Madlen peçenyesi

Son güncelleme: 22.04.2013 12:17
  • Madlen peçenyesinin terifi ve terkibi - Madlen peçenyesinin hazırlanma qaydası


    noimage

    Bu "fransız" peçenyesini miksersiz də hazırlaya bilərsiniz, o qədər rahatdır. Həmçinin peçenyeyə müxtəlif dadlı inqredientlər əlavə edə bilərsiz - şokoladdan tutmuş quru meyvə və qoz-fındığa qədər.

    Tərkibi (24 ədəd):

    140 q şəkər tozu
    3 yumurta
    1 x.q. vanilli şəkər
    100 q kərə yağı
    150 q un
    1 dolu x.q. nişasta
    0,5 ç.q. qabartma tozu
    1/4 ç.q. duz
    şəkər pudrası (üstünə səpməyə)

    Kərə yağını əridib bir kənara qoyun.

    Yumurtaları şəkər tozu və vanillə yüngülcə çalın (köpükləndirmək lazım deyil).

    Ərinmiş yağı əlavə edib qarışdırın. Nişasta, duz və qabartma tozu ilə birlikdə ələnmiş unu əlavə edib xəmir yoğurun.

    Xəmiri yağlanmış formalara tökün (qablar silikondursa, yağlamaq lazım deyil), qabın 3/4-nə qədər doldurun.

    200 dərəcə qızdırılmış sobaya qoyun, qızılı rəng alanadək, təxminən 10-12 dəqiqə bişirin.

    Hazır madlenləri soyudun, üzərinə şəkər pudrası səpin.


    Nuş olsun!
#22.04.2013 12:17 0 0 0