Moskvada 2 azərbaycanlı güllələndi

Son güncelleme: 12.04.2010 15:32
  • noimage



    Dünən gecə Moskva yaxınlığında Azərbaycan əsilli iki şəxsin olduğu maşın atəşə tutulub.

    Lent.az-ın "Ria Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, maşındakıların biri ölüb.

    Hüquq-mühafizə orqanlarından bildirilib ki, 1970 və 1980-ci il təvəllüdlü iki azərbaycanlı yaralı halda "Şelkovsk" şosesi yaxınlığında "Toyota-Kamri" markalı minik avtomobilində saat 00:30 radələrində aşkarlanıb.

    Həkim briqadası gələnə qədər yaralılardan biri keçinib. Digər güllə yarası almış şəxs xəstəxanada yerləşdirilib.

    Güllələnən azərbaycanlıların şəxsiyyəti dəqiqləşdirilir.

    LENT.AZ
#12.04.2010 15:32 0 0 0