Qoz peçenyesi 4 variantlı tərkibdə

Son güncelleme: 13.04.2010 11:22
  • noimage

    1-ci VARİANT

    Tərkib:
    3 stəkan un
    2 yumurta
    200 qr marqarin
    Yarım stəkan şəkər
    ¼ ç.q. soda
    azca duz
    Vanil
    İç üçün:
    1 qutu qatılaşdırılmış süd
    100 qr qoz


    Hazırlanması:


    Marqarin yumşaldıqdan sonra tərkibdəki komponentlərlə qarışdırılır,
    Sonda tədricən un əlavə edilərək xəmir hazırlanır.Xəmirdən xırda kündələr düzəldərək formalara yerləşdirilir və ya qaz ocağı üzərində,ya da elektrikli alətdə bişirilir.Qatılaşdırılmış süd 3 saat müddətində su hamanında qaynadılır və xırdalanmış qoz ləpəsi ilə qarışdırılır.Hazır olan yarım qoz peçenyelər içlə doldurularaq bir-birinə yapışdırılır.

    2-ci VARİANT


    Yarım stəkan şəkər 2 yumurta sarısı ilə çıpılır.Digər bir qabda 2 yumurta ağı 200 qr yumşalmış marqarinlə çırpılır.Sonra yumurta sarısı qarışımı yumurta ağı qarışımına qatılır və buna 3 stəkan un əlavə olunur.1/4 ç.q. soda və vanil də əlavə edilir.Xəmir yoğrulur.
    Bişirilməsi 1-ci variantda olduğu kimidir.

    3-cü VARİANT


    Tərkib:
    500 qr un
    150 qr marqarin və ya kərə yağı
    100 qr şəkər
    150 qr xama
    ¼ ç.q. soda
    2 yumurta


    Hazırlanması:


    Yağ azca isidilir və mikserlə çırpılırkən,ona şəkər,sonra xama,soda və yumurta əlavə olunub çırpılmaya davam edilir.Sonda un əlavə edilir və xəmir yoğrulur.

    4-cü VARİANT


    Tərkib:


    300 qr marqarin
    300 qr un
    150 qr döyülmüş qoz ləpəsi
    120 qr şəkər pudrası
    30 qr kakao

    Hazırlanması:


    Tərkibdə olanların hamısı mikserlə qarışdırılır,xəmir yoğrulur.Qoz peçenyelər bişdikdən sonra bir-biri ilə balla birləşdirilir.

    Bütün variantlarda "Qoz peçenyesinin" bişirilmə qaydası eynidir.
#13.04.2010 11:22 0 0 0