? Doğurdanmı iman və əməlimiz sözümüzlə uyğun gəlir? Əgər əməllərimizə diqqət etsək görəriki ki Allaha heç uşaq qədər də məhəl qoymuruq.Etiraf etmık çətin olsa da uşağın yanında söyüş söyməkdən çəkinib,uşaq olmayan yerdə söyüş söyən şəxs uşağı böyük bilir ya Allahı? Demək,bəzən Allahı uşaq qədər də saymırıq.
Bəzi mərtəbələrdə isə yalnız ali mərifətə malik övliyalar müəssər olur.Məsum İmamlarda (ə) isə namaz zamanı olduqca yüksək 1 ruhiyyə müşahidə olunur.Onlar namaz qılarkən bütün diqqətləri Allaha yönəlir.Nəql olunur ki,Hz.Alinin ayağına döyüş zamanı ox batmışdı.Heç vəchlə bu oxu çıxarmaq mümkün olmurdu.Həzrət namaz qıldlğı vaxt oxu onun ayağından çıxarmışlar və adi vaxtda mümkün olmayan namaz vaxtı mümkün oldu.Hz.Ali(ə) bu ağrını hiss etmədi.
İbadətlərimizi bu nümunələrlə gözəlləşdirək İnşAllah.